Cahangir Hacıyevin 4,7 milyard manatlıq cinayət işi ilə bağlı yenilik

Cahangir Hacıyevin 4,7 milyard manatlıq cinayət işi ilə bağlı yenilikBakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan 21 nəfərin barəsindəki cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Sonxeber.az Virtualaz.org-a istinadla xəbər verir ki, müttəhimlər kürsüsündə sabiq deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə, Zaqatala Olimpiya Kompleksinin direktoru, "Simurq" futbol klubunun vitse-prezidenti Arif Ramazanov, şüşə məmulatlarının istehsalı ilə məşğul olan "İnterglass" ASC-nin rəhbəri Fariz Muradov və digərləri əyləşib.

Təqsirləndirilən şəxslərə qarşı CM-nin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213 (vergidən yayınma) və başqa maddələri ilə ittihamlar irəli sürülüb.

Zərərçəkmiş qismində "Azərbaycan Beynəlxalq Bankı"ASC, Vergilər Nazirliyi və "Aqrokredit" bank tanınıb.

Məhkəmədə hakim ötən prosesdə verilən vəsatətlərin heç birinin təmin olunmadığını bildirib. Prosesdə işin məhkəmə baxışına verilməsi ilə bağlı qərar elan olunub. Məhkəmə baxışı 4 fevral saat 10:00- a təyin edilib.

Qeyd edək ki, rəsmi məlumatlara əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaqla həmçinin C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi "Aztorq" MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergi ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, D.Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il. İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya endirilib. Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2793   Tarix: 28 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda oğul atasını baltayla öldürdü

2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb. Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminind

1 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü

Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo

30 avqust 2021
.

Azərbaycanda qayınata 19 yaşlı gəlinini boğaraq öldürdü

Naxçıvan Muxtar Respublikasında (MR) qətl hadisəsi baş verib. -ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, MR-in Babək rayonunda 67 yaşlı Əli Məmmədov gəlini 19 yaşlı Jalə Məmmədovanı boğaraq qətlə yetirib. Ə.Məmmədov tutulub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılı

13 sentyabr 2021
.

Bakıda ər qrup şəklində cinsi əlaqə təklif edən arvadına 18 bıçaq zərbəsi vurub – İSTİNTAQ MATERİALLARI

Boşanmış şəxslərin və ya boşanmaq istəyən insanların bir-birinə ədavətinin davam etməsi, bunun qanlı nəticələri haqqında kriminal təcrübədə sonsuz sayda nümunələr var. Xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə ilə nəticələnən belə bir nümunə ilə sizi tanış edəcəyik. Mətbuatda bununl

13 sentyabr 2021
.

Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl

13 sentyabr 2021
.

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl

15 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT: Əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu

Masallı sakini əri tərəfindən bıçaqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasın

29 avqust 2021
.

Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat

4 sentyabr 2021
.

Gəlninin göz almalarını kəsib, qarın nahiyəsinin isə... - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI + FOTO

32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutur. İdris Məhərrəmovun törətdiyi dəhşətl

11 sentyabr 2021