Azərbaycan sahibkarlarından şikayət: Tariflər yüksəkdir

Azərbaycan sahibkarlarından şikayət: Tariflər yüksəkdir"Yaz-payız aylarında nəqliyyat vasitələrinin çatışmazlığı səbəbindən kənd təsərrüfatı məhsullarını dəmir yolu ilə ixrac edirik".

Sonxeber.az "report"a istinadla xəbər verir ki, bunu bu gün "Şəmkir Food Export" şirkətinin direktoru Tahir Hüseynov "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib.

O, dəmir yolu ilə daşınma xərclərinin yüksək olmasından şikayətlənib: "Məhsulları Yalama stansiyasından dəmiryolu ilə Dağıstana daşıyırıq, ordan da yüklər yerli maşınlarla daşınır. 2008-ci ildə dəmir yollarında rəqabət var idi. Məsafə yaxınlığına görə məhsulların daşınması üçün Xudat və Yalama stansiyalarından istifadə edilirdi. Amma Xaçmaz stansiyasından istifadə edilmirdi. Stansiya rəisi olan şəxs hansısa imkanlarından istifadə edib yenilik etdi. Daşınma haqqı 101 km üçün 700 dollar müəyyən edildi. Üstəlik, vaqonların icarəyə götürülməsi haqqı 800 dollar müəyyənləşdirildi. Amma bu gün Xudat stansiyasından sərhəddə qədər 21 km yük daşıyırıq. Ona görə biz hər vaqondakı 50-55 ton yükə görə hardasa 700 dollara yaxın pul ödəyirik. Əslində isə 180 manat ödəməliyik. Dəmiryolunda daşıma ilə bağlı "ADY Express" və başqa şirkətlər yaradılıb. Ötür-ötürlə daşınma qiymətləri qalxıb. Sərhəddən Dərbəndə qədər məsafə 50 kilometrdir. Buna görə isə 350 dollar ödəyirik. 2018-ci il bitib və vaqonlar boş qalıb deyə böyük cərimələr yazılıb".

İqtisadiyyat naziri Şahin Mustafayev isə deyib ki, bu həftə ərzində "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyinin iştirakı ilə görüş keçiriləcək: "Tariflərin müəyyən olunması təbii ki, qurumun səlahiyyətindədir. Amma bu məsələlərlə bağlı görüş keçirərik və problemi yoluna qoymağa çalışarıq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2030   Tarix: 29 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Məcburi köçkünlər üçün tikilən binalardakı mənzillərin satış QİYMƏTLƏRİ

Ötən ilin yanvar ayından keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin onlayn satışına başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlayn formada satışı həyata keçirilən mənzillər paytaxtın Sabunçu rayonunun Ramana və Kürdəxanı qəsəbələrində, Qaradağ rayonunu

27 fevral
.

Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun aktivləri 48 milyard 909,9 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 0,5% və 241,3 milyon manat azdır. Bu ilin əvvəlində yerli bankların cəmi aktivləri 49 milyard 151,2 milyon manata bərabər olub. Bu dövrd

20 aprel
.

Cahangir Əsgərovun həyat yoldaşına yeni vəzifə verildi

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva yeni vəzifə verilib. Bu barədə İqtisadiyyat.az məlumat yayıb. Bildirilib ki, o, "Caspian Energy Club"ın İdarə Heyətinin yeni tərkibində yer alıb

6 mart
.

Hesablama Palatası dövlət qurumunda yoxlamalar APARIR

Hesablama Palatası Bakı Şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalar aparılır. Bizim.Media-nın əldə etdiyi məlumata görə, yoxlamalara yanvar ayının əvvəllərindən başlanıb və bu, fevralın sonunda bitəcək. Audit yoxlamaların Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibindəki mədəniyyət ocaqlarında da aparıldığ

22 fevral
.

Azərbaycanda yağ niyə ucuzlaşmır?

Azərbaycana xarici ölkələrdən idxal olunan kərə yağlarının qiyməti ucuzlaşıb. Bəs bu dəyişiklik daxili bazardakı qiymətlərə hansı dərəcədə təsir edə bilər?. Məsələ ilə bağlı "Yeni Sabah"a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, ucuzlaşma gözlənilsə də, bu müşahidə edilmir:. "Xaricdə

22 fevral
.

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda nərə balığından hazırlanan qara kürünün həcmi açıqlanıb. Bu barədə -a Dövlət Statistika Komitəsindən bildirilib. 2024-cü ilin ilk üç ayında Azərbaycanda 103,1 kq nərə balığı kürüsü istehsal edilib. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü il

24 aprel
.

Azərbaycanda ezamiyyə xərclərinin məbləği artırıldı

"Ezamiyyə xərclərinin normaları haqqında" Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normas

5 aprel
.

Qızılın qiyməti rekordunu yenilədi

Qızılın qiyməti aprelin 1-də rekord səviyyəyə yüksəlib. Bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilir ki, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmağa yaxınlaşdığını göstərən əlamətlər artıma təkan verib. Qızılın bir unsiyasının qiyməti artaraq 2 265,73 dollar olub. Bu 28 martdak

1 aprel
.

Bitkoin kəskin ucuzlaşıb

Bitkoinin məzənnəsi "Coinbase" birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. "Report" xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın ən məşhur kriptovalyutası, demək olar, beş faiz ucuzlaşıb. Bitkoinin dəyəri 62,7 min dollara düşüb. Kriptovalyutad

22 mart