Dollar bahalaşa bilər?

Dollar bahalaşa bilər?İqtisadçı ekspert Samir Əliyev S&P qlobal Reytinq Agentliyinin Azərbaycanla bağlı açıqladığı proqnozu "Facebook" səhifəsində şərh edib.

Sonxeber.az xəbər verir ki, S. Əliyev deyib ki, agentliyin açıqlamasında ölkənin iqtisadi vəziyyəti ilə bağlı gözləntilər və narahatlıqlar əksini tapıb: "Hazırda cəmiyyətin əsas diqqəti Agentliyin manatın gələcək məzənnəsi ilə bağlı proqnozunadır. Proqnoza görə, bu il manatın dollara nəzərən məzənnəsi 1,79, 2020-ci ildə 1,87, 2021-ci ildə isə 1,97 olacaq. Yəni ucuzlaşma uyğun olaraq 5,3%, 4,5% və 5,4% olacaq. Bir sözlə, Agentliyə inansaq, 2019-2021-ci illərdə manat dollar qarşısında dəyərini 15,9% itirəcək. Bu, proqnoz nə dərəcədə realdır?

Əvvəlcə onu deyək ki, beynəlxalq təşkilatların proqnozları mövcud şəraitə əsasən tərtib edilir və il ərzində bir neçə dəfə yenilənir. Beynəlxalq Valyuta Fondu və digər maliyyə institutlarının timsalında bunu görmək olur. Buna səbəb dünyada baş verən gözlənilməz siyasi, iqtisadi hadisələrdir. Bu baxımdan S&P Qlobal Reytinq Agentliyinin proqnozu da mövcud iqtisadi şərait kontekstində baxılmalıdır və onun dəyişilməsi ehtimalını mümkün saymaq lazımdır.

Bu proqnoz nə dərəcədə realdır? Yenə hər şey neftin qiymətindən asılı olacaq. Agentlik hesab edir ki, 2019-cu ildə neftin qiyməti 2018-ci illə müqayisədə 24% ucuzlaşacaq və proqnozu da neft qiymətinin ucuzlaşmasına əsaslanıb. Əgər neftin qiyməti bahalaşacaqsa və bu hədd 70 dollardan yüksək olacaqsa, manatın məzənnəsində ucuzlaşma ehtimalı çox aşağıdır. Hökumət ucuzlaşmanı ancaq ixracı stimullaşdırmaq məqsədilə edə bilər. Bu isə hələ ki Azərbaycan üçün aktual deyil. Çünki mövcud qeyri-neft ixracımızın zəif olmasının səbəbi milli valyutanın məzənnəsi deyil. Əgər neft 30-40 dollar səviyyəsinə düşəcəksə, bu halda manatın kəskin ucuzlaşması baş verəcək. Mərkəzi Bank 2015-ci ildə olduğu kimi ehtiyatlarını xərcləməyəcək. Ən yaxşı halda bazara qısamüddətli dəstək verəcək. Neftin ucuzlaşması uzunmüddətli olacaqsa növbəti ucuzlaşma qaçılmazdır.

Hər bir halda Agentliyin proqnozuna neftin qiymətinin proqnozlaşdırılan səviyyədə (24%) ucuzlaşması kontekstində baxmaq lazımdır".

Onun sözlərinə görə, Mərkəzi Bank birmənalı olaraq manatın sabitliyində maraqlıdır: "Bunu maliyyə , o cümlədən bank sektorunun vəziyyəti diqtə edir. Bank sektorunda dollarlaşmanın yüksək olaraq qalması devalvasiyanın onlar üçün öldürü olması ilə nəticələnə bilər. Depozitlərin kreditləri üstələməsi səbəbindən bank sektorunda yaranmış izafi likvidlik məzənnənin sabitliyinin vacibliyini bir daha zəruri edir. Bu baxımdan Mərkəzi Bank fors-major baş verməzsə, ən azı bu il manatın məzənnəsini dəyişməyə cəhd etməyəcək. Növbəti illərdə isə neftin indiki qiymətləri həddində qeyri-neft ixracının artım tempindən və bank sektorunun sağlamlaşma səviyyəsindən asılı olaraq dəyişiklik mümkündür".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 7196   Tarix: 29 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb

25 avqust 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

Toylar necə keçiriləcək? - AÇIQLAMA

Artıq bir ilə yaxındır ki, koronavirus infeksiyası səbəbindən ölkədə toyların keçirilməsinə qadağa qoyulub. Karantin qaydalarının növbəti yumşaldılmasından sonra toyların da keçirilməsinə icazə ilə bağlı sual hər kəsi düşündürür. Bəs toylar hansı qaydalar əsasında təşkil oluna bilər?. Mövzu ilə bağl

26 may 2021
.

Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI

18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval

18 may 2021
.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021
.

Azərbaycan apreldə "OPEC plus" üzrə öhdəliyini yerinə yetirib

2021-ci ilin aprel ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 698 min barrel olub. Energetika Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bunun 594 min barrelini xam neft, 104 min barrelini isə kondensat təşkil edib. Xatırladaq ki, "OPEC plus" ölkələr

9 may 2021