"Azərbaycan humanitar fəlakətdən xilas oldu" – Deputat

"Azərbaycan humanitar fəlakətdən xilas oldu" – Deputat"Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair və bundan əvvəl bu istiqamətdə qəbul edilmiş dövlət proqramları öz müsbət nəticələrini verdi".

Sözügedən dövlət proqramının icrasının yekunlarına həsr olunan konfransda çıxış edən Prezident İlham Əliyevin səsləndirdiyi fikirləri teleqraf.com-a şərh edən deputat Zahid Oruc belə deyib.

Regionların sosial-iqtisadi inkişafına dair proqramlar mühüm bir dönəmdə qəbul olunub:

"Biz yaxşı xatırlayırıq ki, 1990-cı illər Azərbaycanı hansı gündə idi. Müharibə səbəbindən ölkənin ümumi vəziyyəti bir qədər də ağırlaşmışdı. Xüsusilə də, regionlar bu ağırlığı daha çox hiss edirdilər. Regionlarda böyük təsərrüfat sahələri, sənaye müəssisələri öz fəaliyyətlərini dayandırmışdı, buna adekvat olaraq, bütün infrastruktur çökmüşdü. Artıq XXI əsrin əvvəllərində neftdən ilkin gəlirlər əldə edilməyə başladıqdan sonra dövlət başçısı bu istiqamətdə addımlar atmağa başladı. Bu, regionlarla paytaxt arasındakı tərs mütənasibliyi aradan qaldırmağa xidmət edəcəkdi, paralel şəkildə iqtisadiyyatın şaxələnməsinə yol açmalı idi, eyni zamanda, bölgələrdə əhalinin məşğulluğunu artıracaqdı.

Görüləcək işlərin ilkin dönəmində işıq, qaz və su ilə bağlı yaranmış problemləri həll etmək mümkün oldu. Həmçinin, qaçqın və köçkünlərin yerləşdirilməsi məsələsi öz həllini tapdı. Görülən işlər Azərbaycanın humanitar fəlakətdən xilas olmasına imkan verdi. Nəticədə qarşıdakı illərdə daha irəli gedən dövlət proqramlarının həyata keçirilməsi imkanı yarandı. Bu proqramlar 2009-2015-ci illərdə əhalinin aqrar sektorda məşğulluğunun artmasına yol açdı, idxaldan asılılığımızın azalmasına kömək etdi. Bundan sonrakı illərdə bu istiqamətdə qəbul edilən proqramlar ixtisaslaşmaya şərait yaratdı. Taxılçılıq, pambıqçılıq və digər sahələrin inkişafı üçün mühüm işlər görmək mümkün oldu. Tam əminliklə deyə bilərik ki, regionların inkişaf üçün 50 milyarddan çox xərclənmiş maddi vəsait boşa getmədi"

Ölkə rəhbəri ötən illər ərzində güclü strateq olduğunu sübut etdi: "Prezident onu da sübut etdi ki, bölgələrin bərabər formada inkişafına təkan verə bilən və əldə edilən nəticələri görən bir liderdir. Hesab edirəm ki, dövlət başçısının keçirdiyi son müşavirə də aparılan islahatların və ölkə miqyasında gedən yeniləşmə prosesin davamıdır".

Qeyd edək ki, Azərbaycan prezidenti "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda çıxış edib. Dövlət başçısı çıxışında bildirib ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü dövlət proqramı artıqlaması ilə yerinə yetirildi, qarşıya qoyulan bütün vəzifələr icra olundu: "Regionların sosial-iqtisadi inkişafına dair üçüncü dövlət proqramı regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verdi".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1575   Tarix: 30 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021
.

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb

25 avqust 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u

1 avqust 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin

23 iyun 2021