Erməni polkovnikdən Qarabağla bağlı SENSASİON XƏBƏRDARLIQ: Cəbhədəki sakitlik...

Erməni polkovnikdən Qarabağla bağlı SENSASİON XƏBƏRDARLIQ: Cəbhədəki sakitlik..."Artsax"la (Dağlıq Qarabağ – red.) Ermənistan arasında hərbi-siyasi ittifaqın bağlanması "Artsax"ın tanınmasını bildirir. Bu, Azərbaycan tərəfindən kəskin addımlara gətirib çıxaracaq".

Sonxeber.az publika.az-a istinadla xəbər verir ki, bu haqda erməni hərbi ekspert, ehtiyatda olan polkovnik Qayk Naqapetyan bildirib.

Onun sözlərinə görə, "hərbi-siyasi ittifaq" haqqında müqavilənin bağlanması ardınca yeni vəziyyət yarada bilər.

"İstisna edilmir ki, müqavilənin bağlanması Azərbaycan tərəfindən kəskin addımlara gətirib çıxaracaq", - Naqapetyan söyləyib.

"Ermənistan müqavilədən asılı olmayaraq, "Artsax"ın əhalisinin təhlükəsizliyi üçün məsuliyyəti öz üzərinə götürüb. Müqavilənin bağlanmasına gəlincə, bu, hər şeydən əvvəl onu bildirəcək ki, Ermənistan "Artsax"ı subyekt kimi tanıyır", - hərbi ekspert vurğulayıb.

Təmas xəttində indiki sakit vəziyyətə gəlincə, ekspertin fikrincə, bunu sülh üçün ilkin şərt hesab etmək olmaz. Onun sözlərinə görə, vəziyyət istənilən vaxt kardinal dəyişə bilər. Ekspert hətta indiki situasiyanın gec-tez genişmiqyaslı hərbi əməliyyatların yenilənməsinə gətirib çıxaracağını əminliyini ifadə edib.

Qarabağ separatçılarının silahlı dəstələrinin sabiq rəhbəri Arkadi Karapetyan isə qondarma qurumla Ermənistan arasında "hərbi-siyasi ittifaq"ın tərəfdarı olduğunu deyib. O, həmçinin bildirib ki, Dağlıq Qarabağla Ermənistanın "yenidən birləşdirilməsi" prosesinə başlamağı əhəmiyyətli hesab edir.

Qeyd edək ki, Azərbaycanın işğal edilmiş Xankəndi şəhərində ötən həftə Daşnaksütyun Partiyasının ümumi iclası keçirilib. Daşnaksütyun iclasdan sonra bəyanat da yayıb. Bəyanatda Ermənistan və qondarma Qarabağ rejimi arasında təcili olaraq "hərbi-siyasi ittifaq" haqqında razılaşmanın bağlanılması tələb edilib. Bundan başqa, Qarabağdakı separatçı rejimə sosial-iqtisadi, təhlükəsizlik barədə dəstək verilməsi istənilib. Daşnaklar həmçinin İrəvanın Qarabağla bağlı apardığı danışıqlarla əlaqədar iki tələb irəli sürüb: danışıqlarda separatçı rejimin tam təmsil olunması və Ermənistan hökumətinin beynəlxalq platformalarda Qarabağın təhlükəsizliyinin və "müstəqilliyinin" qarantı öhdəliyi ilə çıxış etməsi.

Xatırladaq ki, hələ ötən ilin noyabrında qondarma respublikanın "təhlükəsizlik şurasının katibi" Vitali Balasanyan Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağdakı separatçı rejimlə "hərbi-siyasi ittifaq" haqqında razılaşma imzalayacağını bəyan edib.

"Bu, elə bir sənəd olmalıdır ki, orada Ermənistanın "Artsax xalqı"nın təhlükəsizliyinin qarantı olması qeyd edilsin. Biz bu təkliflə Ermənistanın rəhbərliyinə may ayında müraciət etmişik və təklifimiz qəbul olunub", - Balasanyan vurğulamışdı.

O qeyd etmişdi ki, Ermənistandakı daxili siyasi hadisələrlə bağlı "sənəd"in imzalanması təxirə salınıb.

"Ancaq düşünürəm ki, parlament seçkilərindən qısa müddət sonra bu sənəd imzalanacaq", - Balasanyan söyləmişdi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2830   Tarix: 30 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub - RƏSMİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Aslanov Şamil Mais oğlu ilkin ehtimala görə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır

31 iyul 2021
.

Ombudsman: "Ermənistanın terroru nəticəsində 12 uşaq ölüb, 50-si yaralanıb"

"İki yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən dörd il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistanın uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirilərək atəşkəs dövründ

4 iyul 2021
.

Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

Avqustun 8-i saat 13:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəş

8 avqust 2021
.

Şuşa şəhəri necə alındı? - VİDEO

Şuşanın azad edilməsində müstəsna xidmətləri olan hərbçilərdən biri Namiq Abdullayev xarici media nümayəndələrinin onlara ən çox ünvanladığı suallardan danışıb. O, Baku TV-yə açıqlamasında bildirib ki, media nümayəndələri çətin, sərt qayalıqlı və gözəl relyefə sahib Şuşada baş verən döyüşlərdə necə qalibiyyə

11 iyul 2021
.

Ermənistanın verdiyi xəritələrin 20-30 faiz doğru çıxması ilə bağlı nazirlikdən AÇIQLAMA

Ermənistan tərəfindən Azərbaycana təhvil verilən Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov aydınlıq gətirib. -ın məlumatına görə

20 iyun 2021
.

Ermənilər Kəlbəcərdə mövqelərimizi atəşə tutdu

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrl

27 iyun 2021
.

Cəbrayılda daha 1 erməni hərbçisinin meyiti tapıldı

Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 1 erməni hərbçisinin meyitinin qalıqları tapılıb. xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində aşkarlanaraq qarş

28 avqust 2021
.

Şəhid Elşən Yunisli dəfn olundu - YENİLƏNİB

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Elşən Fazil oğlu Yunisli torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edib. Şəhid Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılıb. *. 11:20. Vətə

27 iyun 2021
.

Ballıqaya faciəsinin şahidi həmin gecənin dəhşətlərindən danışdı - VİDEO

1992-ci il mayın 18-də Azərbaycanın qədim yurd yerlərindən olan Laçın ermənilər tərəfindən işğal edildikdən sonra rayonun maldarlıqla məşğul olan bir qrup sakini heyvandarlıq üçün əlverişli olan Goranboyun Ballıqaya ərazisində müvəqqəti məskunlaşır. Yaxın qohumluq münasibətləri olan altı ailə yeddi çadırd

28 avqust 2021