Elman Rüstəmov: Böyük həcmdə nağd pul "kölgə iqtisadiyyatı"nın əlindədir

Elman Rüstəmov: Böyük həcmdə nağd pul "kölgə iqtisadiyyatı"nın əlindədirAzərbaycanın pul dövriyyəsində 200 manatlıqların az olmasının əsas səbəbi "kölgə iqtisadiyyatı"dır.

Sonxeber.az oxu.az-a istinadla xəbər verir ki, Mərkəzi Bank sədri Elman Rüstəmovun sözlərinə görə, "kölgə iqtisadiyyatı" nə qədər azalacaqsa, dövriyyədə olan 200 manatlığın həcmi bir o qədər artacaq.

"Dövriyyədə nağd pulun istifadə edilməsi obyektiv olaraq məhdudlaşdırılıb. "Kölgə iqtisadiyyatı" isə əlindəki nağd pulu dövriyyəyə çıxarmır, əgər çıxarsaydı, bu zaman 200 manatlıqlara ciddi tələbat yaranardı".

E.Rüstəmov bildirib ki, "kölgə iqtisadiyyatı"nın əlindəki pul rəsmi dövriyyədən kənarda qalıb.

"Daha dəqiq bilmək istəsəniz, nağd pul kütləsi "kölgə iqtisadiyyatı"nın əlindədir. Banklarda onu dəyişə bilmirlər, çünki bu gün banklarda ciddi qaydalar və normativ sənədlər var. Ona görə də 200 manatlıqlar biz düşündüyümüzdən az sürətlə dövriyyəyə daxil olur. Bu gün kölgə iqtisadiyyatı olmasaydı, iri nominallar 10 dəfə daha sürətlə dövriyyəyə daxil olardı".

İqtisadiyyat   Baxılıb: 1061   Tarix: 01 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR