Paşinyana 4 Su-30SM, özü də "su qiymətinə"... TƏFƏRRÜAT

Paşinyana 4 Su-30SM, özü də "su qiymətinə"... TƏFƏRRÜATErmənistanın Rusiyadan Su-30SM çoxfunksiyalı qırıcılarını almasına dair bağladığı müqavilənin təfərrüatları məlum olub. virtualaz.org xəbər verir ki, "kommersant" qəzetinin yazdığına görə Rusiya tərəfi Ermənistana 4 belə qırıcı satacaq. Özü də ciddi güzəştlərlə: təyyarələri nəinki Rusiyanın ayırdığı güzəştli silah krediti hesabına satacaqlar, üstəlik texnikanın qiyməti də ixrac qiymətindən xeyli ucuz, Rusiya ordusu üçün nəzərdə tutulan qiymət olacaq.

Qəzet yazır ki, bunu Ermənistan üçün, həm baş nazir Nikol Paşinyan üçün mühüm hadisə hesab etmək olar. Çünki on illərdən bəri ilk dəfə Ermənistan Hərbi Hava Qüvvələri işlənmiş deyil, yeni aviatexnika alacaq.

Xatırladaq ki, qırıcıların alınmasına dair müqavilənin bağlandığı haqda ötən gün Ermənistan Müdafiə Nazirliyindən "Sputnik"ə bildirmişdilər. Lakin alınacaq təyyarələrin sayını və digər təfərrüatları açıqlamamışdılar. Amma bildirmişdilər ki, Rusiyanın ayırdığı növbəti güzəştli silah krediti (100 milyon dollar) çərçivəsində silahların alınması reallaşmaq üzrədir. "Rosoboroneksport" isə şərh verməkdən imtina edib.

Bununla belə Rusiyanın aviasiya sənayesindəki müəssisələrdən birinin top-meneceri deyib ki, müqavilənin şərtinə əsasən Ermənistan 2020-ci ildə 4 Su-30SM qırıcısı alacaq. Bu təyyarələr İrkutsk aviasiya zavodunda istehsal olunur.

"Sövdələşmə KTMT xətti ilə əldə edilib. Müqavilə kommersiya xarakterli hesab edilsə də təyyarələrin alınması Rusiyanın ayırdığı güzəştli kredit hesabına həyata keçirilir. Ermənistan HHQ üçün hər maşının qiyməti Rusiya silahlı qüvvələri üçün nəzərdə tutulan qiymət olacaq"-mənbə deyib.

4+ nəsil Su-30SM qırıcılarının bazar qiyməti 50 milyon dollara yaxındır. Lakin silahlanmadan və modifikasiyadan asılı olaraq qiymət arta, yaxud azala bilər. Belə ehtimal etmək olar ki, Rusiya bu təyyarələrin birini Ermənistana cəmi 25 milyon dollara satacaq. Yəni təxminən yarı qiymətə.

"Kommersant"a danışan mənbə deyib ki, Rusiya tərəfindən bu cür sövdələşmə Ermənistan üçün əsl hədiyyədir. Müqaviləyə əsasən erməni təyyarəçilər bu qırıcıları idarə etmək üçün Rusiyanın hərbi təhsil müəssisələrində hazırlıq da keçəcəklər.

Bildirilir ki, erməni hərbçiləri Su-30SM qırıcılarına hələ 2010-cu ildən maraq göstəriblər və HHQ-nin köhnəlmiş sovet təyyarələrindən ibarət parkını yeniləmək istəyiblər. 2012-ci ildə Moskva ilə Yerevan müqavilə də bağlayıblar, bu müqaviləyə əsasən Ermənistan bir neçə il ərzində azı 12 belə təyyarə almalıydı. Lakin müqavilə sifarişçinin maliyyə çətinlikləri üzündən qüvvəyə minməyib. Sonradan tərəflər bir neçə dəfə bu məsələni müzakirə etsələr də razılığa gələ bilməyiblər. Rusiya tərəfi təyyarələri güzəştli kredit hesabına, daxili bazar qiymətinə satmağı təklif etsə də Ermənistan yenə razılaşmayıb, çünki başqa silahlar almaq zərurəti var idi. Məsələn, Ermənistan Rusiyadan bir diviziyon "İsgəndər-M" operativ-taktiki raket kompleksi alıb, üstəlik Rusiya ona güzəştli kredit hesabına daha 300 milyon dollarlıq silah satıb.

Təyyarələrin alınması məsələsinə isə tərəflər Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra qayıdıblar. Doğrudur, bu dəfə maliyyə çətinliklərinə görə Ermənistan 6 təyyarə istəyib. Daha sonra rəqəm 4-ə enib. "Heç olmamaqdansa belə yaxşıdır"-Rusiya hərbi sənaye dairələrindəki mənbə deyib.

"Mahiyyətcə bu Ermənistanın Nikol Paşinyanın dövründə imzaladığı llk müqavilədir. Bizim üçün KTMT üzrə müttəfiqin yanında mövqelərimizin möhkəm olmasına əmin olmaq vacibdir"-mənbə izah edib.

Xatırladaq ki, ötən ilin iyununda Nikol Paşinyan Erebuni aviabazasında Su-30SM qırıcısının pilot kabinəsində çəkilmiş fotosunu yaymışdı. Təyyarəni Paşinyana nümayiş etdirmək üçün gətirmişdilər.

"Silah ixracı" jurnalının baş redaktoru Andrey Frolovun sözlərinə görə, Ermənistan üçün hətta kiçik partiyada da olsa Su-30SM qırıcılarının alınmasını mühüm hadisə saymaq olar. Lakin onun sözlərinə görə, Azərbaycanın bu sövdələşməyə reaksiyası mənfi olacaq. "Bu Rusiya-Ermənistan müqaviləsi Bakını təşviq edə bilər ki, yeni təyyarələr alsın, hökmən Rusiyadan yox, lap elə Pakistandan"-o deyib.

Xatırladaq ki, Azərbaycan neçə vaxtdır Pakistan-Çin istehsalı olan 4-cü nəsil JF-17 qırıcılarını almağa maraq göstərir. Söhbət onlarla belə təyyarədən gedə bilər. Eyni zamanda Rusiyanın Ermənistana Su-30SM qırıcılarını satması Azərbaycanı digər alternativlərə də əl atmağa sövq edə bilərdi. Bu günlərdə prezident İlham Əliyev Davosda Rusiya telekanalına müsahibəsində bildirib ki, Azərbaycan Rusiya ilə yeni iri silah müqavilələri bağlayıb. Amma bu müqavilələr çərçivəsində hansı silahların alınacağına dair məlumat yoxdur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2098   Tarix: 01 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident sabiq nazirin oğlunu da təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 İyun Silahlı Qüvvələr günü ilə əlaqədar torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş 76 mi

26 iyun 2021
.

Türkiyə ordusu terrorçuları MƏHV ETDİ

İraqın şimalındakı Gara bölgəsində həyata keçirilən hava əməliyyatı zamanı 7 terrorçu zərərsizləşdirilib. -ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı terrorçulara daha bir ağır zərbə vurublar. Gara bölgəsind

4 sentyabr 2021
.

Qazimiz Türkiyədən müalicədən qayıtdı - FOTO

Vətən müharibəsində ağır yaralanaraq hər iki ayağını itirən qazimiz Alxasov Camal İlqar oğlu Türkiyədən qayıdıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Xatırladaq ki, döyüşçümüz "YAŞAT" Fondunun dəstəyi ilə Türkiyədə reabilitasiya prosesi keçirdi. Qeyd edək ki, Vətən müharibəsind

4 iyul 2021
.

Azad olunan ərazilərdə aşkarlanan minaların SAYI

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. ANAMA-dan -a verilən məlumata görə, iyulun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirlər

17 iyul 2021
.

ACCA aparıcı media orqanlarını Ermənistana etiraz etməyə çağırıb

ABŞ-ın müxtəlif əyalətlərindən Amerika Azərbaycanlılarının Koordinasiya Şurasında (ACCA) birləşən diaspor təşkilatlarının liderləri Kəlbəcərdə azərbaycanlı jurnalistlərin faciəli şəkildə həlak olması ilə bağlı nüfuzlu KİV-lərə müraciət ediblər. Diaspora Komitəsindən APA-ya verilən məlumata görə, "US

6 iyun 2021
.

Taras Kuzio: "Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır"

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır. Bunu Ukrayna Milli Universitetinin "Kiyev-Mogilyan akademiyası"nın britaniyalı professoru Trend-ə bildirib. Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avrop

6 iyun 2021
.

Ermənistan daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqladı

Ermənistan tərəfi Qarabağda aparılan axtarışlar zamanı daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqlayıb. xəbərverir ki, bu barədə saytı yazıb. Erməni hərbçilərin qalıqları Azərbaycanın işğaldan azad olunan Hadrut qəsəbəsi ərazisində tapılıb

12 iyun 2021
.

Azərbaycan əsgərləri erməni hərbçilərini sərhəddən qovdu - VİDEO

Azərbaycan Ordusunun hərbçiləri Azərbaycan - Ermənistan sərhədində təxribat törətmək istəyən bir qrup düşmən əsgərini ərazimizdən qovub. xəbər verir ki, bununla bağlı növbəti görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda təxribat törətməyə cəhd edən erməni hərbçiləri Azərbaycan Ordusunun əsgərləri tərəfində

26 iyun 2021
.

Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün "Bayraktar TB2" PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan "Akıncı"ların Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi münasibətilə mərasim təşkil olunub. Tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Dövlət başçısı yen

30 avqust 2021