Yanvar onlar üçün "qara" gəldi - Yola salınan azərbaycanlı məmurlar...

Yanvar onlar üçün "qara" gəldi - Yola salınan azərbaycanlı məmurlar...2019-cu ilin ilk ayına - yanvar ayına yekun vururuq. Yola saldığımız bu ay ölkəmizin həyatında bir çox mühüm hadisələrlə yadda qaldı. Dövlət idarəçiliyində bir çox islahatlar aparıldı, onlarla dövlət müəssisəsi ləğv olundu, onlardan bəzilərinin fəaliyyətləri ictimai əsaslarla yenidən təşkil edildi. Bununla uzun müddətdir yüksək dövlət vəzifələrində çalışan məmurlar öz vəzifələrini itirmiş oldular.

Sonxeber bildirir ki, azxeber.com həmin məmurlarla bağlı araşdırma aparıb.

Prezident İlham Əliyevin 14 yanvar tarixli sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyi ləğv edildi. Nazirliyin bazasında "Azərsilah" ASC yaradılmasına qərar verildi. Bununla nazir səlahiyyətlərini icra edən Yəhya Musayev öz vəzifəsini itirmiş oldu. Düzdür iddialar var ki, Y.Musayev yeni yaranan ASC-nin rəhbəri təyin olunacaq. Lakin bu rəsmi olaraq öz təsdiqini tapmayıb.
Yanvar onlar üçün "qara" gəldi - Yola salınan azərbaycanlı məmurlar...Xatırladaq ki, Müdafiə Sənayesi Nazirliyi öz ətrafında xeyli sayda müəssisəni birləşdirirdi. Nazirlik yarandığı gündən quruma Yavər Camalov rəhbərlik edib. Ötən ilin iyun ayında vəfat edən Y.Camalovu son aylar bu postda müavini Yəhya Musayev əvəz edib. Son təyinata qədər isə Y.Musayev Azərbaycan Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyində baş direktorun müşaviri vəzifəsində çalışıb.

Prezident İlham Əliyevin 15 yanvar tarixli sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri (AZTV) Arif Alışanov vəzifədən azad edildi. A.Alışanov 13 ildir bu vəzifədə çalışırdı. Onun televiziyaya gəlişi isə ötən əsrin 70-ci illərinin sonuna gedib çıxır.
Yanvar onlar üçün "qara" gəldi - Yola salınan azərbaycanlı məmurlar...Uzun müddət AZTV-də rəhbər vəzifələr daşıyan A.Alışanovun sədr təyinatına qədər son iş yeri sədr müavini vəzifəsi olub. Bir müddət ölkə parlamentində təmsil olunan keçmiş sədr 2015-ci ildə namizədliyini irəli sürməyib və mandatı ilə də vidalaşmalı olub.

Prezident İlham Əliyevin 14 yanvar tarixli sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ləğv edildi. Bununla uzun müddətdir bu quruma rəhbərlik edən Akim Bədəlov vəzifəsini itirmiş oldu.
Yanvar onlar üçün "qara" gəldi - Yola salınan azərbaycanlı məmurlar...Hazırda onun hər hansı vəzifəyə təyin olunması ilə bağlı rəsmi qərar yoxdur. Yəni bu o deməkdir ki, uzun illərdir yüksək vəzifədə çalışan Bədəlov hazırda işsizdir. Akim Bədəlov 9 ilə yaxındır bu vəzifəni daşıyırdı. Bundan öncə isə "Xəzər" Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzinin Müşahidə şurasının sədri vəzifəsində çalışırdı.

Prezident İlham Əliyevin 14 yanvar tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ləğv edildi. Bununla da bu quruma rəhbərlik edən Oktay Səmədov vəzifəsini itirdi.
Yanvar onlar üçün "qara" gəldi - Yola salınan azərbaycanlı məmurlar...O.Səmədov bu qurum yarandığı gündən bu quruma rəhbərlik edib. Buna qədər isə elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Pedaqoji elmləri namizədi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiridir.

Prezident İlham Əliyevin 14 yanvar tarixli sərəncamı ilə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edildi. Bununla bu qurumun sədri Fərhad Məmmədovvəzifəsini itirmiş oldu.
Yanvar onlar üçün "qara" gəldi - Yola salınan azərbaycanlı məmurlar...Fərhad Məmmədov 7 ilə yaxındır bu vəzifədə çalışırdı və bundan öncə Prezidentinin Administrasiyasının Siyasi təhlil və İnformasiya təminatı şöbəsinin aparıcı məsləhətçisi işləyirdi. "İrəli" İctimai Birliyinin təsisçilərindən biri idi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6726   Tarix: 03 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qubada qəzalı durumda olan elektrik dirəkləri nə zaman yenilənəcək? - RƏSMİ AÇIQLAMA + VİDEO

Quba rayonunun Dalıqaya kəndində elektrik xətləri və dirəkləri qəzalı vəziyyətdədir. Bu barədə Bizim.media-ya kənd sakini Ramin İsmixanov məlumat verib. Bildirib ki, elektrik dirəkləri qəzalı və istifadəyə yararsızdır. Elektrik dirəklərindən biri də onun həyətində yerləşir. Külək olan kimi təhlükəl

25 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel