Məşhur azərbaycanlı neftçi təhqir olundu: Süleyman ibn filankəs...

Məşhur azərbaycanlı neftçi təhqir olundu: Süleyman ibn filankəs...Xantı-Mansiysk muxtar dairəsinin ictimai palatasının üzvü Eduard Loqinov millətlərarası düşmənçiliyi alovlandırdığına görə senator Lyudmila Narusovanın məsuliyyətə cəlb olunmasını tələb edib.

Sonxeber.az bu barədə oxu.az-a istinadən xəbər verir.

Tanınmış teleaparıcı Kseniya Sobçakın anası olan Narusovanın Sibirdə ilk dəfə neft kəşf edən Fərman Salmanov haqqında dedikləri Loqinovu hiddətləndirib.

Bundan əvvəl "Exo Moskvı" radiosunda efirə gedən "Osoboye Mnenie" (Xüsusi Rəy) verilişində Narusova "Rusiyanın böyük adları" layihəsi haqqında söz açan zaman Rusiya aeroportlarının adlarının dəyişdirilməsi qərarını tənqid atəşinə tutub.

"Şermetyevo və ya Domodedovoya nələrisə əlavə etmək nəyə lazımdır axı. Hələ onu demirəm, Sibirin hansısa şəhərinə, yanılmıramsa, Surquta orada neft yatağı kəşf edən hansısa azərbaycanlı Süleyman ibn filankəsin adını veriblər", - deyə senator söyləyib.

Narusov Sibirdə neft kəşf edən Fərman Salmanovun da adını düzgün deyə bilməyib, onu Süleyman kimi təqdim edib.

Narusova neft yatağı kəşf etməsinə görə hər cür alqışa layiq olduğunu bildirsə də, hava limanına onun adının veriləcəyi təqdirdə, rusdillilər üçün tələffüzdə çətinliklərin yaranacağını qeyd edib.

Xantı-Mansiysk Muxtar Dairəsinin İctimai Palatasından bildiriblər ki, Yuqranı müxtəlif millətlərdən olan insanlar, o cümlədən, azərbaycanlılar, tatarlar, ukraynalılar və dağıstanlılar qurub. Loqinov Salmanovun dahi insan olduğunu və məhz onun sayəsində "həmin senatorun" öz kreslosunda əyləşdiyini vurğulayıb. Palatanın üzvü qeyd edib ki, aeroporta neft kəşf edən azərbaycanlı geoloqun adının verilməsi xalqın qərarıdır.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyada aeroportlara dahi şəxsiyyətlərin adlarının verilməsi ilə bağlı sorğu keçirilib. Surqut şəhərində keçirilən səsvermədə Sibirdə neft yatağını kəşf etmiş azərbaycanlı Fərman Salmanov qalib gəlib.

Fərman Salmanov 28 iyul 1931-ci ildə Azərbaycanın Şəmkir rayonunun Leninsk kəndində (indiki Morul kəndi - red.) anadan olub.

1947-ci ildə orta təhsili başa vurduqdan sonra Şirvanın kompleks ekspedisiyasında kollektor vəzifəsinə işə düzəlib. 1954-cü ildə Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsini "Dağ mühəndis-geoloqu" ixtisası üzrə bitirib.

İnstitutu bitirdikdən sonra Kuzbassa neft axtarmağa göndərilib. Kuzbassda neft kəşfiyyatının heç bir perspektivinin olmadığına əmin olan Salmanov 1957-ci ilin avqustunda könüllü olaraq və gizlicə öz geoloji partiyasını Surquta aparıb.

Surqutda "qara qızıl" tapacağına inanan Salmanovu işdən xaric etməyə və mühakimə etməyə çalışıblar. Bütün bu əngəllərə rəğmən, o qazma işlərini davam etdirib. Qalmaqalın yaranmaması üçün rəhbərlik Salmanovun partiyasının Surquta köçürülməsi haqqında geri tarixlə əmr imzalayıb.

" Çox səs-küy var idi, ona görə rabitəni söndürdük. Məni tutduğum vəzifədən azad etmək istəyirdilər. Ancaq sonda qalmağıma icazə verdilər. Əvvəl həyat yoldaşlarımız və uşaqlarımızla vağzala yerləşmişdik. Martın 21-də, 1961-ci ildə mənim ən sevimli Azərbaycan bayramım - Novruz bayramında Megidon kəndindəki ilk quyudan neft fontan vurdu. "Biz qalib gəldik", - deyə qışqırırdım".

Megion kəndindəki ilk quyuda neft 21 mart 1961-ci ildə çıxdı. Salmanov bu hadisədən sonra bütün opponentlərinə belə bir məzmunlu məktub göndərdi:

"Hörmətli vətəndaş, Megiondakı 2180 metr dərinlikli 1 saylı quyudan neft fontan vurub. Aydın oldu? Hörmətlə, Fərman Salmanov".

Onu gözü götürməyənlər, bunun bir təbii anomaliya olduğunu deməklə öz dikbaşlıqlarına bəraət qazandırmağa çalışırdılar. Əmin edirdilər ki, Qərbi Sibirdə neftin çıxarılması mümkün olan şey deyil.

Ancaq Üst-Balıka rayonunda ikinci quyudan neftin fontan vurmasından sonra Salmanov rəhbərliyə radioqram göndərir:

"Quyudan neft çıxır". N.S.Xruşyova isə belə məzmunlu teleqram göndərir:

"Mən neft tapdım. Belə. Salmanov".

1966-cı ildə Salmanova Sosialist Əmək Qəhrəmanı adı verilir. O, Lenin ordeni, həmçinin, "Oraq və çəkic" medalı ilə təltif olunur.

SSRİ-nin süqutundan sonra Salmanov "Rospan İnterneşnl" QSC-də prezident postunu tutub. 2002-ci ildə "İTERA" MMC-nin direktorlar şurasının sədrinin müşaviri seçilib, həmçinin, "Yuqneftqaz" direktorlar şurasının sədri vəzifəsində çalışıb.

Fərman Qurban oğlu Salmanov 2007-ci ildə Moskvada vəfat edib. Dahi azərbaycanlı Rusiya paytaxtının Vaqankovsk qəbiristanlığında torpağa tapşırılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1212   Tarix: 03 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

Müğənni Rəqsanə İsmayılova Azərbaycandakı mülklərinə həbs qoyulub. Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib. Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib

18 aprel
.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

18 aprel
.

Bakıda məmur olmaq istəyən qadının başına oyun açdılar

Bakıda qadına qarşı dələduzluq edilib. -ın əldə etdiyi məlumata görə, paytaxt sakini olan bir qadının 20 min manatının etibardan sui-istifadə etməklə ələ keçirildiyi barədə polisə məlumat daxil olub. Zərərçəkən ifadəsində təxminən 1 il bundan öncə Anar adlı şəxsə 20 min manat manat verdiyini amma qarşılığınd

18 aprel
.

Hər işin içindən çıxan o Qəmbərqulu kimdir? - Belə yaranıb

Dilimizdə tez-tez işlədilən bir deyim var.: "Qəmbərsiz toy-düyün olmaz". Bu sirli Qəmbərlə bağlı başqa bir deyim də var. "Hər işin içindən bir Qəmbərqulu çıxır". Bəs bu hər işin içindən çıxan, hər toya gedən o Qəmbər kim olub? . "Belə yaranıb" rubrikasında bu ifadənin yaranm

18 aprel
.

Qarabağdan yeni görüntülər

İşğaldan azad olunan Xocavənd və Ağdam şəhərlərində quruculuq işləri davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntülər ATV-də yayımlanıb. Bildirilib ki, Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində tikintilərin layihələndirilməsi işləri də yekunlaşıb. Daha ətraflı videoda

18 aprel
.

Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı

"Yaxşı gününüzdə qohum-əqrəbanı xatırlayın, çevrənizdəkilərə yardım edin. Vəzifəyə, işə-gücə, sahib olduqlarınıza güvənməyin". "Olay" bildirir ki, bu sözləri "Səni axtarıram" verilişində Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, həmçinin ötən gün vəfat edən sabi

18 aprel
.

Başlıbel qətliamının şahidi: "Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər" - VİDEO

Bu gün Başlıbel qətliamından 31 il keçir. Hadisə şahidləri İctimai TV-yə qətliamın dəhşətlərini danışıblar. Başlıbel sakini Niyyət Əhmədovun ailə üzvləri gözləri qarşısında qətlə yetirilib:. "Əvvəl anamı, sonra isə bacımı güllələyərək öldürdülər. Sonra isə digər şəxsləri maşına yığaraq apardılar"

18 aprel
.

Polis 21 yaşlı qızı axtarır

Hacıqabulda 21 yaşlı qadın itkin düşüb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, rayon sakini, 2003-cü il təvəllüdlü Təhməzova Tünzalə İlham qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. T. Təhməzovanın əlamətləri belədir: boyu 17

18 aprel
.

İkimərtəbəli "üzən ev" gündəm oldu - VİDEO

Amerikanın San-Fransisko sakinləri qeyri-adi mənzərənin şahidi olublar. -a istinadən xəbər verir ki, gəmi kimi üzən bu ev buxtanın üzərindən keçərək "Redwood City" Marinadan çıxıb. Bu körpüdə əvvəllər suyun üzərindəki evlərdə yaşayan 100-dən çox insan yaşayırdı. Lakin 2015-ci ildə uzun illə

18 aprel