Bakı metrosunda həyəcanlı anlar – Sərnişinlər təxliyyə olundu – VİDEO

Bakı metrosunda həyəcanlı anlar – Sərnişinlər təxliyyə olundu – VİDEOÖtən gün Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Hadisə şahidlərinin sözlərinə görə, "Həzi Aslanov" stansiyasından "İçərişəhər" stansiyası istiqamətində hərəkət edən qatarda problem yaranıb.

Qatar "28 may" stansiyasında olarkən vaqonlardan birinin qapıları bağlanmayıb. Nəticədə qatardakı sərnişinlər düşürdülüb.

Hadisə barədə ətraflı məlumat almaq üçün Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, hadisə dünən saat 14:44-də baş verib.

"Dünən "Həzi Aslanov"-"İçərişəhər" istiqamətində hərəkət edən 14 saylı qatar "28 may" stansiyasında olarkən vaqonlardan birinin qapısında nasazlıq olub. Nəticədə qapı bağlanmayıb. Təlimata uyğun olaraq maşinist qapıya baxıb və qərar verib ki, bu hal təhlükəlidir və qatardakı sərnişinlər düşürdülüb. Qatar depoya göndərilib. Hadisə zamanı qrafikdə pozuntu olmayıb. Sadəcə arxadakı qatar 1-2 dəqiqə yubanıb", - deyə B.Məmmədov bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1590   Tarix: 04 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28 mart
.

Bu gün onların peşə bayramıdır: "DTX, hüquq mühafizə orqanlarımız hər zaman terror məsələlərində çevik olublar" - Açıqlama

Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürüb. Mövzu il

28 mart
.

Vaxtilə Qarabağı tərk edən separatçı rejimin qalıqları Qarabağda təxribat törədə bilər? - AÇIQLAMA

Bu gün Ermənistan baş naziri Nikol Paşinyan hökümət iclasında "hökumət" yaratmaq istəyən separatçılara səslənib. O, bildirib ki, vaxtilə Qarabağda fəaliiyət göstərmiş, mühacirətdə olan separatçılar ölkə daxilində yaxud xaricdə "qurum" yaratmağa çalışırlar. Paşinyan açıq şəkildə deyi

28 mart
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28 mart
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

28 mart
.

Bakı Olimpiya Stadionunun qarşısında qəza: Sıxlıq var - FOTO

Paytaxtın Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın qarşısını alma

28 mart
.

İcra başçısının qardaşının qətlinə görə tutulan oğula hökm oxundu

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilə

28 mart
.

Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar - ARAŞDIRMA + VİDEO

Hindistanın Madxubani şəhərində qeyri adi bazar 700 ildir ki fəaliyyət göstərir. Bazarın ilk təçkilatçısı Raca Xari Sinqx olub. Belə ki, bu bazarda meyvə tərəvəz, cürbəcür qidalar yox, kişi satılır. Daha doğrusu, qızlar öz valideynləri ilə bura gəlib özlərinə ər alırlar. Bu bizim üçün qeyri-adi və imkansı

28 mart
.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

28 mart