Həbib Nurməhəmmədovun başına iş gəldi - FOTO
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə qalibi olan rusiyalı samboçu Həbib Nurməhəmmədovun başına iş gəlib.
Sonxeber.az open.az-a istinadən xəbər verir ki, hava limanında çempionun baqajı oğurlanıb. Nurməhəmmədov bu barədə "İnstagram" hesabında məlumat verib.
O, yükünü oğurlayan bir nəfərin fotolarını yayımlayaraq, bu sözləri yazıb: "Dostum, baqajı qaytar. Mən artıq səni tapmışam".
Xatırladaq ki, Nurməhəmmədov irlandiyalı döyüşçü Konor Makqreqor ilə döyüşdən sonra Nevada ştatının Atletika Komissiyası tərəfindən diskvalifikasiya olunub.
İdman Baxılıb: 1037 Tarix: 04 fevral 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş