Nazirlik Cahangir Hacıyevə qarşı iki milyon manata yaxın iddia qaldırdı

Nazirlik Cahangir Hacıyevə qarşı iki milyon manata yaxın iddia qaldırdıBu gün Bakı Ağır Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Sonxeber.az oxu.az-a istinadla xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən C.Hacıyevin hüquqlarını müdafiə etmək üçün yeni vəkil Fəxrəddin Mehdiyevin qoşulduğu elan edilib.

F.Qəniyev bildirib ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Azərbaycan Beynəlxalq Bankı" ASC, mülki iddiaçı qismində isə "Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatı ilə Vergilər Nazirliyi tanınır.

Sonra Vergilər Nazirliyinin nümayəndəsi məhkəmədə Cahangir Hacıyevə qarşı 1 milyon 752 min 359 manatlıq mülki iddia qaldırıb.

İddia icraata qəbul edilib. Daha sonra prokuror ittiham aktını elan edib. Nahar vaxtı ilə əlaqədar məhkəmədə fasilə elan edilib. Proses günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, aparılmış istintaqla 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaqla həmçinin C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi "Aztorq" MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən küllü miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, D.Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını beş ilə endirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 888   Tarix: 04 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda ana, oğlu və qızı bıçaqlandı

Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Report-a istinadən xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilal

8 sentyabr 2021
.

Bakıda ər qrup şəklində cinsi əlaqə təklif edən arvadına 18 bıçaq zərbəsi vurub – İSTİNTAQ MATERİALLARI

Boşanmış şəxslərin və ya boşanmaq istəyən insanların bir-birinə ədavətinin davam etməsi, bunun qanlı nəticələri haqqında kriminal təcrübədə sonsuz sayda nümunələr var. Xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə ilə nəticələnən belə bir nümunə ilə sizi tanış edəcəyik. Mətbuatda bununl

13 sentyabr 2021
.

Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd

11 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT - Arvad ərini öldürüb, kolluqda gizlətdi

Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilmişdir. Baş Prokurorluqdan -a verilən məlumata görə, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümü

10 sentyabr 2021
.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021
.

"Anasına danışanda oğluna şər atdığımı dedi" - 10 il həbs verilən 26 yaşlı Nərmin

Ötən il Bərdədə həmcinsini güllələməkdə ittiham olunan 26 yaşlı Nərmin Mehrəliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Qətldə özünü təqsirli bilməyən N.Mehrəliyeva şəxsi istəyi olmadan cinsi əlaqəyə məcbur edildiyini bildirib. O, məhz həmin şəxsin anası Sevda Hacıyevanı ov tüfəngi ilə qətlə yetirməkd

2 sentyabr 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

Azərbaycanda ailə qətliamı: Nə baş verib? - TƏFƏRRÜAT

Azərbaycanda həyat yoldaşını və qayınatasını qətlə yetirən kişi sonda özünü də öldürüb. "Xəzər TV"yə istinadən xəbər verir ki, dəhşətli hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində baş verib. Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Nizami Məhərrəmov ov tüfəngi ilə həya

22 avqust 2021
.

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB

Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdl

13 sentyabr 2021