İrəvan TƏŞVİŞ İÇİNDƏ: Qarabağda mövqelər Azərbaycanın əlinə keçir - Erməni EKSPERT

İrəvan TƏŞVİŞ İÇİNDƏ: Qarabağda mövqelər Azərbaycanın əlinə keçir - Erməni EKSPERT"Vəziyyət dəyişməsə, Ermənistan rəhbərliyinin təcrübəsizliyi ciddi nəticələrə səbəb olacaq".

Sonxeber.az publika.az-a istinadla xəbər verir ki, bu barədə erməni politoloq Ervand Bozoyan deyib.

Bozoyan Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Ermənistana səfərini xatırladıb qeyd edir ki, bu səfərin əsas məqsədi İrəvanın Qarabağla bağlı aydın olmayan mövqeyini öyrənmək idi.

"Davos görüşü və Boltonun zəngindən sonra münaqişə ətrafında prosesin getdiyi təəssüratı yaranıb. Ermənistan ictimaiyyətində narahatlıq var. Rusiyada da Qarabağ münaqişəsinin nizama salınmasında təşəbbüsün ABŞ-a keçməsi ilə bağlı narahatlıq yaranıb. Rusiya Ermənistanın mövqeyini anlamağa çalışır", - deyə o bildirib.

Onun sözlərinə görə, Rusiya yaxın perspektivdə nəyi gözləməli olduğunu, danışıqlar prosesi çərçivəsində Ermənistanın mövqeyinin nədən ibarət olduğunu anlamaq istəyir: "Paşinyanın "sülh qarşılığında ərazi formulu" üzrə danışıqlar aparmamasına dair bəyanatı Azərbaycanı ciddi şəkildə təəccübləndirib. Həm Azərbaycan, həm də Ermənistanın ekspert dairələrində nələrin baş verməsinə dair təsəvvür yoxdur. Hazırda kifayət qədər ziddiyyətli proses gedir, danışıqların əsaslandığı prinsiplər aydın deyil. Erməni rəhbərliyi Madrid prinsiplərini dəyərləndirməkdən yayınır, lakin digər bazis də göstərmirlər".

Bozoyan xatırladıb ki, Ermənistan tərəfi Dağlıq Qarabağ adından danışıqlar aparmayacağını bildirirdi: "Lakin XİN rəhbərləri 4 dəfə görüşüb. Onlar nədən danışıblar? Hava haqqında danışdıqlarını düşünmürəm. ATƏT-in Minsk qrupunun həmsədrlərinə gəldikdə isə, hər bir həmsədr ölkə əsas vasitəçi missiyanı öz üzərinə götürmək istəyib. Vaşinqton, Paris və Moskva daim bu məsələ də bir-birini əvəzləyib. Ermənistanda hakimiyyət dəyişdikdən sonra "Bolton modeli" formalaşdı. O, regiona səfərindən sonra münaqişənin tezliklə həllinin vacibliyini vurğulayaraq danışıqlar prosesində aktiv şəkildə iştirak etməyə başladı. Bu mərhələdə ABŞ-ın aktivliyi Rusiyada narahatlıq yaratdı. Lakin nə Moskva, nə də Vaşinqton Yerevanın mövqeyini anlayır ki, Ermənistanın güzəştlər məsələsində "qırmızı xətti" hansıdır", - deyə politoloq vurğulayıb.

Ekspert qeyd edib ki, bu reallıq Ermənistanın danışıqlar prosesində "fundamental üstünlüyünü" itirməsinə gətirib çıxarır: "Bu prosesin davam etməsi həmsədrlər üçün Yerevan və Bakını bərabərləşdirəcək. Lakin əvvəllər ilk növbədə güzəştlər Azərbaycan tərəfindən gözlənilirdi. Bu həm Kazanda, həm Madriddə, həm də Ki-Uestdə belə olub".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2801   Tarix: 04 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021