Paşinyanın Almaniya HİYLƏSİ, Merkelin TƏRS ŞİLLƏSİ

Paşinyanın Almaniya HİYLƏSİ, Merkelin TƏRS ŞİLLƏSİYanvarın 31-də Ermənistanın baş naziri Nikol Paşinyanın Almaniyaya rəsmi səfəri baş tutdu. Paşinyan səfər çərçivəsində Almaniya kansleri Angela Merkel və Almaniyadakı erməni icması ilə görüşlər keçirdi. Baş nazirin səfər müzakirələrində diqqət çəkən əsas məqamlardan biri Merkellə söhbət zamanı Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda Ermənistan və Azərbaycanla yanaşı, Dağlıq Qarabağı da tərəf kimi göstərməsi oldu. Lakin Merkel çıxışı əsnasında Paşinyanın istifadə etdiyi bu ifadəni təkrarlamadı və yalnız Ermənistanla Azərbaycanın adını qeyd etdi.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirir ki, Paşinyan bu ifadəni məqsədli şəkildə işlədib:

"Angela Merkel Dağlıq Qarabağ problemini dərindən bilən insanlardan biridir. Hətta Almaniyanın hazırkı Ştaynmayer xarici işlər naziri olan kanslerin tapşırığı ilə Dağlıq Qarabağ məsələsi ilə bağlı öz hökumətinə müfəəssəl məlumatlar çatdırmışdı. Almaniyanın sülhməramlı missiyada iştirakının imkanlarını, şərtlərini və perspektivlərini dəyərləndirmişdi. Almaniya elitasında, siyasi rəhbərliyində Dağlıq Qarabağ problemini kifayət qədər yaxşı bilənlər çoxdur. Almaniya elitası Avropa İttifaqının qonşuluq siyasətində həmin bu məsələni çox vacib hesab edirlər və bildirirlər ki, bu məsələnin həlli son dərəcə mühümdür. Almaniya da Minsk qrupunun 3 həmsədr dövlətinə dəstək verə bilər.

Nikol Paşinyanla Angela Merkelin müzakirəsində isə diqqət daha çox Paşinyanın üzərinə çəkilir. O, həm kanslerlə, həm də Köln şəhərində yaşayan ermənilərlə görüş keçirdi. Hər iki görüşdə birbaşa dedi ki, Dağlıq Qarabağın erməni icması Azərbaycan-Ermənistan arasındakı prosesə qatılmalıdır. Paşinyan özü də gözəl bilir ki, bu məsələ baş tutan deyil. Çünki Azərbaycan bu problemi çoxdan rədd edib. Ona görə ki, Azərbaycanın tələbi Dağlıq Qarabağ problemini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağını bildirib. Həm də Azərbaycan Qarabağda yaşayan erməni icmasına ən yüksək statusu verməyə hazır olduğunu bəyan edib. Əgər burada kompromislərdən söhbət gedirsə, onda gərək Dağlıq Qarabağ ermənilərinin nümayəndələri Azərbaycan icmasının nümayəndələri ilə görüşsün. Rəsmi İrəvanla Bakı arasında münasib şərait formalaşmağa başlasın ki, kommunikasiya vasitələri bərpa olsun. Həm də iki ölkə arasındakı münasibətlərdə bir balaca tərpəniş olsun. Ona görə Paşinyanın danışıqlar prosesinə üçüncü tərəfi cəlb etmək niyyəti keçərli olmayan variantın gündəmə gətirilməsi deməkdir. Paşinyan bunu ona görə edir ki, özündə qətiyyət, güc, təpər hiss edə bilmir. Çünki ona qarşı müqavimət göstərən Ermənistanın daxili rəqibləri, Qarabağ klanı, Respublikaçılar Partiyasının qalıqları bu məsələlərdə çox sərt mövqe tuturlar. Paşinyan hakimiyyətinin kövrək olması, komandasının zəif mövqe tutması onu geri çəkir və bu minvalla vaxt qazanmağa çalışır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1226   Tarix: 05 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

""Döyüş Qardaşlığı" təşkilatı bir başa Paşinyana dəstək verir" - Ekspert

Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb.Bu barədə təşkilatın Teleqram kanalı məlumat yayıb. Məlumatda bildirilib ki, təşkilatın üzvləri Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan, Aramais Ağabekyan Noyemberyan polis bölməsinə gətirilib. "Hökumə

22 aprel
.

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - FOTO/VİDEO

Aprelin 20-də Quru Qoşunlarının qərargahında müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müşavirədə müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev, Qur

20 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

"Fransız deputatlar Azərbaycan əleyhinə qarayaxma kampaniyasında oyuncağa çevrilib" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

18 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel