Azərbaycanın "Formula 1"dən qazandığı pulların həcmi açıqlandı

Azərbaycanın "Formula 1"dən qazandığı pulların həcmi açıqlandı""Formula 1"in meneceri ilə dərindən məsələni araşdırmalıyıq ki, görək yerli miqyasda bu yarışı necə meydana gətirək".

Sonxeber.az modern.az-a istinadla xəbər verir ki, bu sözləri Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov "Formula 1" şirkəti ilə 2023-cü ilə qədər yeni müqavilənin imzalanması mərasimində deyib:

"Bir çox halda deyirlər ki, yerli miqyasda Formula əl çatan deyil. Yəni deyirlər ki, brendinizi bu yarışa çıxara bilməyəcəksiniz. Əslində isə bu, belə deyil. Gördüyümuz işin əsası odur ki, "Formula 1"-i 8 yerli brendler üçün əlçatan edək. Formula ilə bağlı qlobal nəticələr odur ki, Bakı Şəhər Halqasında sponsor kimi 500 milyondan çox azarkeşə çıxış əldə edirsiniz. Yerli sponsor olaraq isə 94 min azarkeşlə ünsiyyət qura bilərsiniz. 120 yayım tərəfdaşı bu yarışı yayımlayır. Tərəfdaşlıqla bağlı imkanlara gəlincə isə ola bilər ki, şirkətinizin beynəlxalq miqyasda işgüzarlığı artıb. O zaman bu yarışdan istifadə etmək olar. Yerli auditoriyaya çıxış əldə etmək üçün də imkanlar var. Bizdə tərəfdaşlıq beynəlxalq və yerli təkliflər zərfində ibarətdir. Baş sponsordan danışırıqsa, burada brendinizi yaya bilərsiniz, yol boyu adınız görünəcək. Özünüzü bu reklam vasitəsilə tanıda bilərsiniz. Azərbaycan Qran-prisi harada tədbir keçirirsə baş sponsor olaraq orada təmsil olunacaqsınız".

Daha sonra Arif Rəhimov digər tərəfdaşlıq şərtlərini də açıqlayıb. Bildirib ki, əyləncə tədbirlərində iştirak etmək olar:

"Müştərinizi bu yarışlara dəvət edə bilirsinizsə, deməli onu gələcəkdə əldə saxlamaq da asan olacaq. Canlı əyləncə deyiriksə "Kristal Holl"da bir neçə tədbirlər olur. Ötən il təxminən 30 min insan təkcə orada etdi. Düşünürəm ki, bu il keçiriləcək olan yarışlarda həftə sonu təxminən 79 min insan əyləncəli tədbirlərdə istirahət edə biləcəklər.

O zaman bu tədbirlərdə heç bir sponsor iştirak etmirdi. Bu il isə fərqlilik edəcəyik və şirkətlər yerli bazarda tanınmaq istəyirlərsə, bu kimi tədbirlərdə sponsor kimi iştirak edə bilərlər. "Formula 1"in vasitəsilə yerli brendlərin tanıdılmasında böyük imkanlar var. Bununla yanaşı Bakı Şəhər Halqasında kimisə tanıyırsınızsa bizə müraciət edə bilərsiniz. Təklifinizə nəzər salaraq, müzakirə edə bilərik. Konsertdən sonrakı tədbirlər vasitəsilə çalışacağıq ki, formatı bir qədər dəyişək. Əsas məsələ VİP və digər sahələrdən sponsorların yararlanmasıdır. Sponsor müştərisinin hansı zonada olduğunu bilirsə, fikrini həmin ərazidə cəmləşdirə bilər. Məsələn sizdə bahalı mal satılırsa, o zaman VIP-də təmsil oluna bilərsiniz".

A. Rəhimov onu da qeyd edib ki, Azərbaycan "Formula 1"dən 2016-2017 illərdə 280 milyon dollar qazanıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1338   Tarix: 05 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Fənərbağça"nın penaltilərini çıxaran qapıçının SİRRİ: Atası oyundan əvvəl…

"Fənərbağça" - "Olimpiakos" matçına damğasını vuran və 3 penalti vuruşunu qurtaran Konstantinos Tzolakislə bağlı çox danışılan fakt üzə çıxıb. bu barədə xarici mətbuata istinadən xəbər verir. Tzolakis matçdan sonra verdiyi açıqlamada məşqçilərlə analiz apardıqlarını və penaltilərdə

19 aprel
.

Salah Messini sevimli oyunçu adlandırdı

"Liverpul"un cinah oyunçusu Aleksis Mak Allisterin bu mövsümdəki çıxışını da yüksək qiymətləndirib. xarici mediaya istinadən bildirir ki, İngiltərə klubunun misirli hücumçusu Məhəmməd Salah "İnter Mayami"də çıxış edən Messi ilə bağlı fikirlərini də açıqlayıb. Əvvəlcə Aleksis Mak Allisterdə

8 aprel
.

"Qarabağ" – "Neftçi" görüşünün başlama saatı bəlli olub

Azərbaycan Premyer Liqasında növbəti 2 turun oyun proqramı açıqlanıb. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həm XXII, həm də XXIV turun oyunları üç gün ərzində keçiriləcək. "Qarabağ" - "Neftçi" matçı mayın 4-də, saat 19:30-da başlayacaq. XXII tur. 4 ma

16 aprel
.

"Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər"

İtaliyalı güləşçi Frank Çamisio Bakıda ona 300 min dollar dəyərində rüşvət təklif edildiyini iddia edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə güləşçi "La Repubblica" qəzetinə açıqlama verib. İkiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio keçən həft

12 aprel
.

"Mən gizlənməyəcəyəm" - Mbappe "Barselona" ilə oyun haqqında

PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə qarşıdakı ilk oyundan danışıb. "Böyük oyunçuların vaxtı çatıb. Mən hazıram və həmişə olduğu kimi, gizlənməyəcəm. PSJ-nin göstərdiyi dinamikanı nəzərə alsaq, əminəm ki, əlimizdən gələni edəcəyik və yeku

8 aprel
.

2030-Dünya Çempionatının finalı üçün ən böyük stadion tikilir

Tarixi dünya çempionatının həlledici matçı tayı-bərabəri olmayacaq arenada keçirilə bilər. xarici KİV-ə istinadla bildirir ki, ötən ilin oktyabrında Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu il Dünya Çempionatının final hissəsinin üç ölkənin: İspaniya, Portuqaliya və Mərakeşin meydanlarında keçiriləcəyin

12 aprel
.

Simge Sağından İkardi etirafı

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin qollarından sonra stadionda səsləndirilən "Aşkın Olayım" mahnısı məşhur olan Simge Sağın 2018-ci ildə musiqisevərlərə təqdim etdiyi mahnının məşhurlaşması ilə bağlı etiraf edib. Türkiyə mediasına istinadən xəbər verir ki, şəxsi həyat

17 aprel
.

Azərbaycan güləşçisi: Frank Çamizo kimi titullu idmançını məğlub etməyi bacardım

Yarışa çox ciddi hazırlaşmışdım. Frank Çamizo kimi titullu idmançını məğlub etməyi bacardım. "Report"un məlumatına görə, bunu Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov (74 kq) İtaliya təmsilçisi Frank Çamizonu məğlub etdiyi Bakıdakı Avropa Olimpiya Təsnifat turnirinin yarımfinal görüş

7 aprel
.

"Bavariya"nın baş məşqçisi postuna əsas namizədin adı açıqlanıb

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman "Bavariya"dan Tomas Tuxelin gedişindən sonra komandaya rəhbərlik etmək üçün idman direktoru Maks Eberlin əsas favoritidir. Eberl 2024-cü ilin martında "Bavariya"ya gəlib. O, Almaniya Futbol Assosiasiyasında Rudi Föllerin roluna bənzə

13 aprel