Paşinyandan ağlagəlməz QARABAĞ PLANI: Gürcüstan yolunu gedir ki... - Politoloq HƏR ŞEYİ AÇDI

Paşinyandan ağlagəlməz QARABAĞ PLANI: Gürcüstan yolunu gedir ki... - Politoloq HƏR ŞEYİ AÇDI"Dağlıq Qarabağ problemi ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin üçü də xristian ölkəsidir. Çox təəssüf ki, reallıq bundan ibarətdir. Paşinyan da daha çox xristian olduğu üçün deyil, məhz bunun üçün Ermənistan bayrağında xaç işarəsinin əks olunmasını istəyir".

Sonxeber.az-ın məlumatına görə, bunu publika.az-a açıqlamasında politoloq Natiq Miri Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" fraksiyasından olan deputat, parlament sədrinin müavini Alen Simonyanın Ermənistanın dövlət bayrağında xaç əks olunmasını təklif etməsi haqda danışarkən deyib.

Politoloq bildirir ki, məsələni dini yox, siyasi baxımdan dəyərləndirmək lazımdır:

"Paşinyan hökumətinin bu təşəbbüsü Gürcüstandan götürülmüş modeldir. Çünki Mixail Saakaşvili prezidentliyi dövründə Gürcüstan bayrağını tamamilə dəyişdirərək simvolik olaraq xaç işarəsini tətbiq etdirdi. İndi də Paşinyan partiyasının parlamentdəki təmsilçilərindən biri xaç işarəsinin bayrağa əlavə olunmasını tələb edir. Bu da təkcə həmin millət vəkilinin təşəbbüsü ilə irəli sürülən bir fikir deyil. Düşünürəm ki, bu, hökumət başçısı səviyyəsində düşünülmüş və uzaq məqsədlərə dayanan təşəbbüsdür. Əsas məqsəd isə xristian dünyasının diqqətini Ermənistana cəlb etməkdən ibarətdir. Çünki Gürcüstan Qərb dünyasının bütün zamanlarda diqqət mərkəzində olub, bu gün də siyasi, hərbi, iqtisadi istiqamətdə həm Avropa İttifaqı, həm də Amerika tərəfindən dəstəklənir. Paşinyan da bu təcrübədən özünə nümunə götürüb Ermənistan bayrağında xristian simvolunu əks etdirməklə, xristian dünyasına mesaj verir ki, Ermənistan xristian dövlətidir. Bu kontekstdə, təbii ki, Dağlıq Qarabağ probleminin həlli məsələsində ən azından xristian dünyasının Ermənistan lehinə qərar vermələri üçün onları təhrik edir. Bilirsiniz ki, Dağlıq Qarabağ problemi ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin üçü də xristian ölkəsidir. Çox təəssüf ki, reallıq bundan ibarətdir. Paşinyan da daha çox xristian olduğu üçün deyil, məhz bunun üçün bu addımı atır. Paşinyan bu addımı atmaqla qısamüddətli dividentlər götürmək istəyir. Ən nəhayət, bütün Qərb dünyasının güclü xristian dövlətlərinin himayəsində olmaq fikrindədir".

Natiq Mirinin fikrincə, Paşinyan həm də bu dəyişikliklə daxili auditoriyaya oynayır:

"Çünki ermənilər katolikdirlər və öz dini məzhəblərinə bağlı insanlardır. Bu növ addımlar atmaqla Paşinyan emosional baxımdan ictimaiyyətə təsir göstərə bilir. Düşünmürəm ki, bayraq məsələsi ictimai rəydə Paşinyanın əleyhinə işləsin.

O ki qaldı məsələnin hüquqi tərəfinə, bayraqda dini simvolların göstərilməsi vacib deyil. İdeoloji prinsiplərin xüsusilə qabardılması əhəmiyyət daşımır. Onsuz da, bütün bayraqlarda dini mənsubiyyət rənglərlə ifadə olunur. Xüsusi olaraq yenidən dini atributun bayrağa həkk edilməsi mənəvi məsələ deyil".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2825   Tarix: 05 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021