Deputat: Bizə söyənlərin söz haqqı var, bizim yox?

Deputat: Bizə söyənlərin söz haqqı var, bizim yox?Sonxeber.az oxu.az-a istinadla millət vəkili İlham Məmmədovun müsahibəsini təqdim edir:

- Son günlər sosial şəbəkələr, onlayn media, onların qanunla tənzimlənməsi yenidən gündəmdədir. Parlamemtin yaz sessiyasının ilk plenar iclasında bu yöndə xeyli çağırışlar səsləndi. Sizcə, sosial şəbəkələrin qanunla tənzimlənməsi mümkündürmü və bu, insanların fikir azadlığının məhdudlaşdırılmasına gətirib çıxarmaz ki?

- Hesab edirəm ki, bu, günün ən aktual, ən vacib məsələlərindən biridir. Təbii ki, sosial şəbəkə insan həyatını yaxşılaşdıran, insanın dünyagörüşünün artmasına, bir sözlə, informasiyanın əlçatanlığına xidmət edən yeni bir trenddir, texnologiyadır.

Artıq bu, nə sizin, nə bizim, nə də kiminsə istəyindən asılı olmayan bir trenddir. Bu gün insanların bir-biri ilə ünsiyyəti bütövlükdə sosial şəbəkələrə keçib ki, bunun həm müsbət, həm də mənfi tərəfləri var.

Sırf mənəvi, psixoloji aspektdən yanaşsaq, insanların bir-biri ilə real ünsiyyəti, real gediş-gəlişi azalıb, virtuallaşıb. İnsanlar həddindən çox informasiyalarla yüklənirlər.

İnsanlar ola biləcək hadisələri reallıqda yox, bəzən təhrif olunmuş halda qəbul edərək, bunu öz həyatlarına, öz gündəlik işlərinə daxil etmiş olurlar və belə demək mümkünsə, bununla yaşayanlar var. Hesab edirəm ki, bunun özü də bəzi mənfi hallara gətirib çıxarır.

Bu gün sürətli internetin yayılması, ölkə prezidentinin bu sahəyə diqqəti, ümumiyyətlə, dövlət idarəetmə strukturlarının tamamilə onlayn sistemə keçməsi, yeni informasiya-kommunikasiya texnologiyaları vasitələrindən istifadə edərək, elektron hökumətin yaradılması insanların işini xeyli asanlaşdırır.

Ancaq bunun mənfi tərəfləri ondan ibarətdir ki, internet, sosial şəbəkələr Azərbaycanı gözü götürməyən qüvvələr və onun yerdə olan dayaqları üçün elə bil döyüş meydanına çevrilib.

Parlamentdə deputatlar daha çox bu istiqamətdə narahatlıqlarını bildirdilər, bu, onları da narahat edən ciddi bir məsələdir. Hər bir millət vəkili xalqın təmsilçisidir, hər birinin 40-50 min seçicisi var və təsəvvür edin ki, istər ölkəmizdə baş verən hadisələrin təhrif olunması, istər hansısa informasiyanın səhv çatdırılması yerlərdə insanlar arasında bəzən ümidsizlik doğurur, kənar, xoş olmayan hərəkətlərə səbəb olur.

Təbii ki, saxta profillərdən istifadə edərək, ölkə, dövlət, iqtidar əleyhinə şər, böhtan yağdıranlar üçün hüquqi tənzimləmə var. Ancaq bununla belə, Milli Məclisin sədri cənab Oqtay Əsədov da, Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli də bu barədə narahatlığını bildirdi ki, hüquqi tənzimləmə olsa belə, təəssüf ki, burada bəzi boşluqlar var, qanunların icrasında nöqsanlar, axsamalar mövcuddur.

O da vurğulandı ki, Milli Məclis bu məsələdə, yəni qanunvericilik bazasının təkmilləşməsi istiqamətində növbəti addımlarını atacaq. Ancaq bu, o demək deyil ki, bu addımlar internet resurslarının, sosial şəbəkələrə girişin qadağan olunmasına, bağlanmasına gətirib çıxaracaq, bu, tamamilə absurd bir məsələdir.

Belə bir məsələdən söhbət getmir və kimlərsə bunu bu cür yozmağa çalışırlarsa, çox böyük səhvə yol verirlər. Bu, bizim gündəlik həyatımızdır. Ancaq saxta profillərlə ölkənin ayrı-ayrı nüfuzlu şəxslərini gözdən salmaq, hardasa sosial-məişət zəminində ola biləcək hadisəni təhrif edərək sosial şəbəkələrə çıxarmaq, insanların işgüzar nüfuzuna xələl yetirmək, ailə-məişət məsələlərinə müdaxilə etmək heç bir baxımdan xoşagələn hal deyil.

- Yeri gəlmişkən, bir neçə gün öncə YAP-ın parlamentdə olan təmsilçiləri ilə partiya rəhbərliyinin, İcra Katibliyinin görüşü keçirildi. Deyilənlərə, mətbuatda gedən məlumatlara görə, bu görüşdə bəzi YAP-çı millət vəkilləri ciddi şəkildə danlanıb, onların fəaliyyətsizliyi önə çəkilib...

- Xeyr, heç də belə deyil. YAP rəhbərliyi tərəfindən parlamentdə təmsil olunan deputatlarla keçirilən görüşlər mütəmadi olan görüşlərdir. Partiya rəhbərliyi ilə seçki ərəfəsində, il başlayanda, onların məqsədəuyğun hesab etdiyi vaxtlarda görüşlər keçirilir, orada qarşıda duran vəzifələr müəyyənləşir.

Yəni ölkəmizin ictimai-siyasi həyatı, son günlər baş verən hadisələr, xüsusən Davos forumunda ölkəmizə diqqətin, marağın olması, ölkə prezidentinin regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının növbəti mərhələsində qarşıya qoyduğu hədəflər, bu hədəflərin insanlara düzgün çatdırılması, təbliğat işinin aparılması, bu, bizim siyasi partiya fəaliyyətimizdir.

Bu, mümkün olan bir şeydir. Ancaq görürsünüzmü, bunlar mətbuatda, sosial şəbəkələrdə elə istiqamətə yönələ bilir ki, guya hansısa qeyri-adi hadisə baş verib.

Dünyanın bütün ölkələrində hakim partiyaların parlamentdə təmsil olunan nümayəndələri tez-tez bir yerə yığışır, partiya rəhbərliyi ilə görüşür, müzakirələr aparırlar. Qardaş Türkiyədə, qonşu Rusiyada da belədir. Burada qəribə nə var ki?!

Təbii ki, bizə qarşı olan təhdidlərin qarşısını ala bilmək üçün biz də iş planımızı müəyyənləşdiririk. Onlar sosial şəbəkələrdə gecə-gündüz müxtəlif saxta profillərlə söyüş, təhdidlər sovurmalı, bizsə durub sakitcə baxmalıyıq, heç bir cavab verməməliyik? Onların söz haqqı var, bizim cavab haqqımız yoxdur?

- Belə fikirlər də səslənir ki, söyüşə söyüşlə cavab vermək lazımdır.

- Bu məsələni başqa səmtə yozmaq lazım deyil. Ancaq çox təəssüflər olsun ki, belə cəhdlər də var, hiss olunur. Əslində, elə insanlar var ki, onlar özlərini o səviyyəyə endirib, insanlara qarşı ən təhqiramiz ifadələr işlədirlər. O təhqiredici ifadələr, təbii ki, onların özlərinə aiddir. Çünki onlar o səviyyənin yiyəsidir. İnsan, doğrudan da, onları gördükcə, eşitdikcə xəcalət çəkir.

Məgər parlamentdə oturanlar xalqın nümayəndələri deyil? Onlar Azərbaycan vətəndaşları deyil? Onların deputatlığını, ictimai-siyasi yükünü qoyaq bir kənara, məgər orada oturanların ailəsi ailə, uşağı uşaq, övladları övlad, onların təmsil etdikləri insanlar insan deyil? Bilirsiniz, hansısa bir deputata, hansısa bir ictimai-siyasi xadimə söyüş yağdırılırsa, o, elə bil ki, onun təmsil etdiyi, ona mandat verən insanlara söyüş yağdırmaq, onları təhqir deməkdir.

Yəni qoy onlar da eşitsinlər, bilsinlər ki, onlar təhqir edəndə tək bizləri yox, xalqı da, sıravi vətəndaşları da təhqir edirlər. Azərbaycan kiçik bir ölkədir və hamının bir-birinə hansısa müstəvidə qohumluq, tanışlıq, dostluq əlaqələri var.

Yəni bunu qabaqlarına qoyub fikirləşmələri lazımdır. Hər bir məsələ sivil mübarizə çərçivəsində olmalıdır, əndazəni aşmamalıdır.

- Bu günlərdə YAP üzvlərinin son sayı açıqlandı və məlum oldu ki, partiya üzvlərinin sayı 732 mini keçib. Bəzən belə fikirlər, iddialar səslənir ki, əslində, həmin 732 minin heç 732-si belə fəal deyil.

- Bu fikir, bu mövqe ilə heç cür razılaşa bilmərəm. Axı partiya üzvləri necə fəal olmaya bilər? Bax, məsələn, mənim təmsil olunduğum, Yeni Azərbaycan Partiyasının Yevlax şəhər təşkilatının üzvləri var.

Və bu gün onların rayonumuzun ictimai-siyasi həyatında hərəsinin öz mövqeyi, öz yeri, öz fəaliyyəti, öz işi var. Kimisi müəllim, kimisi həkimdir, kimisi kənd təsərrüfatında çalışır, kimisi sahibkarlıqla məşğul olur.

Məgər bu, özü fəallıq deyilmi? Bu, elə özü onu göstərirmi ki, bizim partiyanın üzvlərinin hamısı yüksək mədəniyyət, tərbiyə nümayiş etdirirlər?! Yəni onlara o səviyyədə cavab vermirlər.

Məgər müxtəlif saxta profillərdə oturub, söyüş söyməkdirmi aktivlik? Biz belə aktivliyin tərəfdarı deyilik, biz sivil mübarizənin, sivil oyun qaydalarının tərəfdarıyıq.

Ona görə də hər kəs başını aşağı salıb öz işi ilə məşğuldur. Ölkə prezidentinin siyasətinin həyata keçməsi üçün yerlərdə sivil qaydada öz işlərini görürlər. Bu, özü fəallıqdır.

- Sizcə, həmin insanların hamısı hakim partiyaya sədaqətlidirlərmi?

- Təbii ki, sədaqətlidirlər. O insanların heç biri məcbur olub, ora gəlməyib, gətirilməyib ki?! Onlara YAP-a öz könlü, öz qəlbi, öz ürəyi, öz düşüncəsi, öz seçimi ilə gələn insanlardır. Onlar ulu öndərin, ölkə prezidentinin siyasətini, ölkəmizin inkişafı naminə gördüyü işləri, əmin-amanlığı, sabitliyi görüb YAP-a gəliblər.

Hara germəlidirlər ki? Neyləməlidirlər ki? Təbii ki, bu gün o insanlar ətraflarına daha da artıq şəkildə insanları, dostlarını cəlb ediblər, edirlər. Bizim partiyanın böyük əksəriyyəti, sırası gənclərdən ibarətdir.

Xaricdə təhsil proqramı çərçivəsində nə qədər gənclərimiz xarici ölkələrdə oxuyub, qayıdıb dövlətin ictimai-siyasi işlərində iştirak edirlər, "startap" layihələrini həyata keçirirlər. Özü də nəinki Azərbaycanda, dünyanın hər bir yerində bunu edirlər...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 738   Tarix: 05 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bayden Prezident İlham Əliyevi təbrik edib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident. Amerika Birləşmiş Ştatlarının xalqı adından Sizə və Azərbaycan xalqına xoş arzularımı yetirir və Novruz bayramınızın dinc

16 mart
.

Paşinyandan Qarabağla bağlı daha bir ETİRAF

Ermənistan prezidenti Nikol Paşinyan bildirib ki, Ermənistan Dağlıq Qarabağda mühacirətdə olan heç bir hökuməti tanımır. -a istinadən xəbər verir ki, bu cür bəyanatlar milli təhlükəsizliyə təhdiddir

28 mart
.

Hikmət Hacıyev Hakan Fidanla görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN öz "X" hesabında paylaşıb

15 mart
.

Prezidentin köməkçisi: Azərbaycan Çini yaxşı dost və tərəfdaş kimi görür

Biz Çinlə strateji əməkdaşlığımızı və tərəfdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Global Times" qəzetinə müsahibəsində deyib. O vurğulayı

26 mart
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28 mart
.

Paşinyan yaxın günlərdə Qazaxın dörd kəndini geri qaytaracaq

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının bir çox deputatları Nikol Paşinyanın yaxın zamanda Tavuş ərazilərinin (anklav olmayan Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndləri) Azərbaycana verilməsi prosesini həyata keçiriləcəyini bildiriblər. Bu barədə Ermənista

20 mart
.

Prezident İlham Əliyev terror aktı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvada törədilmiş dəhşətli terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib. "Report" xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib: "Crocus City Hall" konsert zalınd

23 mart
.

Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN

Avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsü və ondan istifadənin hüquqi əsasları yaradılıb. APA xəbər verir ki, bu, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Avtomobil yolları haqqında" qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Nazirlər Kabinetini

28 mart
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28 mart