Deputatlar Baş nazirin qərarını anlamadılar: "Yaxşı bəs o meyvələri meşələrdən kim yığacaq?"

Deputatlar Baş nazirin qərarını anlamadılar: "Yaxşı bəs o meyvələri meşələrdən kim yığacaq?"Baş nazir Novruz Məmmədov Azərbaycanda qadağan edilmiş ərazilərdə meşə sərvətlərinin tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş zərərə görə ödənişlərin müəyyənləşməsi ilə bağlı qərarı təsdiqləyib.

Qadağan edilmiş ərazilərdə yabanı (cır) meyvələr (alma, armud, zoğal, alça və s) üçün 1, peyvənd meyvələr (alma, armud, zoğal, alça və s) – 2, itburnu – 2, çaytikanı – 3, digər dərman bitkiləri – 2, şabalıd – 2, fındıq -2, qoz – 3, fıstıq toxumu -1,5, palıd – 1, cökənin yığılmasına görə -1,5 manat cərimə nəzərdə tutulub.

Sənəddə qeyd edilib ki, meşələrdə bar gətirən meyvə ağaclarının məhsulunu qanuni əsas olmadan əldə edən şəxs, həmin məhsulu geri qaytarmalıdır.

Əsassız əldə edilmiş məhsulu eynilə qaytarmaq mümkün olmadıqda dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərlə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətləri ilə hesablanır.

Məsələ ilə bağlı Milli Məclisin deputatları fikirlərini Modern.az-la bölüşüblər:

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, ötən il Azərbaycan meşələrindən 60 ton meyvə, ağac və kol toxumları yığılıb.

"Açığını deyim, bizim Quba, Qusar zonasındakı meşələrdə meyvələr tökülüb gedir, heç onları yığan da yoxdur. İnsanların heç öz bağındakı meyvələri yığıb satmağa o qədər də imkanları yoxdur. Amma bu qərar verilibsə, görünür nəyəsə əsasən verilib. Ancaq ümumilikdə götürəndə isə bu qərara ehtiyac yox idi. Onsuz da meşələrdə meyvələr yığılmayanda yerə tökülür, çürüyür, məhv olur. Əgər həmin meyvələri yığıb istifadə edirlərsə, buna şad olmaq lazımdır. Buna görə cərimənin tətbiq edilməsini başa düşə bilmirəm. Tutaq ki, insanlar həmin meyvələri yığmadılar. Kim gedib onları yığacaq? O meyvələr məhv olub gedəcək. Çünki onları yığıb qurtarmaq mümkün deyil. Ümumiyyətlə, mən bu qərarı başa düşə bilmirəm".

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev isə deyib ki, sovet vaxtında meşələrdən meyvə yığanlar cərimələnmirdirlər.

"Ancaq mən qadağan edilmiş ərazilərdə meşə sərvətlərinin tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş zərərə görə cərimənin edilməsini dəstəkləyirəm. Bildiyimiz kimi, meşələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindədir. Yəqin ki, həmin cərimələri də onlar edəcəklər. Həmin cərimələrdə çox böyük qiymətlər də qoyulmayıb. Meşələrdən yığılan meyvələr tərkibinə görə ən təmizidir. Əgər həmin məhsulların üzərinə marketlərdə "ekoloji cəhətdən təmizdir" sözünü vursalar, digər meyvələrdən baha satılmalıdır. Xarici ölkələrdə də bu belədir".

Eldar Quliyev hesab edir ki, cərimələr girişi qadağan olan ərazilərdəki meşələrdə tətbiq olunacaq.

"Məsələn, bir qoruqdur. Oradan yığmaq olmaz axı. Hər kəs bilir ki, bizdə bəzi insanlar var ki, təbiəti qorumaq əvəzinə sökürlər. Meşələrdəki ağaclara zərər vururlar, onların budaqlarını sındırırlar və s. Bizim hər birimizin borcudur ki, təbiəti qoruyaq. Bu, təkcə bizim üçün deyil. Həm də gələcək nəsillər üçündür. Hesab edirəm ki, dövlət tərəfindən qorunan meşələrdəki meyvələrin yığılmasına icazə verilməyəcək".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli qeyd edib ki, əvvəllər də qadağan edilmiş ərazilərdə meşə sərvətlərinin tədarükü və yığılması ilə bağlı cərimələr mövcud olub:

"Sadəcə olaraq yeni qərarla həmin cərimələrin məbləği artırılıb. Mən rayonla bağlı adamam, insanların içində olan biriyəm. Sovet dövründə tədarük məntəqələri vardı. O zaman dövlət stimullaşdırırdı ki, insanlar gedib meşələrdən meyvələri yığıb həmin o məntəqələrə təhvil versinlər və qazanc əldə etsinlər. İndi isə meşələrdən meyvə yığılmasına görə cərimə tətbiq edirlər. Açığını deyim, mən bundan narahatam. Hökumətə də təklif edirəm ki, bu qərara yenidən baxsın. Camaatın dolanışıq sahəsi çox azdır. Gedib haradansa meyvə yığıb aparıb satırlar və ya özləri üçün istifadə edirlər. Məndən inciməsinlər. Birdən deyərlər ki, deputat hökumətin qərarına qarşı çıxır. Amma mən insanların narazılığın deyirəm. Sosial şəbəkələrdə hamı görür ki, nə qədər etirazlar var. Hesab edirəm ki, hökumət bu qərara yenidən baxmalıdır və yeni mexanizm tətbiq etməlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2617   Tarix: 06 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - FOTO

Bu gün səhər saatlarından etibarən bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda isə qar yağıb. Bəzi rayonlarda qar örtüyünün hündürlüyü 6 sm olub. -in məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 0 dərəcəyə yaxın olub. Hava proqnozu proqramlarını

26 fevral
.

Vətəndaş pulunu niyə banka qoymur?-AÇIQLAMA

Bəzi vətəndaşlar pulu bankda yox, "yastıq altında" saxlayırlar. Vətəndaş niyə görə banka pul qoymaqdan çəkinir?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. İqtisadçı inflyasiyanın sürətli olması vətəndaşın bankda vəsait saxlamaqdansa, əmlak bazarına üz tutmasına gətirib çıxardığın

16 aprel
.

Şokoladın qiyməti dəyişəcək? - VİDEO

Şokolad qiymətlərində kəskin artım gözlənilir. Çünki şokoladın əsas inqrediyenti olan kakaonun dünya bazarlarında dəyəri tarixdə ilk dəfə olaraq bir ton üçün 10 min dollar həddini keçərək rekorda imza atıb. İqtisadçı Eldəniz Əmirov bildirib ki, kakaonun qiymətinin dünya bazarlarında artması təbii şokoladları

29 mart
.

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA

"Naxçıvan Bank" ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır. Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,

20 aprel
.

Qızıl qiymətinə satılan meyvələr: Bahaçılığın səbəbi nədir? - ARAŞDIRMA + VİDEO

Hər il mart ayında bazarlarda meyvə-tərəvəzin qiyməti əl yandırır. Bəziləri isə sözün həqiqi mənasında qızıl qiymətinə satılır. Mövzu ilə əlaqədar Baku TV-nin əməkdaşı paytaxtdakı bazarlardan birində olub. Satıcıların sözlərinə görə, istehsalçılar vəziyyətdən istifadə edərək alçanı istədikləri qiymət

14 mart
.

İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir

Ağstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb. Qaynarinfo xəbər verir ki, təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib. Təchizatçının kimliyinə gəlincə, bu, "Aut

19 mart
.

Kirayə evə görə vergini kim ödəməlidir?

Son zamanlar çoxmənzilli binalarda yaşayanlardan mənzilin özlərinə aid olub-olmaması tez-tez soruşulur. Mənzildə kirayə qalanlar isə daha bir suala cavab verməli olurlar: Mənzilin sahibi ilə müqavilə varmı? . Müqavilə isə vergi öhdəliyini ortaya çıxarır. Bəs bu vergini kim ödəməlidir? Ev sahibi, yoxs

18 aprel
.

Məcburi köçkünlər üçün tikilən binalardakı mənzillərin satış QİYMƏTLƏRİ

Ötən ilin yanvar ayından keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin onlayn satışına başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlayn formada satışı həyata keçirilən mənzillər paytaxtın Sabunçu rayonunun Ramana və Kürdəxanı qəsəbələrində, Qaradağ rayonunu

27 fevral
.

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda nərə balığından hazırlanan qara kürünün həcmi açıqlanıb. Bu barədə -a Dövlət Statistika Komitəsindən bildirilib. 2024-cü ilin ilk üç ayında Azərbaycanda 103,1 kq nərə balığı kürüsü istehsal edilib. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü il

24 aprel