Azərbaycandan 5.5 milyard manatı çıxaran şəxsin taksi sürücüsü işlədiyi məlum olub

Azərbaycandan 5.5 milyard manatı çıxaran şəxsin taksi sürücüsü işlədiyi məlum olubBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə eldə edilmiş külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilən "Royalbank"ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Sonxeber.az "report"a istinadla xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə hər iki şəxs özünü təqsirli bilmədiyini deyib.

Daha sonra təqsirləndirilən R.Vəliyev sərbəst ifadə verib. O söyləyib ki, taksi sürücüsü olub, 2011-ci ildə Türkiyə vətəndaşı Əli Can adlı şəxslə tanış olub: "O, "Sədərək" Ticarət Mərkəzində yerləşən "Qlobal karqo" şirkətində işləyirdi. Əli Can bir neçə dəfə mənim maşınıma müştəri kimi əyləşib. Onu "Sədərək" Ticarət Mərkəzindən "Tarqovu"da yaşadığı evə aparıb-gətirirdim. Sonra Əli Can mənə şəxsi telefonunu verdi, ancaq onunla zəng etməyimi istədi. Həmin telefonla başqa nömrələrə zəng etmək mümkün deyildi. 2011-2015-ci illər arasında işim ondan ibrət idi ki, Əli Canın pullarını banklara aparım".

Məhkəmədə elan olunub ki, R.Vəliyev banka bir dəfəyə 6 milyon manata qədər nağd pulu aparıb, xarici şirkətlərin adına göndərib.

R.Vəliyev qeyd edib ki, həmin pulları banka tək aparmayıb, 9 şirkətin direktoru olub: "Əli Canın öz adamları da mənimlə banka gedirdi. Orada adıma olan MMC-dən pulları xarici şirkətlərə göndərirdik. Mən yalnız sənədlərə qol çəkirdim, 9 şirkəti isə tanışlarımın adına açdırdıq, mən onların direktoru olmuşam. Həmin şəxslərdən 3-ü xarici vətəndaş, biri isə digər tanışım Vüqar Osmanov idi. Vergi yoxlamalarını da mən aparırdım. Bu işlərdə Malik mənə köməklik edirdi. Əli Can mənə hazır sənədləri verirdi, mən də pulla banka aparırdım".

Hakim bildirib ki, R.Əliyevin direktoru olduğu şirkətlərin təsisçilərinin imzaları da onun özünün olub.

Sualları cavablandıran təqsirləndirilən şəxs söyləyib ki, pulların xarici şirkətlərin adına köçürülməsi üçün əvvəl "Azəriqazbank" Açıq Səhmdar Cəmiyyətinin Xətai filalının rəhbəri ilə danışıb: "Mən ona bu barədə danışdım. Sonra filial rəhbəri bankın Müşahidə Şurasının üzvü Azər Mövsümovun razılığı olduğunu bildirdi. Bank əməkdaşlarının istintaqa verdikləri ifadələri yalandır".

Məhkəmədə elan olunub ki, cinayət yolu ilə əldə edilmiş 5 milyard 551 milyon manat pulun ölkədən "Azəriqazbank"la 4 milyardı və digər məbləğlər isə Beynəlxalq Bank, həmçinin "Yunayted Kredit Bank"la köçürülüb.

R.Əliyev dindirilən zaman söyləyib ki, orta məktəbi 8-ci sinifə qədər oxuyub, ölkədən isə qaçmayıb: "2015-ci ildə Əli Can işlə bağlı xaricə getdiyini dedi. Mənə də xaricdə işləməyi təklif etdi. Sonra mən Ukraynaya getdim. Bazarda tanış azərbaycanlı bir nəfər mənim "İnterpol" vasitəsilə axtarışda olduğumu söylədi. Mən də gedib könüllü təslim oldum".

Məhkəmənin növbət iclası fevralın 13-nə təyin edilib.

İttiham aktına əsasən, "Royalbank"ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu "AGbank"ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb. R.Vəliyev görüşdə özünü "Provision Group", "İmpeks+", "Blast", "Qalaksi A", "Asin Co. LTD", "Primo A" və "İTEK" MMC-lərin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib və bunun üçün bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib. A.Mövsümov onlar üçün "AGbank"ın Xətai filialında otaq ayırıb.

M.Əliyev "Royalbank"da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib. R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb, ardıyca xarici valyutaya konversiya edilərək xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği komputer vasitəsilə yazaraq çap edib M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.

Bu qayda ilə M.Əliyev "Privion Group" MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, "İmpeks+" MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, "Blast" MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, "Qalaksi A" MMC vasitəsilə 115 milyon manat, "Asin Co. LTD" vasitəsilə 79 milyon manat, "Primo A" MMC vasitəsilə 213,5 milyon manat, "İTEK" MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.

Həmin şəxslər ümumilikdə cinayət yolu ilə əldə edilmiş 5 milyard 551 milyon manat pulu çirkli yolla leqallaşdırıb və ölkədən çıxarıb.

Xatırladaq ki, M.Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2273   Tarix: 06 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Müğənnini öldürən ərinə hökm oxundu

Müğənni Yaqut Nərimanı (Həşimova) öldürməkdə ittiham olunan əri Anar Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Anar Həşimov xüsusi amansızlıqla adam öldürməkd

3 aprel
.

Kişi yatan dostunu bıçaqladı

Rusiyanın Murmansk vilayətinin Kirovsk şəhərində 59 yaşlı kişi bıçaqlanıb. yerli mediaya istinadla bildirir ki, 38 yaşlı şübhəli dərhal saxlanılıb. O, törətdiyi cinayəti etiraf edərək bildirib ki, zərərçəkmiş ona baş çəkməyə gəlib və ziyafət zamanı yatıb. Şübhəli şəxs onu oyatmağa çalışsa da, nəticəs

26 mart
.

Sumqayıtda dəhşətli cinayət: "Dedi ki, gözəl-göyçək arvadın var..." - ŞOK TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Ceyhun qısqanclıq zəminində yaranan mübahisə zamanı nikahdan kənar münasibətdə olduğu Aygünü (adlar şərti verilib - red.) öldürüb. -un əldə etdiyi məlumata görə, Ceyhun 2020-ci ilin martında qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1995-ci il təvəllüdlü Aygünü

13 mart
.

DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO

Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb. Məlumata görə, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb. 61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünü

13 aprel
.

"Nikosayağı" cəzasının böyük hissəsini evdə çəkə bilər

Xəbər verdiyimiz kimi, "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şükürlü Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. "Qafqazinfo" xəbər verir ki, hökmdə Nicata verilən cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qey

7 mart
.

Bakıda ailə faciəsinə səbəb olan vatsap statusu...

Ötən il Bakının Qaradağ rayonunda qadının ərini baltalayaraq ona ağır xəsarətlər yetirməsinin təfərrüatları məlum olub. "Qafqazinfo"nun məlumatına görə, 29 yaşlı Könül Quliyevanın 1987-ci il təvəllüdlü əri Rəsul Quliyevlə (adlar şərtidir) mübahisəsi qadının telefonuna gələn "darıxmaq şər

8 aprel
.

Hüseyn Abdullayevin yeni cinayət işinin detalları

Xəbər verdiyimiz kimi, həbsdə olan sabiq deputat Hüseyn Abdullayev yenidən cinayət məsuliyyətinə cəlb edilib. Eks-deputat bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilir. "Qafqazinfo" Hüseyn Abdullayevin yeni cinayət işinin detalların

11 mart
.

Tofiq Yaqublunun həbs müddəti uzadıldı

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə saxlanma müddəti uzadılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmə prokurorun əsaslandırılmış təqdimatını təmin edib. Qərara əsasən, T.Yaqublunun həbs müddəti 2 ay uzadılıb. Xatırladaq ki, Tofi

6 aprel
.

Qətlə yetirilən sabiq baş həkim bizneslə məşğul imiş- FOTO

Xəbər verdiyimiz kimi, Salyan Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin sabiq baş həkimi İsrafil Məmmədov və 1963-cü il təvəllüdlü həyat yoldaşı Məmmədova Münəvvər Rza qızı yaşadığı evdə qətlə yetirilib. Qaynarinfo-ya daxil olan məlumata görə, 3 il əvvəl təqaüdə çıxan sabiq baş həkim yaşadığ

1 mart