Samvel Babayan: "Vəziyyət elə ciddidir ki, biz Qarabağı əldən verə bilərik..."

Samvel Babayan: "Vəziyyət elə ciddidir ki, biz Qarabağı əldən verə bilərik..."Qondarma "dqr"in keçmiş "müdafiə naziri" Samvel Babayan 2020-ci ildə Azərbaycanın işğal altındakı ərazilərində keçiriləcək "prezident seçkilərində" iştirak etməyə hazırlaşır.

Sonxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, Babayan bu haqda "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində bildirib.

O deyib ki, namizədliyini irəli sürmək üçün azı 10 il Qarabağda yaşamalı olduğunu nəzərə alır və artıq mart ayında Qarabağ sakinləri arasında bu məsələ ilə bağlı imza toplamağa hazırlaşır. Əgər o, lazım olan miqdarda imza toplaya bilsə seçkilərdə iştirak edə biləcək.

"Konstitusiya imkan verir ki, kimsə 5 faizdən 10 faizə qədər imza toplaya bilsə seçkilərdə iştirak edə bilər. Biz mart ayından başlayaraq bununla məşğul olacağıq"-Babayan deyib.

O bildirib ki, imza toplanması kampaniyasının təşəbbüskarı "xalqdır". "Bunlar həmin adamlardır ki, mənim qayıtmağımı istəyirlər"-o bildirib.

Babayan Qarabağ "hakimiyyətinin" onun xeyrinə imza toplanması kampaniyasına mane olacağını nəzərə alır, amma bunu problem saymır.

"Bu mənim üçün problem deyil. Onların problemidir...Qarabağın "prezidenti" Bako Saakyanla bundan əvvəlki görüşümdə dedim ki, gəlin xətt çəkək, hər şeyi-münaqişələri, problemləri unudaq. Mənə elə gəlir ki, onlar Qarabağın və Ermənistanın vəziyyətinin ciddi olduğunu başa düşməlidir. Vəziyyət o qədər ciddidir ki, bir-biri ilə münaqişə düzgün yanaşma deyil, biz dövləti itirə bilərik, əraziləri itirə bilərik. Bunu etmək lazım deyil"-Samvel Babayan deyib.

Babayan bir neçə il Rusiyada yaşayıb və 2016-cı ilin aprel müharibəsindən sonra Ermənistana geri dönüb. Serj Sərkisyanın hakimiyyətinə qarşı müxalif mövqedən çıxış etməyə başlayıb. Daha sonra o, silahlı çevriliş planlaşdırmaq ittihamı ilə tutulub. Babayan ötən il azadlığa buraxılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2182   Tarix: 06 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İsrail PUA-ların buraxılmasına cavab olaraq Livana zərbələr endirib

İsrail ordusu PUA-ların ölkə ərazisinə buraxılmasına cavab olaraq "Hizbullah"ın Livandakı hədəflərinə zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. Məlumata görə, pilotsuz təyyarələr İsrailin şimalındakı Kfar-Blum və Hanita yaşayış məntəqələr

14 aprel
.

Peskov: "Rusiyaya diversantların hücumları dəf edilib, Ukrayna 550 döyüşçüsünü itirib"

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod və Kursk vilayətlərinə hücumları dəf edilib, Ukrayna tərəfi 550 döyüşçünü itirib. APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. "Putin son günlər Belqorod və Kursk vilayətlərində ərazilərimizə hücu

17 mart
.

İsraildən qisas əməliyyatı: "Hizbullah"ın obyektinə zərbə endirildi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı "Hizbullah"ın hərbi obyektinə hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, zərbə ötən gecə İsrailin şimal bölgələrinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Hərbçilər zərbənin hədəfinin "Hizbullah"ı

14 aprel
.

Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalını yaydı. nazirliyə istinadən icmalı təqdim edir:

21 yanvar
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin doqquzu saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəli

9 aprel
.

İranın İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücumu gözlənilir - KİV

İran İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücum edə bilər. Bu barədə Səudiyyə Ərəbistanının yerli telekanalı məlumat yayıb. Həmin baza Eritreya yaxınlığındakı Dahlak arxipelaqında yerləşir və Qırmızı dənizin bu hissəsindən keçən gəmiləri izləmək üçün istifadə olunur. İranın digər mümkün zərb

14 aprel
.

Ağ Ev: İranın İsrailə hücumu bir neçə saat davam edəcək

İranın hərbi qüvvələrinin İsrailə qarşı hücumunun bir neçə saat davam edəcəyi ehtimal edilir. "Report"un məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson İranın öz ərazisindən İsrailə doğru pilotsuz uçuş aparatları buraxması ilə bağlı verdiy

14 aprel
.

KİV: İran PUA-ları İraqın cənubundan İsrailə keçib

İranın onlarla pilotsuz təyyarəsi İraqın cənubundan İsrail istiqamətində keçir. "Report" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb. "The Jerusalem Post" bundan əvvəl İranın İsrailə doğru onlarla pilotsuz uçuş aparatı ilə (PUA) hücum etdiyini xəbər verib. KAN radios

14 aprel
.

Bakı qırğınlarına görə Qorbaçovu öldürmək istəyən çilingər – baş tutmayan sui-qəsd cəhdi...

Əslində, onun nə Azərbaycanla, nə də bir nəfər olsun belə azərbaycanlı ilə heç bir əlaqəsi olmayıb. Sadəcə o, bir sovet vətəndaşı olaraq Mixail Qorbaçovun günahsız insanları qırğına verməsini qəbul edə bilməyib. Məhz elə bu səbəbdən də Aleksandr Şmonov Qorbaçovu fiziki cəhətdən məhv etməyi qərarlaşdırıb

20 yanvar