İngilislərdən Türkiyə ilə bağlı SENSASİON PROQNOZ: 500 min insan öləcək

İngilislərdən Türkiyə ilə bağlı SENSASİON PROQNOZ: 500 min insan öləcək2016-ci ildə İstanbulun bir neçə kilometr cənubunda 5,8 bal gücündə zəlzələ baş verdi.

Publika.az xəbər verir ki, Böyük Britaniyanın "The Guardian" qəzeti "Earth and Planetary Science Letters" adlı elmi nəşrdə dərc olunan məqaləyə istinadən yazıb.

"Yavaş zəlzələ" adlanan yeraltı təkan təxminən 50 gün ərzində yayılıb. Zəlzələnin episentri İstanbulun bir neçə kilometr cənubunda yerləşirdi.

Zəlzələ üzrə ekspert Patrik Martinez-Garzonun rəhbərlik etdiyi qrupun araşdırmasına görə, "yavaş zəlzələ" bir anda yer səhtinə çıxsaydı, 5,8 baş gücündə sarsıntı baş verərdi. Tədqiqatçıların fikrincə, zəlzələ Şimali Anadolu fay xəttinin yenidən aktivləşməsi anlamına gələ bilər.

"Bu, fay xəttinin digər hissələrinin parçalanmasını daha da yaxınlaşdıra bilər, ancaq mənzərəni tam görmək üçün daha çox məlumata ehtiyacımız var", - Garzon bildirib.

Qeyd edək ki, "yavaş zəlzələ"lər enerjini saatdan dəqiqəyə qədər deyil, saatlardan günlərə qədər Yer səhtinə çıxarır.

Qeyd edək ki, Mərmərə dənizi seysmoloji cəhətdən dünyanın ən aktiv bölgələrindən biri hesab olunur. Alimlər yaxın tarixdə bu bölgədə dağıdıcı zəlzələnin baş vermə ehtimalını yüksək qiymətləndirirlər.

Avqustda Yıldız Texniki Universitetinin professoru, geoloq Şükrü Ərsoy belə bir proqnoz vermişdi ki, 15 il ərzində Mərmərə bölgəsində baş verməsi gözlənilən zəlzələdən sonra hündürlüyü 6 metrə çatan sunami yarana bilər.

Onun sözlərinə görə, 1509-cu ildə baş verən İstanbul zəlzələsinin eynisi bu gün olsa, 80 min bina dağıla bilər: "Bu, minimum 150 min insanın həyatını itirməsi deməkdir. Bu rəqəm 500 minə qədər arta bilər. Qalan 2,5 milyon insana müvəqqəti sığınacaqlarda, bəlkə də iki il baxmaq məcburiyyətində qalacağıq".

Professor ehtimal edilən İstanbul zəlzələsinin böyük dalğalara səbəb ola biləcəyini bildirib:

"İstanbul zəlzələsi böyük ehtimal Mərmərə dənizində olacaq. Sunami üzrə biliklər mənim ixtisasıma daxildir. Bu mövzu üzrə bir mütəxəssis olaraq bunu deyə bilərəm: Mərmərə qapalı dəniz olmasına baxmayaraq, sunami təhlükəsini özündə saxlayır. Mərmərə dənizində dalğaların hündürlüyü 3-6 metr arasında ola bilər. Amma bir metr hündürlüyündə olan sunami dalğasının İstanbul sahillərindən yüz metr içəri girməsi, sahildəki bütün avtomobillərin dənizə çəkilməsi anlamına gəlir. Məsələn, Ataköy düz bir yerdir. Su qarşısında heç bir divar yoxdur. Sunami dalğası Ataköyün axırına qədər gedəcək. Binalar salamat qala bilər, lakin zəlzələdən sonra çölə çıxan insanlar sunamidən zərər çəkə bilər. İnsanlar sunami dalğası ilə ölə bilər".

Şükrü Ərsoy daha əvvəl bildirmişdi, on beş il ərzində Mərmərə dənizi üçün ən böyük ssenari 7,7 bal gücündə bir zəlzələnin baş verməsidir.

"Bu vəziyyətdə 15 milyon əhalisi olan İstanbulda bir çox binanın yıxılacağını düşünürük. Mərmərə dənizində 7 baldan daha böyük gücdə baş verəcək zəlzələ sunamiyə səbəb ola bilər. İstanbul üçün ən böyük ssenari olan 7,7 ballıq zəlzələ Kocaeli zəlzələsindən 3 dəfə daha çox enerji anlamına gəlir. Zəlzələ zamanı ölüm ehtimalı 1 faiz olsa belə, ölü sayının 145 min ola biləcəyini təxmin edirik. Yıxılacaq binaların sayı 80 minə çata bilər. Bundan başqa, 2-2,5 milyon insanı müvəqqəti binalarda saxlamaq lazımdır", - deyə geoloq xəbərdarlıq etmişdi.

Zəlzələ barədə məlumatları təhlil edən Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) mütəxəssisləri isə belə qənaətə gəliblər ki, İstanbulda yaxın 11-12 ildə böyük bir zəlzələnin baş vermə ehtimalı 60 faizdir.

Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun rəhbəri Haluk Özener xəbərdarlıq etmişdi ki, Mərmərə dənizində yaxın gələcəkdə gücü 7 baldan daha yüksək olan zəlzələ baş verəcək.

"Bütün elm adamları bunu qəbul edirlər: Mərmərədə yaxın gələcəkdə yeddi baldan yuxarı zəlzələ olacaq. Dəqiq tarixi deyə bilmərik, amma bu, Mərmərədə zəlzələ olacağı gerçəyini dəyişdirmir. Zəlzələlərin harada və təxminən hansı gücdə olacağını bilirik, amma təəssüf ki, heç bir zaman bugünkü texnologiyalarla dəqiq tarixini açıqlamaq şansımız yoxdur", - professor qonxunc ssenarinin qaçılmaz olduğunu vurğulayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1762   Tarix: 07 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dili qatlanan müştərisini xilas edib, işinə davam etdi - VİDEO

Saç ustası dili qatlanan müştərisini xilas edib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib . Bursada bərbər müştərisini təraş edərkən dili qatlanıb. Bərbər dərhal həmin şəxsi xilas edib. Təhlükəsizlik kamerasına əks olunan anları izah edən bərbər müştərisinin dilini çıxarara

24 aprel
.

İtkin düşən uşağın meyiti çayda tapıldı

Başqırdıstanda itkin düşən uşağın meyiti tapılıb. Rusiya mediasına istinadla bildirir ki, hadisə Xaybullinski rayonunun Yantışevo kəndində qeydə alınıb. Xilasedicilər bir gün əvvəl yoxa çıxan bir yaşlı uşağın cəsədini aşkar ediblər. Fövqəladə Hallar Nazirliyinin Respublika Qərargahından verilən məlumat

24 aprel
.

Avtobus sürücüsünün burnunu sındırdı - VİDEO

Avtobus sürücüsü hücuma məruz qaldı. Sinxəbər.az xarici mediaya istinadən xəbər verir k, hadisə Türkiyənin Kocaeli şəhərində baş verib. Kocaelinin Gebze rayonunda avtobus sürücüsü yolda rastlaşdığı düşmənin hücumuna məruz qalıb. Hadisə zamanı hücuma məruz qalan sürücünün burnu sınıb. Burnu sınmış avtobu

25 aprel
.

Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO

Almaniya prezidenti Frank Valter Ştaynmayer Türkiyədə rəsmi səfərdə olan zamanı rəngli görüntülər qeydə alınıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ştaynmayer Almaniyanın Tarabyadakı səfirliyinin yay iqamətgahında dönər kəsərək ətrafdakıları qonaq edib. O, bildirib ki, Almaniyada dönərdən dah

23 aprel
.

Ana 7 aylıq körpəsini yolun ortasına atdı

Türkiyədə ana 7 aylıq körpəsini yolun ortasına qoyub. yerli mediaya istinadla bildirir ki, hadisə Karabük şəhərinin Bayır məhəlləsində qeydə alınıb. E.H.-nın küçədə qoyduğu 7 aylıq körpəsini satıcılardan biri götürüb. Lakin sonradan qadın gələrək uşağı alıb. Məsələ ilə bağlı polis araşdırmaya başlayıb

25 aprel
.

Balta ilə arvadının əlini kəsib itə yedizdirdi - ŞOK OLAY

Rusiyanın Kalininqrad vilayətində arvadının barmaqlarını balta ilə kəsən saxlanılıb. yerli mediaya istinadla bildirir ki, 53 yaşlı şəhər sakini Kalininqrad xəstəxanasına aparılıb. Qadın bildirib ki, mübahisə zamanı əri onun əlinə balta vurub və iki barmağının falanqsını kəsib. Hadisə yerinə polis əməkdaşlar

23 aprel
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25 aprel
.

Borc davası zamanı çubuqla döyülüb öldürüldü

Qaziantepdə borc məsələsi zəminində çıxan davada 47 yaşlı Devrim Keleş çubuqla döyülərək öldürülüb. -ın xarici mediaya istinadla xəbərinə görə, hadisə gecə saatlarında Şehitkamil rayonunun Boyno rayonunda baş verib. Narkotik aludəçisi olduğu iddia edilən Devrim Keleşlə bir qrup şəxs arasında borc məsələsin

23 aprel
.

Ev sahibi mənzildən çıxarmaq istədiyi kirayəçinin kanalizasiyasını bağladı

Türkiyənin İstanbul şəhərində maraqlı hadisə yaşanıb. xarici mediaya istinadən xəbər verir ki, kirayəçisinin evini tərk etməsini istəyən ev sahibi mənzilin kanalizasiyasını bağlayıb. Baş verənlərə üsyan edən və 20 gün tualetdən istifadə edə bilmədiklərini bildirən kirayə qalan ailə evdəki pis qoxuy

24 aprel