Toya dəvətlər sosial şəbəkələr üzərindən göndərilir - Millət vəkili

Toya dəvətlər sosial şəbəkələr üzərindən göndərilir - Millət vəkiliİnternet, onlayn media, sosial şəbəkələr həyatımızın bir parçasına, ayrılmaz tərkib hissəsinə çevrilib. Həyatımızı, müasir dünyamızı bunlarsız təsəvvür etmək mümkün deyil. Həyatdakı real münasibətlər virtual münasibətlər müstəvisinə keçib. Bu gün ev, iş telefonları - illərlə gördüyümüz, alışdığımız, istifadə etdiyimiz bu texnoloji avadanlıqlar az qala unudulub, yadırğanıb.

Bəlkə də, kimlərdənsə "axırıncı dəfə nə vaxt ev, iş telefonundan istifadə etmisiniz?", - deyə soruşsaq, cavab verə bilməzlər. Bu gün "Facebook", "Twitter", "WhatsApp", "Instagram" ünsiyyət vasitəsinə çevrilib, insanlar buradan bir-biri ilə əlaqə qurur, hal-əhval tutur. Hətta toy, ad günü şənliklərinə dəvətlər belə dəvətnamələr vasitəsilə deyil, sosial şəbəkələr üzərindən "göndərilir".

Bunu oxu.az-a açıqlamasında BDU-nun professoru, millət vəkili Kamilə Əliyeva deyib.

O, bu yerdə xatırladıb ki, Azərbaycanda internet resurslarından, informasiya-kommunikasiya texnologiyalarından istifadə üçün hər cür imkan və şərait yaradılıb.

Onun sözlərinə görə, bu gün ölkəmizdə internetə, sosial şəbəkələrə giriş tam azaddır, sərbəstdir, burada heç bir məhdudlaşdırıcı, qadağanedici mexanizmlər qoyulmayıb, tətbiq edilməyib.

Oxu: Sahib Alıyev: İnformasiya ilə mina kimi davranmaq olmaz
"Bəzi ölkələr, o cümlədən, özlərini dünyanın demokratiya və insan hüquqlarının təmin edilməsi baxımından ən üstün ölkələri sayan məmləkətlərdə belə bu yöndə bəzi qadağalar, məhdudlaşdırmalar var.

Həmin cəmiyyətlər bunu anlayışla qarşılayır, demokratiya, insan hüquq və azadlıqları, söz, mətbuat azadlığı pozuldu deyib, hay-həşir salmır, ölkələrinin imicinə zərrə qədər xələl gətirə biləcək hansısa cəhdə baş vurmurlar. Ancaq bizdə isə bu məsələlərdə tam azadlıq və sərbəstlikdir.

Kimsəyə qaşın üstə gözün var deyən yoxdur. Bu gün Azərbaycan müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, istifadəsinə görə dünyanın ən inkişaf etmiş ölkələrindən biri sayıla bilər. Hətta 2013-cü ilin yanvar ayında ölkə prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda 2013-cü il ölkəmizdə "İKT İli" elan edildi, bununla bağlı sərəncam verildi və ötən illər ərzində bu istiqamətdə böyük nailiyyətlər əldə olundu, uğurlar qazanıldı.

Bu gün ölkədə dövlət və hökumət rəhbərliyi səviyyəsində bu istiqamətdə ardıcıl addımlar atılmaqdadır. Hələ bir müddət öncə ölkə prezidenti xarici kütləvi informasiya vasitələrindən birinə müsahibəsində bunları demişdi:

"Azərbaycan müstəqil interneti olan ölkədir, internet istifadəçilərinin sayı sürətlə artır və artıq təxminən 80 faizə çatıb. Eyni zamanda, ölkədə sərbəst toplaşma, siyasi fəaliyyət azadlığına şərait yaradılır".

Oxu: İlham Məmmədov: Bizə söyənlərin söz haqqı var, bizim yox?
Yəni Azərbaycan dövləti bu məsələdə nələr tələb, nələr arzu olunursa, cəmiyyətdən bu yöndə hansı sifarişlər gəlirsə, onları həssaslıqla, diqqətlə, çevikliklə nəzərə alır və onların reallaşdırılması istiqamətində lazımi addımları atır. Bu məsələlər kiminsə kənardan diktəsi, təzyiqi ilə deyil, məhz özümüzün könüllü seçimimiz əsasında reallaşdırılır. Bu, bizim öz seçimimiz, öz könüllü istəyimizdir.

Ancaq təəssüf ki, son illər, son aylar bu azadlıqdan, bu sərbəstlikdən sui-istifadə edənlər, sosial şəbəkələri, onlayın medianı, internet resurslarını silaha, döyüş, savaş meydanına çevirənlər də tapılır, belələri az deyil.

Onlar bütün vasitələrlə ölkəmizdə görülən işləri, xüsusilə 1993-cü ilin iyunundan və 2003-cü ilin oktyabrından indiyədək görülən işləri gözdən salmağa, onları ləkələməyə çalışırlar, ölkə, dövlət, hökumət rəhbərliyinə, Milli Məclisə, millət vəkillərinə qarşı olmazın hədyanlar, təhqirlər, böhtanlar, iftiralar yağdırırlar.

Sosial şəbəkələr, internet resursları belələrinin, ölkəmizin sevməyən ermənipərəst anti-Azərbaycan dairələrin əlində alətə, oyuncağa çevrilən, dövlətimizə, millətimizə qarşı təzyiq mexanizmi kimi istifadə edilməyə çalışılan insanların "sayəsində" söyüş, qarğış, təhqir meydanına çevrilib. Nə istədi, nə gəldi, ağına-bozuna baxmadan deyirlər, yazırlar, paylaşırlar. Anlamırlar ki, bununla düşmən dəyirmanına su tökürlər.

Anlamırlar, dərk etmirlər ki, onlardan bizi, ölkəmizi istəməyənlər istifadə edir və ya etməyə çalışırlar. Bəziləri isə anlaya-anlaya, bilərəkdən bunları edirlər ki, əslində, onları nə xalq, nə dövlət, nə müstəqillik, nə dövlətçilik, nə Qarabağ, nə şəhidlər maraqlandırır. Onları ancaq və ancaq öz çılız, dar, şəxsi maraqları maraqlandırır. Onları üçün təki pul, pul, pul olsun. Gecə-gündüz xəyallarındakı ancaq budur.

Ancaq belələri bilməlidirlər ki, nə onlar özləri, nə də bilərəkdən və ya bilməyərəkdən qulluqlarında dayandıqları dairələr, mərkəzlər bununla heç nəyə nail ola bilməyəcəklər, Azərbaycanı öz müstəqil inkişaf, müstəqil dövlətçilik xəttindən geri göndərə, sapdıra bilməyəcəklər. Onların təsəvvüründəki və görmək istədikləri Azərbaycan bugünkü Azərbaycan deyil.

Oxu: Ziyafət Əsgərov: Əxlaqsızlığa son qoyulmalıdır
Dövlət başçısının özünün gənclərlə son görüşündə də dediyi kimi, ölkəmizdə daxili vəziyyət sabitdir, Azərbaycan dünyanın sabitlik və təhlükəsizlik adasıdır:

"...Daxili sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Biz görürük ki, dünyanın müxtəlif yerlərində sabitlik pozulanda çox böyük faciələr baş verir, o ölkələrin başına çox böyük bəlalar gətirilir.

Biz görürük ki, ölkələr dağılır, milyonlarla insan həlak olur, qaçqın, köçkün vəziyyətinə düşür. Ona görə daxili sabitliyin qorunması hər birimizin əsas vəzifəsidir və bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir".

Ona görə də sosial şəbəkələri silaha, qalxana çevirənlər, milli-mənəvi, mental dəyərlərimizlə daban-dabana ziddiyyət təşkil edən məsələlərlə məşğul olanlar, intenet arxasında "şirə", "pələngə" dönənlər bir daha yaxşı fikirləşsinlər və əməlli-başlı götür-qoy etsinlər.

Tutduqları yol yol deyil, getdikləri yol yol deyil, nə qədər gec deyil, ziyanın yarısından geri dönsünlər. Dönməsələr, olan özlərinə olacaq, onlar bu əməllərinə görə daim Azərbaycan xalqının tənəsi və lənəti ilə üzləşəcəklər. Seçim onlarındır", - deyə K.Əliyeva əlavə edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 736   Tarix: 08 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO

Paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsində yeniyetmənin piyada işıqforuna zərbə vurmasını əks etdirən görüntülər araşdırılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli məlumat verib. Bildirilib ki, polis əməkdaşları tərəfindən yetkinlik yaşın

20 aprel
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19 aprel
.

Maşınlarını tıxacda saxlayıb yolun ortasında dalaşdılar - Video

Sosial şəbəkələrdə Bakı şəhər Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsində 2 sürücünün dava etməsi ilə bağlı görüntülər yayılıb. DİN-in Mətbuat xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov "Qafqazinfo"ya bildirib ki, hadisə ilə bağlı araşdırma aparılıb və sürücülərin şəxsiyyət

20 aprel
.

Ətin qiyməti niyə günbəgün ARTIR? - Açıqlama

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb. Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?. Mövzu ilə bağlı bağlı iqtisadçı-eskpert Natiq Cəfərli -a açıqlama verib. İqtisadç

19 aprel
.

Xəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür? - AÇIQLAMA

Bütün dünyada gedən iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir. Xəzər dənizində də suyun səviyyəsinin getdikcə aşağı düşməsidir. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcəyi deyilir. Bunun səbəbi nədir. Mövzu ilə bağl

19 aprel
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19 aprel
.

Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra erməni terrorçuları Qarabağda məskunlaşa bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Lakin burada təhlüksizlik baxımından bir sıra suallar yaranır. Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra nəzarət Azərbaycana keçir. Rusiya sülhməralıları bölgəni tərk etdikdə

19 aprel
.

Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində tapança, avtomat və qumbaralar tapıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 19-da Xankəndi şəhəri ərazisindən yeddi ədəd müxtəlif markalı avtomat silahı, bir tapança, iki tüfəng, altı qumbara

20 aprel
.

"Prezident İlham Əliyevin dilomatiyası Azərbaycana uğurlar gətirməkdə, qələbələr qazandırmaqda davam edir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyas

20 aprel