Xarici İşlər Nazirliyinin mətbuat katibindən sərt tənqid: "Bəzi, özlərini insan hüquqlarının müdafiəçiləri adlandıran şəxslər..."

Xarici İşlər Nazirliyinin mətbuat katibindən sərt tənqid: "Bəzi, özlərini insan hüquqlarının müdafiəçiləri adlandıran şəxslər..."Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Sonxeber.az saytının suallarını cavablandırıb.

-Bilirsiniz ki, zaman-zaman ölkəmizə qarşı qarayaxma kampaniyaları keçirilməkdədir. Bu kampaniyalar əsasən dövlətimiz hər hansı bir beynəlxalq tədbir keçirən zaman aktivləşir. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi qarşı tərəfə sərt mövqeyini bildirir. İlk öncə bununla bağlı fikirlərinizi bilmək istərdik?

-Doğru qeyd etdiniz ki, vaxtaşırı, xüsusilə də ölkəmizdə baş verəcək mühüm tədbirlər ərəfəsində bəzi qüvvələr tərəfindən ölkəmizə qarşı tamamilə əsassız iddialarla və açıq şəkildə qərəzli xarakter daşıyan kampaniyalar həyata keçirilir. Əlbəttə bu kampaniyaların əsl məqsədi ölkəmizə qarşı siyasi təzyiq göstərmək cəhdi olur. Maraqlıdır ki, ölkəmizə münasibətdə əsassız iddia edilən hallar, digər ölkələrdə aşkarcasına baş verdiyində eyni qüvvələr bu vəziyyətə biganəlik nümayiş etdirirlər və bu əlbəttə ki, Azərbaycana qarşı tətbiq edilən ikili standartların bariz göstəricisidir. Bəli, konkret hallarla bağlı XİN-in münasibəti müvafiq açıqlamalarla bildirilir. Hər zaman bəyan etmişik ki, insan hüquqları universaldır və bölünməzdir, ona münasibətdə selektiv yanaşma yolverilməzdir.

-Bu yaxınlarda Mehman Hüseynov məsələsində bəzi xarici təşkilatlar əsası olmayan bəyanatlar verdi. Təəssüf ki, bu bəyanatlar öz doğma yurdunu ziyarət etdiyinə görə ermənilər tərəfindən əsir götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində verilmir. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

-Bilirsiniz, elə əslində bu qeyd etdiyim ikili standartların bariz nümunəsidir. Bəzi, özlərini insan hüquqlarının müdafiəçiləri adlandıran şəxslər, bu günədək bir dəfə də olsun Azərbaycanın öz doğma torpaqlarından zor gücünə qovulmuş bir milyonadək məcburi köçkününün pozulmuş hüquqlarından danışmayıb, o cümlədən öz valideynlərinin qəbrini ziyarət edərkən girov götürülmüş və qanunsuz separatçı rejimin qondarma "məhkəməsi" tərəfindən "mühakimə" edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı hər hansı dəstək kampaniyası təşkil etməyiblər. Qeyd etmək istərdim ki, Azərbaycan hökuməti tərəfindən, o cümlədən ən yüksək səviyyədə, D.Əsgərov və Ş.Quliyevin erməni girovluğundan azad edilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır; XİN və diplomatik nümayəndəliklərimiz vasitəsilə soydaşlarımızın tezliklə azad edilməsi məsələsi davamlı şəkildə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, eləcə də müvafiq beynəlxalq təşkilatlar və qeyri hökumət təşkilatları da daxil olmaqla beynəlxalq ictimaiyyət qarşısında qaldırılır. Tərəfimizdən D.Əsgərov və Ş Quliyevin azad edilməsi üçün zəruri addımlar bundan sonra da atılacaqdır.

-Hazırda Xarici İşlər Nazirliyinin "qara siyahısı"nda Dağlıq Qarabağa icazəsiz gedən neçə xarici vətəndaş var. Onlar əsasən hansı ölkənin vətəndaşlarıdır? 2018-ci ildə neçə nəfər qara siyahıdan çıxarılıb.

-Ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrinə Azərbaycan Hökumətinin icazəsi olmadan səfər edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyini, eləcə də beynəlxalq hüququn norma və prinsiplərini pozduqları üçün "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı"na daxil edilir. Bilirsiniz, ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfər edənlər arasında münaqişə haqqında məlumatsız olanlar və ya ümumiyyətlə bu səfərin doğuracağı nəticələr barədə xəbəri olmayanalar, eləcə də Ermənistana səfəri zamanı oradan bir növ aldadılaraq işğal edilmiş ərazilərimizə aparılanlar olur. Belə olduğu təqdirdə, qanunsuz səfəri ilə bağlı peşmançılıq keçirərək üzrxahlıq bildirən və ölkəmizin beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörmətini ifadə edən şəxslər yazılı şəkildə bizə müraciət edirlər və onların adlarının sözügedən siyahıdan çıxarılması müraciətlərinə tərəfimizdən aidiyyəti üzrə baxılır. Hazırda ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarına qanunsuz səfər edən əcnəbi vətəndaşlar siyahısında 800-dək vətəndaş var və onlar əsasən yaxın bölgələrdə yerləşən ölkələrin vətəndaşlarıdır. Keçən il bizə edilmiş müraciətlər əsasında onlarla əcnəbi vətəndaşın adı siyahıdan çıxarılmışdır.

- Bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilirmi?

-Bu ilin 16 yanvar tarixində Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin Parisdə baş tutmuş görüşü nəticəsində qeyd olundu ki, tərəflər gələn ay danışıqların davam etdirilməsini razılaşdırıblar. Hazırda növbəti görüşün yeri və vaxtı hələ ki, bəlli deyil. Lakin artıq qeyd etdiyimiz kimi, Azərbaycanın prinsipial mövqeyi ondan ibarətdir ki, biz danışıqların sadəcə danışıqlar naminə deyil, əsaslı nəticələr əldə edilməsi naminə aparılmasının tərəfdarıyıq.

- Nikol Paşinyan baş nazir seçilməzdən öncəki açıqlamaları bu günki ilə üst-üstə düşmür. Bir çoxları hətta o, baş nazir təyin olunanda Dağlıq Qarabağ münaqişəsinin həllində irələyişlərin olacağını bildirmişdi. Nikoil Paşinyanın hakimiyyətdə olduğu dövrlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı bir ciddi addımlar atıla bilərmi?

-Bu mövzuda dəfələrlə açıqlamalarımız və bəyanatlarımız olub. Ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi prinsipial xarakter daşıyır və bu mövqe dövlətimizin başçısı tərəfindən birmənalı şəkildə hər zaman bəyan edilir. Bizim mövqeyimizin hüquqi əsasını BMT TŞ-nin qətnamələri, eləcə də digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdiyi sənəd və qətnamələr təşkil edir. Bu sənədlərin tələbi isə eynidir: Azərbaycanın işğal edilmiş əraziləri azad edilməli və bu ərazilərdən zorla qovulmuş məcburi köçkünlər öz evlərinə geri qayıtmalıdırlar. Azərbaycan münaqişənin sülh yolu ilə ən qısa zamanda həllində ən maraqlı tərəfdir, bu illər ərzində danışıqlarda iştirakımız bunun bariz göstəricisidir. Ermənistanın yeni siyasi rəhbərliyinə gəldikdə isə, aydındır ki, münaqişənin həlli bölgədə sülh, sabitlik və dayanıqlı inkişafla yanaşı, ilk növbədə Ermənistan xalqına yeni iqtisadi imkanlar açacaq. Nə qədər tez Ermənistan rəhbərliyi bu reallığı anlasa, bir o qədər tez münaqişənin həllində konkret nəticələr əldə ediləcək və bölgəmizdə davamlı sülh və əminamanlıq təmin olunacaq.

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1274   Tarix: 08 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Bayden "erməni soyqırımı" ifadəsini növbəti dəfə işlətdi

ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. APA-nın xəbərinə görə, o bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir. Qey

24 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel