Bakıda ölən 18 yaşlı tələbənin sirli xəstəliyi haqqında bilmədikləriniz+FOTOLAR

Bakıda ölən 18 yaşlı tələbənin sirli xəstəliyi haqqında bilmədikləriniz+FOTOLARXəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi 18 yaşlı Nərdanə Şirvan qızı Tağızadə yanvarın 29-da leptospiroz xəstəliyindən dünyasını dəyişib.

Sonxeber.az bildirir ki, xanim. AZ Bakıda 18 yaşlı Nərdanə Tağızadənin dünyasını dəyişdiyi bu ölümcül virus haqqında kiçik araşdırma aparıb.

Həmin təhlükəli virus haqqında yazını sizə təqdim edirik.
Ölümcül virus adlanan "Leptospiroz" mikrobu - kəskin yoluxucu xəstəlik olub qaraciyərin, böyrəklərin, əzələlərin, kapillyarların, mərkəzi sinir sisteminin, zədələnməsi ilə başlayır.

Əsasəndə donuzların orqanizmində ömür boyu yaşayır.
Bakıda ölən 18 yaşlı tələbənin sirrli xəstəliyi haqqında bilmədikləriniz+FOTOLARİlk dəfə leptospirozun klinik gedişini 1886-cı ildə Veyl və 1888-ci ildə N.P.Vasilyev təsvir etmişlər ki, sonralar onların şərəfinə olaraq xəstəlik Vasilyev-Veyl xəstəliyi adlandırılıb.

Xəstəlik Avropada 4-5%-də ölümlə nəticələnirdi. Yaponiyada kömür şaxtalarında qazmaçılar arasında "Sarı taun" adı ilə məşhur idi və 70%-dən çox hallarda bu virus ölümə səbəb olur.

1914-cü ildə yapon tədqiqatçıları İnado və İdo xəstənin qanı ilə yoluxdurulmuş hind donuzunun qaraciyərində xəstəliyin törədicisini tapdılar.

Elə həmin ildə (1915-ci il) Xyubner və Reyter bu törədicini təsvir edərək ona Spirochaeta nodosa adını vermişlər. 1916-cı ildə Yaponiyada İdo, İto, Vani bu törədiciləri kömür şaxtalarında tutulmuş boz siçovulların böyrəyində və sidiyində tapmışlar. Sonralar aydın olub əsasən ki, boz siçovullar bir çox yerlərdə bu leptospirlərin əsas mənbəyidir. 1918-ci ildə Amerika alimi Noquşu spiroxetlərin bir sıra morfoloji xüsusiyyətlərini nəzərə alaraq onları spiroxet fəslinin ayrıca bir cinsi kimi təsvir etmiş və leptospira adlandırmışdır (yunanca lepto – nazik, zəif; spira – spiral deməkdir). Elə həmin ildə İdo, Hoki və Vani Yaponiyada 7 günlük qızdırmanın (törədicisi L.hebdomadis) və payız qızdırmasının (törədicisi L.autumnalies) leptospiroz olmasını
təsdiq etmişlər.

Azərbaycanda isə ilk dəfə leptospiroz xəstəliyi Seroloji üsulla (KBR) iribuynuzlu mal-qara arasında 1951-ci ildə M.A.Musayev tərəfindən aşkar edilmişdir. Sonralar o, müxtəlif leptospir ştamlarını iribuynuzlu mal-qaradan, insandan və s. almışdır. 1952-ci ildə N.C.Əliyev insanlar arasında leptospirozun olduğunu bakterioloji və Seroloji üsullarla bir daha təsdiq ediblər. Həmin dövrdən başlayaraq Azərbaycanda leptospirozun epidemiologiyası və təbii-ocaqlılığı T.Ə.Tağızadə və onun tələbələri tərəfindən öyrənilmiş və hazırkı dövrə qədər bu iş davam etdirilir.

Bu ölümcül virus qlobal yayılmış təbii-ocaqlı infeksiyalara aiddir. Hazırda bu xəstəlik insanlar və heyvanlar arasında dünyanın bütün qitələrində (Arktika və Antarktida istisna olunmaqla) 70-dən artıq ölkədə var. Problemin aktuallığı patogen leptospirlərin poliqostallığı, xəstəliyin geniş yayılması, etioloji strukturun dövri şəkildə dəyişməsi, ağır klinik gedişi və ikterohemorragik forma zamanı yüksək letallıqla səciyyələnir.

Bu virus 400 C və yuxarı temperaturda məhv olur. Optimal böyümə üçün inkubasiya dövrü, adətən, 6-14 gündür, lakin bir neçə gündən 4 həftə və daha çox uzana bilər. Patogen leptospiralar serovarlara münasibətdə növ kimi ubik- vitardırlar. Lakin ayrılıqda hər bir serovarın populyasiyası əsas etibarilə müəyyən heyvan növünün populyasiyasını zədələyir. Törədicinin xarakteristikası. Leptospirlər – spiral formalı, uzunluğu 6-20 mkm və daha böyük (2 və bəzən 3 dəfə çox), eni 0,1-0,15 mkm olan zəif mikroorqanizmlərdir.
Bu mikroorqanizmlər çox hərəkətlidir, hərəkətləri müxtəlif istiqamətlidir arxaya, önə, dairəvi. Xarici mühitin kifayət dərəcə nəmliyi və 7,0-7,4 pH-ı törədicilərin yaşaması üçün optimal şərait (temperatur optimumu 28-300C sayılır) hesab edilir.

Bu mikroblar Su hövzələrində 7 gündən 1 aya qədər, nəm torpaqda isə 270 günə qədər sağ qalır. Qida məhsullarında 1 neçə saatdan bir neçə günə qədər qalırlar. Qaynadıldıqda dərhal 56-580 C-də 25-30 dəqiqə ərzində məhv olurlar. Günəş şüasının təsirindən, quruduqda tez məhv olurlar. Törədicilər turş və şəkərli mühitdə dərhal məhv olur. Bağırsaq infeksiyalarına qarşı istifadə olunan dezinfeksiyaedici məhlullar onlara bakterisid təsir göstərir.

İnsanlar üçün infeksiya mənbəyi kimi vəhşi heyvanlar arasında olan gəmiricilər (müxtəlif siçovullar – boz, qara, su; siçanlar, dovşanlar və s.), ev heyvanları – iribuynuzlu qaramal, donuzlar, itlər, bəzən şimal maralları və eləcə də sinantrop gəmiricilər (siçovullar, siçanlar) xidmət edirlər. Vəhşi heyvanlarda xəstəlik klinik təzahür etmədən və xroniki gedişi ilə səciyyələnir. Xəstəlik çox vaxt törədicigəzdirmə şəklində təzahür edir. Uzunmüddətli (bütün ömrü boyu) törədicigəzdirmə zamanı leptospirlər böyrəklər vasitəsilə (sidiklə) ifraz edilir. Belə prosesə iri ev heyvanlarında da müşahidə olunur, ancaq iribuynuzlu heyvanlarda ikterohemoqlobulinuriya və sarılıq əlamətləri qeyd olunmur. Buzovlar törədicilərlə yoluxma nəticəsində 20-90% hallarda ağır kəskin qızdırmalı xəstəlik nəti- cəsində məhv olurlar. Bəzən xəstəlik donuzlarda və inəklərdə balasalma (abort) ilə müşayiət olunur. Heyvanlar leptospirlərlə çirklənmiş sudan, qidadan və cinsi yolla yoluxurlar. Yoluxma amili sidik və vaginal ifrazat sayılır. İnfeksiya mənbəyi tərəfindən törədicilər xəstəliyin bütün dövrlərində ifraz edilir: törədicigəzdirmə 2,5 ilə qədər davam edir (donuzlarda isə bütün həyatı boyu).

Yoluxma mexanizmi. Xəstə və törədicigəzdirən heyvan lep- tospirləri sidikləri vasitəsilə xaric edərək öz ifrazatları ilə suyu, torpağı və qida məhsullarını çirkləndirir. Nəticədə leptospirlər təbiətdə dövran edir və su yolu, bəzən də qida vasitəsilə insanların yoluxmasına imkan yaranır. Leptospirlər insan orqanizminə tamlığı pozulmuş dəridən və ağız boşluğu, burun, gözlər, həzm yolunun selikli qişasından keçirlər. Yoluxmalar əsasən kənd təsərrüfatında işləyənlərdə ot biçimi zamanı, heyvandarlığın müxtəlif sahələrində çalışanlar, balıq təsərrüfatı işçiləri, kömür şaxtalarında, düyü plantasiyala- rında işləyənlər, deratizasiya işləri apararkən, həmçinin istirahət zamanı – çayda çimərkən, yuyunarkən təsadüfən suyu udduqda baş verir. İkterohemorragik leptospirozla yoluxma halları çox vaxt yoluxmuş siçovulların sidiyi ilə çirklənmiş qidadan istifadə etdikdə, həmçinin leptospiragəzdirən heyvanlarla təmasda ol- duqda baş verir. Əhalinin həssaslığı. Həm kişilər, həm də qadınlar arasında həssaslıq və xəstəliyin klinik gedişinin ağırlıq dərəcəsi eynidir. Yaşlar üzrə paylanma fərqlənmir. Xəstəlik keçirdikdən sonra ömürlük humoral immunitet yaranır. Belə ocaqlarda yerli əhaliyə nisbətən xəstəlik daha ağır keçir. Buna səbəb yerli əhalinin törədicinin kiçik dozaları ilə tədricən immunizasiya olmasıdır. Onların orqanizmində əkscisimlər tapılır. Təbii ocaqlarda insanların xəstələnməsi əsasən yay-payız mövsümünə təsadüf edir. İnsanların yoluxması kənd təsərrüfatı işləri görərkən (çəmənliklərin biçilməsi, buğda, çovdar və yulaf zəmilərində məhsulun, otun yığılması), düyünün, çətənin becərilməsi və s. bol suvarılan tarlaların işlənməsi, bağlarda, bostan- larda iş, yeni məskunlaşan ərazilərin tikintisi, ovçuluq, balıq ovu, turist səfərləri və s., təsadüfi xırda su mənbələrinin suyunun iç- mək, yuyunmaq üçün istifadə olunması və ya gəmiricilərin ifra- zatları ilə çirklənmiş qida məhsullarının işlədilməsi zamanı baş verir. Lakin nəzərə almaq lazımdır ki, irriqasiya vasitəsilə düyü plantasiyalarının yaradılması və digər bol suvarılan bitkilərin yetişdirilməsi zamanı infeksiyanın köhnə ocaqlarından yayılması nəticəsində yeni təbii-ocaqlı ərazilər formalaşa bilər. Bundan başqa, qeyri-mütəşəkkil istirahət əhalinin təbii ocaqlarla təmasda olmasına gətirib çıxarır və leptospiroz ocaqlarında insanların yoluxması üçün şərait yaranır. İnkubasiya dövrü 2-20 gün, adətən, 7 gün çəkir. Klinik diaqnostikası. Sarılıq leptospirozda aparıcı əlamət sayılır və bundan asılı olaraq leptospirozun sarılıqlı və sarılıqsız formaları ayırd edilir. Belə ki, leptospirlər limfatik vəzilər vasitəsilə qana daxil olur və xəstəliyin 1-ci həftəsindən sonra qandan yox olur, bir çox daxili orqanlara, ilk növbədə isə qaraciyər və böyrəklərə toplanır, sidiklə ifraz edilməyə başlayır. Qan damarlarından leptospirlərin keçməsini kapillyar toksikozla əlaqələndirirlər. Bu isə kapillyar divarının keçiricilik qabiliyyətinin artması nəticəsində baş verir. Leptospirlərin toksiki təsiri və orqanizmin sensibilizasiyası nəticəsində qaraciyər, böyrək, ürək-damar və qanyaradıcı sistemin funksiyalarının pozulması qeyd olunur. Xəstəlik hərarətin artması, güclü baş və əzələ ağrıları (baldır, qarın, döş, kürək nahiyəsində) ilə başlayır. Xəstəlik ağır keçdikdə 1-ci həftənin sonunda (3-9-cu gün) dəri örtüyünün və skleranın sarılığı və dəridə polimorf ekzantema (3-6-cı günlərdə) əmələ gəlir. Ağır hallarda bu, müxtəlif qanaxmalar – burun, uşaqlıq, bağırsaq, çox vaxt isə təkrari və çoxlu miqdarda qanaxmalar şəklində özünü göstərir. Müasir dövrdə 58 növ gəmiri- cilərdə leptospirgəzdiriciliyi müəyyən edilmişdir. Leptospirlərin bioloji plastikliyi onların kənd təsərrüfatı heyvanları (iri və xır- dabuynuzlu mal-qara, donuzlar, atlar), ov vəhşi heyvanları (tül- kü, şimal tülküsü), ev heyvanları və əhliləşdirilmiş heyvanlara (it, pişik, maral) adaptasiya imkanını yaradır.

Xəstəliyə qarşı Əksepidemik tədbirlər. Xəstələr hospitalizasiya olunurlar. Ocaqlarda dezinfeksiya aparılır (bağırsaq infeksiyaları qrupu ocaqlarında olduğu kimi). Ocaqda su və qida məhsulları termiki emaldan keçirildikdən sonra istifadə edilir. Gəmiricilər məhv edi- lir, qida məhsulları və su mənbələrinin çirklənmədən qorunması gücləndirilir, əhali arasında sanitar-maarifi işi yerinə yetirilir. Profilaktik tədbirlər. Leptospiroz ocaqlarında hidrotexniki tədbirlər: bataqlıqların qurudulması, gəmiricilərlə mübarizə, su- yun və qida məhsullarının gəmiricilərin ifrazatları ilə çirklənmə- sinə yol verilməməsi, şəxsi gigiyena qaydalarına riayət edilməsi (xüsusi geyim, rezin əlcəklər və ayaqqabıların istifadəsi). Spesi- fik profilaktika zamanı öldürülmüş vaksinlə peyvənd aparılır. Vaksinasiya epidemik göstəriş olduqda 7 yaşdan başlanır, arada 7 gün fasilə verməklə 2 dəfəyə yerinə yetirilir. 2-2,5 ml dozada dəri altına yeridilir. Revaksinasiya 1 ildən sonra edilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3731   Tarix: 08 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Abituriyent intiharlarının qarşını necə almaq olar? - AÇIQLAMA

Bir neçə aydan sonra ali məktəblərə qəbul imtahanları keçirləcək. Hər il qəbul imtahanları zamanı xeyli abituriyent psixoloji sarsıntılar yaşayır və hətta aralarında intihar edənlər də olur. Bir çoxları gənclərin intiharında ailələri günahkar bilirlər. Abituriyentlərin intiharların qarşını almaq üçü

23 aprel
.

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qanunsuz qondarma "qurum"un keçmiş rəhbərləri hazırda Bakıda həbsdədir və onlarım dindirilməsi prosesi gedir. Vaxtilə Qarabağda erməni sakinlərindən "oyuncaq" kimi istifadə edən bu separatçıların Qarabağda qanunsuz olaraq tikdirdiy

23 aprel
.

Şəmkirdə mağaza yanıb - VİDEO

Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyya

23 aprel
.

Polisdən ƏMƏLİYYAT: 51 kiloqram narkotik aşkarlandı - FOTO/VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Astara sakinində 51 kiloqram narkotik aşkar ediblər. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı Astara rayon sakini 1993-cü il təvəllüdlü İbrahim Ağayev saxlanılıb

23 aprel
.

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqlədi

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95,2 milyard dollarlıq yardım paketini təsdiqləyib. Bunlardan 60 milyard dollardan çoxu Ukrayna üçün nəzərdə tutulub. Qaynarinfo xəbər verir ki, bu barədə iclasın efirindən məlum olub. Qanunvericilər səs çoxluğu ilə paketi təsdiq ediblər. Beləliklə, 79 senator "lehinə"

24 aprel
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə -a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziy

23 aprel
.

"Azərbaycan Rusiya arasında əməkdaşlıq və dostluq əlaqələrin möhkəmlənməsi regiona davamlı təhlükəsizlik gətirir" - DEPUTAT

"22 aprel 2024-cü ildə Prezident İlham Əliyevin Rusiyanın dəvəti ilə Moskvaya səfər etməsi ölkələrimiz arası münasibətlərin inkişafında yeni bir səhifə açacaqdır". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, dövlət başçımızın işgüzar səfəri çərçivəsində ölkələr aras

23 aprel
.

"Azərbaycan-Rusiya arasında əlaqələrin sürətli inkişafı qarşıdakı dövrdə də uğurla davam etdiriləcək" - DEPUTAT

"Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir". Bunu -a danışan deputat İqbal Məmmədov bildirib. Deputat qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri də dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun sürətl

23 aprel
.

Mədəsində yenidən şiş aşkarlanıb

Xəbər verdiyimiz kimi, aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülər yayılıb. Axşam.az xəbər verir ki, aparıcı Elgiz Əkbər proqramında onun əməliyyat olunduğunu aşkarlayıb. "Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb v

23 aprel