Əli Həsənovun köməkçisindən qəza xərcləri ilə bağlı açıqlama

Əli Həsənovun köməkçisindən qəza xərcləri ilə bağlı açıqlamaÖtən gün Meydan TV-də "Əli Həsənov verdiyi sözün üstündə dursun, yoxsa..." başlıqlı video müraciət yayımlanıb.

"Qafqazinfo" xəbər verir ki, videoçarxda ötən ilin avqust ayında Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi yol qəzasında yaralanan şəxslərdən biri, Türkiyə vətəndaşı Mütellib Tekişin qardaşı İdris Tekiş çıxış edib. O bildirib ki, qəzadan sonra Ə.Həsənov və onun oğlu Elman Allahverdiyev bütün müalicə xərclərini öz üzərinə götürüb.

Lakin iddiaya görə, bir müddət sonra bu yardım dayanıb və yaralanan Türkiyə vətəndaşlarına da bildirilib ki, artıq yardım edilməyəcək, istəsələr məhkəməyə verə bilərlər.

İ. Tekiş qeyd edib ki, əgər yardım davam etməsə qəzada yaralanan ailə üzvləri ayağa qalxa bilməyəcək.

Sözügedən müraciətlə bağlı bu gün Baş nazirin müavini Əli Həsənovun köməkçisi Ramin Talıblı açıqlama yayıb. R. Talıblının "Qafqazinfo"ya göndərdiyi cavab məktubunda bildirilir ki, Meydan TV-yə müraciət edən İdris Tekişinin təqdim etdiyi məlumatlar tam yalan və şantaj xarakterlidir: "Onun təqdim etdiyi fotolar və görüntülər 2017-ci ilə aiddir və hal-hazırdakı vəziyyəti əks etdirmir. Mütellib Tekiş müalicələrini tamamlayıb və 4 ay bundan əvvəl Bakıya gələrək öz biznesi ilə məşğuldur. Mütellib Tekiş kimi onun həyat yoldaşı Songül Tekişin də özləri tərəfindən seçilmiş, Türkiyədə yerləşən xəstəxananın bütün müalicə xərcləri Elman Allahverdiyev tərəfindən ödənilib və o, reabilitasiya dönəmini başa vurub. Həmin xəstəxananın baş həkiminin xahişinə uyğun olaraq, Songül Tekişin 2 aylıq əlavə profilaktik müayinə - müalicə məsələləri ilə bağlı xəstəxana ilə danışıqlar aparılır.

Əlavə olaraq bildiririk ki, videoda "emosional" çıxış edən İdris Tekiş qəzaya düşən Mütəllib Tekişin qardaşıdır. Mütəllib Tekiş və onun həyat yoladaşının müalicəsi üçün Nail Allahverdiyevin atası Elman Allahverdiyev tərəfindən verilən maliyyə yardımı hesabına İdris özünə şəxsi nəqliyyat vasitəsi alıb. Burada sual yaranır. Nə üçün danışmaq iqtidarında olan, Azərbaycana tez-tez səfər edən Mütəllib Tekiş yox, onun qardaşı videogörüntü paylaşır? Nəyə görə 2 il bundan əvvəl baş vermiş qəza ilə bağlı məsələni yenidən gündəmə Meydan TV gətirir?

Bunlar ona əsas verir ki, İdris Tekiş Meydan TV ilə əlbirdir və şantaj yolu ilə Elman Allahverdiyevdən maliyyə vəsaiti tələb etmək istəyirlər".

Xatırladaq, Ə. Həsənovun nəvəsi Nail Allahverdiyevin 2017- c ilin avqustin 3-də törətdiyi yol qəzasında iki nəfər dünyasını dəyişib, 3 nəfər isə yaralanıb. Yaralılardan ikisi Türkiyə vətəndaşları Mütellib Tekiş və onun həyat yoldaşı Songül Tekişdir.
Əli Həsənovun köməkçisindən qəza xərcləri ilə bağlı açıqlama


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1335   Tarix: 08 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19 aprel
.

Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi il

19 aprel
.

Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO

Bakıda sürücülər arasında dava baş verib. xəbər verir ki, hadisə paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Sürücülər bir-birinə təpik, yumruq ataraq davanı bir az da gərginləşdiriblər. Verilən məlumata görə, hadisə yol verməmək üstündə baş verib

19 aprel
.

"McDonald's"ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

"McDonald's Azərbaycan" şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. Restoran Azadlıq prospekti 100 ("Olympus Nəsimi" yaşayış kompleksinin yanı) ünvanında yerləşir. Azərbaycanda ilk dəfə tətbiq olunan və müasirliyi

19 aprel
.

Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi

"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə

19 aprel
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19 aprel
.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

19 aprel
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19 aprel
.

Rusiya sülhməramlıları regionu TƏRK EDİR: ABŞ və qərb hərbi qüvvələri Qarabağda fəaliyyət GÖSTƏRƏCƏK? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Bununla bağlı, yayılan görüntülərdə sülhməramlılara məxsus hərbi texnikaların qatarlarla Rusiya yolunda olduğunu görmək mümkündür. Əgər belə davam edərsə, sülhməramlıların vaxtından əvvə

19 aprel