Milyarderin vurulduğu məşhur qadın indi küçələrdə yatır - VİDEO - FOTO

Milyarderin vurulduğu məşhur qadın indi küçələrdə yatır - VİDEO - FOTOBir zamanlar çox məşhur model olan, qlamur jurnallardakı fotosessiyaları ilə tanınan qadın indi evsiz-eşiksiz həyat sürür, küçələrdə yatır.

O, İspaniyanın Barselona şəhərində gecələr bankların girişində özünə yer düzəldir.

67 yaşlı Nastasya Urbano 1980-ci illərdə Linda Yevangelista və Sindi Krouford kimi dünyaca məşhur modellərin yaxın rəfiqəsi idi. Urbano "Yves Saint Laurent" brendinin "Opium" ətrinin "reklam siması" da olmuşdu.

Hollivud ulduzu Cek Nikolson və əfsanəvi rəssam Endi Uorhollun aşiq olduqları Nastaya Urbanoya eşq elan edən milyonçular və hətta milyarderlər də az deyildi.

İndi Kataloniyanın paytaxtında küçələrdə, yaxun da bankların foyelərində yatan Nastasya Urbanonun 20 yaşı olanda o, artıq populyar modeldi. "Ford Models" agentliyi ilə müqavilə imzalayandan sonra Urban Nyu-Yorka köçmüşdü.

"Ən məşhur jurnallar üçün fotosessiyalara çəkilirdim, daim diqqət mərkəzində olurdum. İldə cəmi 20 gün işləməyin müqabilində 1 milyon dollar alırdım. Roman Polanski ilə şam yeməyində olmuşdum. Melani Qriffit, Don Conson, Patrik Sueyzi, Riçard Gir, Kristn Onassis, Saymon və Qarfankel məni evlərinə qonaq çağırmışdılar. Madonna ilə Şon Penn məni toylarına dəvət etmişdilər. O zamanlar aktyor Devil Kit də mənə vurulmuşdu. Hər şeyim vardı, kraliça kimi yaşayırdım", - Nastasya Urbano söyləyib.

Sabiq modelin dediyinə görə, həyatı ərə gedəndən sonra dəyişdi, alt-üst oldu.

"Ərə gedəndən sonra ailənin bütün xərcləri mənim boynumda idi. Ailə həyatımda yeganə müsbət məqam uşaqlarım oldu. Yerdə qalan hər şey çox pisdi. Ərim bütün xərclərini mənim pullarımla ödəyirdi. Toydan cəmi iki gün sonra ona BMW almağımı istədi. Mən də axmaq kimi aldım. Gərək onda başa düşəydim bu adamın kim olduğunu...", - Nastasya Urban deyir.

Depressiyaya qapılmış N.Urbanonun sözlərinə görə, boşanandan sonra pulsuz və evsiz qalıb. Bütün pulları narkoman və qumarbaz ərinin borclarının ödənməsinə gedib. Evlərini də banklar borclara görə müsadirə ediblər.

"Həyat uğrunda mübarizə aparmaq yox, yaşamaq istəyirəm. Əzab çəkməkdən, pul dilənməkdən usanmışam. Bir zamanlar ətrafıma pərvanə kimi dolanan adamların hamısı məni tərk etdi. İstəyirəm uşaqlarım normal yaşadığımı görsünlər. Sağalmaq, övladlarımın mənimlə qürurlanmalarını arzulayıram", - Nastasya Urban göz yaşlarını saxlaya bilməyib.
milli.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 4168   Tarix: 08 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiyada adam öldürən azərbaycanlı saxlanıldı

Rusiyada adam öldürən azərbaycanlı saxlanılıb. yerli teleqram kanallarına istinadla bildirir ki, 21 yaşlı Azərbaycan vətəndaşı Şahin Abbasov saxlanılıb. O, dindirilmək üçün şöbəyə aparılacaq. O, bir qrup şəxs tərəfindən xuliqanlıq məqsədi ilə törədilmiş qətldə şübhəli bilinir. Qeyd edək ki, Ş. Abbaso

19 aprel
.

Kişi arvadını və qayınatasını öldürdü

Türkiyədə ailə qətliamı olub. xarici mediaya istinadən xəbər verir ki, 36 yaşlı kişi həyat yoldaşının ailəsinin evinə gedərək mübahisə başladıb. Mübahisə zamanı 35 yaşlı həyat yoldaşı və 63 yaşlı qayınatasını bıçaqlayaraq öldürüb. İkiqat qətl şübhəlisi olan kürəkən, hadisənin ardından polis qruplar

19 aprel
.

Əyləncə parkında dəhşətli anlar: Uşaq yerə çırpıldı - VİDEO

Uşaq əyləncə parkında yelləncəkdən yıxılıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyəninn İstanbul şəhərində baş verib. Ailəsi ilə birlikdə İstanbulun Avcılardakı əyləncə parkına gedərək uşaq yelləncəkinə minib. Yelləncəyin kəməri açılıb. Dəqiqələrlə ətrafa atılan uşaq yerə yıxılıb. Uşağı

18 aprel
.

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsdin təşkilində Rusiya xüsusi xidmət orqanlarına köməklik göstərən şəxs Polşada saxlanılıb. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, əməliyyatı Polşanın hüquq-mühafizə orqanları Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həyata keçiriblər

18 aprel
.

Dəhşət! Ata fiziki qüsurlu 18 yaşlı qızına 11 yaşından başlayaraq...

Fiziki qüsurlu 18 yaşlı qızına 11 yaşından başlayaraq 4 il ərzində cinsi təcavüz etdiyi məlum olub. xarici mediaya istinadən xəbər verir ki, atanın şübhəli qızını izləmək üçün hamam və tualetə kamera yerləşdirdiyi məlum olub. Fiziki qüsuru səbəbilə axsayaraq yeriyən qız 2022-ci ildə anası və bacısını

19 aprel
.

11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO

İranın Şiraz şəhərində 11 yaşlı qız şəxsi evində paltar satan 50 yaşlı qadını bıçaqlayaraq öldürüb. Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb. Məlumata görə, qatilin 40 yaşlı anası isə öldürülən qadının qızını yaralayıb. 11 yaşlı qızın cinayəti törətməsinə səbəb satıcını

19 aprel
.

Təcili yardıma 2 min dəfədən çox zəng edən qadın həbs edildi

İngiltərə polis agentliyi olan Metropolitan Polisi (MET), təcili yardım çağırış mərkəzini 3 il ərzində 2 mindən çox zənglə məşğul saxlayan qadını həbs edilib. xarici mediaya istinadən xəbər verir ki,qadının 5 il həbs cəzasına məhkum edildiyini açıqlanıb. MET bu gün verdiyi açıqlamada Sonia Nixon adl

19 aprel
.

Həkimlər diaqnoz qoya bilmirlər – 45 nəfər naməlum xəstəlikdən dünyasını dəyişdi

Nigeriyanın Kano əyalətində ən azı 45 nəfərin "diaqnoz qoyulmamış xəstəlik" səbəbilə öldüyü bildirilir. xəbər verir ki, yerli mətbuatda yayılan xəbərlərə görə, Gündütse kəndində bəzi insanlar ishal və qusma əlamətləri yaşayıb. Əksəriyyəti qadınlar, uşaqlar və qocalar olan ən azı 45 nəfər diaqno

18 aprel
.

Hamilə qadın öldü, körpəsi isə yaşayır

Adanada elektrikli velosipeddən yıxılan 9 aylıq hamilə qadın avtobusun altında qalıb. xarici mediaya istinadən xəbər verir ki, ana vəfat edib. Xəbərdarlıq üzərinə hadisə yerinə sövq edilən sağlamlıq qrupları 9 aylıq hamilə olan xəstəxanaya aparılıb. Həkimlər anaın bətnindəki körpəni cərrahi yolla çıxarıblar

18 aprel