Sosial şəbəkə istifadəçilərinin NƏZƏRİNƏ! - Həbs edilə bilərsiniz - VİDEO

Sosial şəbəkə istifadəçilərinin NƏZƏRİNƏ! - Həbs edilə bilərsiniz - VİDEOŞəxsi profilində bir şəkil paylaşıb dostlarınla vaxtını dəyərləndirmək istəyirsən ki, paylaşdığın şəklin saxta bir profil tərəfindən də paylaşıldığını görürsən. Bəs, belə hallarla bağlı nəzarət və qadağa varmı?

Sonxeber.az xəbər verir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Sakin: "Kiminsə şəxsi şəklini, yaxud da şəxsi məlumatalarını paylaşmaq ümumiyyətlə cinayət faktıdır".

Sakin: "Düzgün bir hərəkət deyil başqasının şəklindən istifadə etmək, ailələr dağıla bilər".

Sakin: "Əxlaqsızlıqdır, tərbiyəsizlikdir. Mən belə başa düşürəm".

Elmir Əkbər – Psixoterapevt: "Bizdə insanlarda hələ də sosial şəbəkələrdə, internetdə davranış mədəniyyəti formalaşmayıb. Məxfiliyə və ya konfidensiallığa hörmətlə yanaşmırlar. Şəkil idi paylaşmışdı, gizli deyildi. Elə bilirlər ki, kimsə öz səhifəsində paylaşdığı şəkil artıq hamıya məxsusdur, kim istəsə ondan yararlana bilər. Bu qətiyyən belə deyil".

Zəminə Səfərova – Sosioloq: "İşsiz-bekar insanlardır oturublar evdə heç bir işlə məşğul deyillər. İctimaiyyətin də qınağı lazımdır ki, birdəfəlik bu yoldan əl çəksinlər".

Bir zamanlar bu məsələlərə qeyri-ciddi baxılsa da artıq saxta profillərdən paylaşılan şəkillər məsələsi qanunda da öz əksini tapır. Cinayət Məcəlləsinə edilən sonuncu dəyişiklikdən sonra bu əməl artıq cinayət hesab olunur.

Gülnar Quluzadə – Vəkil: "İnternet istifadə vasitələrindən istifadə edərək, saxta profil yaratmaq cinayət məcəlləsinə əsasən cinayət sayılır və cəza olaraq 1000 manatdan 2000 manata qədər cərimə, 360 saatdan 460 saatadək ictimai işlər, 2 ilədək isalh işləri və 1 il müddətində azaldıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxs cəzasını alsa da, bundan əlavə həmin maddənin əsasını təşkil edən ki, əgər şəxs özünü təhqir olunmuş hesab edir, bu halda mülki iddia qaldırıraq ona dəymiş mənəvi ziyanı da tələb edə bilər".

Bir çoxları bunu pis bir hal kimi dəyərləndirməsələr də, heç nə əsas vermir ki, kiminsə icazəsi olmadan onu fotosunu paylaşasan.

Elmir Əkbər – Psixoterapevt: "Bəziləri bunu tamamilə məlumatsızlıqdan, heç bir pis niyyəti olmadan edir. Loru dildə desək manyak təfəkkürdə insanlar da var. Paronoyal şəxsiyyət pozuntusu olan insanlardır. Onlar kimisə hədəfə götürürlərsə qurtardı, o insanın ömrünü-gününü zəhərə çevirirlər".

Zəminə Səfərova – Sosioloq: "Yaxşı olardı ki, sosial şəbəkələrdə bizim milli-mənəvi dəyərlərimizi təbliğ etsinlər ki, tərbiyəvi əhəmiyyəti olsun gənclərimiz üçün. Artıq insanlar dərk etsinlər ki, belə yollara əl atmasınlar, bilsinlər ki artıq bunlar nəzarətdədir. Və hər bir şəx istəsə o adamı məhkəmə yolu ilə tapa bilər".

İnternetdən, sosial şəbəkələrdən düzgün istifadə edərsək, nə qanuna ehtiyac olar, nə də məhkəməyə. Necə deyərlər insanın ən böyük məhkəməsi elə onun vicdanıdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1813   Tarix: 08 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Victory Construction Group" MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə

Hacıqabul Rayon İcra Hakimiyyəti (RİH) ilə tenderlərinin qalibi olan "Victory Construction Group" şirkəti arasında qalmaqal yaranıb. İqtisadiyyat.az xəbər verir ki, RİH öhdəlikləri yerinə yetirmədiyinə görə şirkətə qarşı məhkəmədə iddia qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklə

18 aprel
.

"WhatsApp"da işimizi asanlaşdıracaq yeni funksiya - FOTO

"WhatsApp" tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün messencerə üç filtr əlavə ediblər. -in məlumatına görə, bu barədə şirkətin bloqunda bildirilib. Tərtibatçıların fikrincə, yenilik istifadəçilərə konkret mesaj və ya söhbət tapmağa kömək edəcək. Belə ki, messencer

17 aprel
.

Azərbaycanda tükürpədici OLAY – Ana azyaşlı qızını 50 yaşlı kişiyə verib "onunla nə edirsən, et" DEDİ

Azərbaycanda tükürpədici hadisə baş verib. Ana yeniyetmə qızını pul qarşılığında tanıdığı kişiyə satıb. Bu barədə Bizim.Media-ya "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib. Onun sözlərinə görə zorakılığa məruz qalan yeniyetmə qollarını doğrayara

17 aprel
.

Bakıda ev qiymətinə sini satılır - FOTO

Bakıda ev qiymətinə sini satışa çıxarılıb. xəbər verir ki, 50 min manata satışa çıxarılan sininin 799-cu ilə aid olduğu iddia edilir. Sininin üzərində ərəb əlifbası ilə yazılar var, müxtəlif naxış və insan təsvirləri çəkilib

18 aprel
.

Başlıbel qətliamından 31 il ötür

Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür. Ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində törətdikləri qətliamdan 31 il ötür. 1993-cü il aprelin ilk günlərində Kəlbəcər rayonunun işğalı zamanı iki minə yaxın əhalisi olan Başlıbel kəndində 73 sakin evlərini tərk edə bilməyib

18 aprel
.

Buraxılış imtahanlarına asan suallar salınır?

Martın 3-ü və 10-u keçirilən buraxılış imtahanlarında ölkə üzrə rekord göstərici qeydə alınıb. -a istinadən xəbər verir ki, illər sonra ümumilikdə 53 nəfər maksimum bal toplayıb. Abituriyentlərin belə uğurlu nəticə göstərməsi imtahanlarla bağlı bəzi suallar doğurub. Təhsil eksperti Elçin Murad imtahanlardak

18 aprel
.

Yol qəzalarından necə qorunaq? "Sürət həddi aşağı salınması yarımçıq addımdır" - Açıqlama

Ölkə ərazisində yol qəzalarının sayı artıb. Xüsusi ilə pik saatlarda yol qəzaları baç verir. Təəssüflər olsun ki, qəzalar çox zaman insan ölümü ilə nəticələnir. Qəzaların sayının artmasına hansı amillər təsir edir? . Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev -a açıqlama verib. Eksper

18 aprel
.

Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Hadisə nəticəsində xəsarət alan 2 nəfər (kişi cinsli) Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriliblər. Bu barədə -a TƏBİB-dən bildirilib. Qeyd olunub ki, 2003-cü il təvəllüdlü şəxsə başın digər hissələrinin səthi travması, boynun səthi travması diaqnozları təyin edilib. Vəziyyəti stabil qiymətləndirilə

17 aprel
.

Bu şəxsləri böyük cərimələr gözləyir: "30 min manat verib obyekt işlədirəm..." - VİDEO

Şəhərin mərkəzi hissələrində parklanma yerləri salınsa da, ətraf ərazilərdə bu problem hələ də qalmaqdadır. Xüsusən iri bazarların ətrafında yerli-yersiz parklanmalar səbəbindən nə maşınlar keçə bilir, nə də piyadalar. Vəziyyəti qəlizləşdirən məsələ obyektlərin qarşısındakı ərazilərin dolmasıdır. 8 k

18 aprel