İş adamı ölən şəhid qızının sərxoş olması ilə bağlı rəy almaq istəyib - oğlunun cinayətini gizlətmək üçün

İş adamı ölən şəhid qızının sərxoş olması ilə bağlı rəy almaq istəyib - oğlunun cinayətini gizlətmək üçünOğlu maşınla şəhid qızını vurub öldürən iş adamı Akif Rəhimovun adı daha bir qalmaqalda keçir. Məlum olub ki, iş adamı oğlunun cinayətini gizlətmək üçün saxtakarlıq etmək istəyib. Belə ki, iş adamı oğlunun maşınla vurub öldürdüyü şəhid qızının sərxoş olması ilə bağlı ekspertiza rəyi almağa cəhd edib.

Sonxeber.az musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1988-ci il təvəllüdlü Babayev Elnur Yaşar oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilən Elnur Babayev özünü təqsirli bilir.

Məhkəmə iclasına hakim Eldar Mikayılovun sədrlik edir.

İttihama görə, Elnur Babayev iş adamı Akif Rəhimovdan ümumilikdə 52500 manat pul alıb. Həmin pulun qarşılığında isə Elnur Babayev Akif Rəhimovun oğlunun törətdiyi ölümlə nəticələnən qəzanı ört-basdır edəcəkmiş.

Belə ki, Elnur Babayev iş adamına vəd edib ki, qəza zamanı dünyasını dəyişən qadının sərxoş olması ilə bağlı ekspertiza rəyi alacaq. Həmçinin Elnur Babayev müstəntiq Vüqar Abbasov vasitəsi ilə işi Akif Rəhimovun oğlunun xeyrinə həll edəcəyini vəd edib. 10 min manatı ekspertiza rəyi, 42500 manatı isə həm onların xeyrinə danışacaq şahidlərin tapılmasına, həm də qəzanın Rəhim Rəhimovun yox, onların sürücüsünün adına rəsmiləşdirilməsini həll edəcəkmiş.

Lakin Elnur Babayev vədlərinə əməl etməyib. Qəza hadisəsi ictimailəşdiriləndən sonra müstəntiq Vüqar Abbasov işdən çıxarılıb.

V.Abbasov Səbail Rayon Polis İdarəsinin müstəntiqi vəzifəsində çalışıb. İndi isə onun ölkədən qaçdığı bildirilir.

Elnur Babayev Akif Rəhimovla "Yeganə" şadlıq sarayında görüşüb. Bütün bu danışıqlar da orada baş tutub. E.Babayev restoranda olan zaman A.Rəhimovdan 52500 manat alması ilə bağlı müqaviləyə də imza atıb.

Akif Rəhimov elə həmin şadlıq sarayında hüquq-mühafizə orqanlarının əməkdaşlarını dəvət edərək Elnur Babayevdən şikayətçi olub.

Məlumata görə, Elnur Babayev bundan başqa Elvar Xəlilov qarşı da dələduzluq edib. Elvar Xəlilov hakimliyə namizəd olub, AMEA-nın işçidir, hüquqşünasdır.

Məhkəmə iclası davam etdirilir.

Xatırladaq ki, 2017-ci ilin noyabrın 8-də Səbail rayonu ərazisində "Jeep Grand Cherokee" markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub.

K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Qəzanı törədən sürücü Akif Rəhimovun oğlu Rəhim Rəhimov olub. 18 yaşı tamam olmayan Rəhim həmin qəzanı kluba gedərkən törədib.

Lakin qəzadan sonra hadisə yerinə Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov gəlib və qəzanı özünün törətdiyini deyib. Məsələ ictimailəşdiriləndən sonra hadisənin gerçək təfərrüatları üzə çıxıb.

Hadisədən 20 gün sonra saxlanılan Rəhim Rəhimov barəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimovun ittiham olunduğu Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsi hökmdən xaric olunub və məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Bakı Apellyasiya Məhkəməsi R.Rəhimovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsi barədə qərar qəbul edib.

O, azadlığa buraxılıb və cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, qəzanı törədən 17 yaşlı R.Rəhimov iş adamı, "Xırdalan Xəz" ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. Akif Rəhimov "Yeganə" şadlıq sarayının rəhbəridir. O, deputatlığa namizəd də olub.

Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.

Kriminal   Baxılıb: 2624   Tarix: 08 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

"Çudo Peçka"nın sahibi ilə bağlı qərar verildi - 21 milyonluq...

"Çudo Peçka" və "ÇP Aqro" MMC-lərinin təsisçisi Çingiz Cəlilovun barəsində hökmdən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.. . Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan prosesdə qərar ela

8 fevral 2019

Rusiyada ermənilərdən ibarət cinayətkar dəstə ələ keçdi

Rusiya polisi bu ölkədə qanunsuz fəaliyyətlə məşğul olan, ermənilərdən ibarət 19 nəfərlik cinayətkar qruplaşmanın üzvlərini yaxalayıb.. . Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.. . Bildirilir ki, polis Rostov vilayətində məşhur "Raffaello" markasından ola

8 fevral 2019

Sevgilisini və bacısını öldürən musiqiçinin işi – Ekspertizada

Bakıda iki nəfərin ölümündə təqsirli bilinən Astara rayon sakini, 59 yaşlı Aydın Qəhrəmanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.. . Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə qətl işi üzrə ekspertiz

7 fevral 2019

Bakıda elçilikdən sonra sevdiyi qızı öldürüb, anasını yaralayan gənclə bağlı – Qərar

Bakıda qətl hadisəsi törətməkdə təqsirləndirilən Sabir Qədimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.. Sonxeber.az "Ölkə.Az"a istinadən xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.. Cinayət işi haki

7 fevral 2019

Gecə yarısı 76 yaşlı qadının yatağına girib zorladı və... - Azərbaycanda ŞOK OLAY

Ağstafa rayonunda yaşlı qadına təcavüz etməkdə təqsirli bilinən Qazax rayon sakini, 1983-cü il təvəllüdlü Rəşad Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.. . İçki məclisi. . Publika.az xəbər verir ki, Rəşad Məmmədo

7 fevral 2019

Azərbaycandan 5.5 milyard manatı çıxaran şəxsin taksi sürücüsü işlədiyi məlum olub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə eldə edilmiş külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilən "Royalbank"ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.. . Sonxeber.az "report"

6 fevral 2019

Keçmiş deputat İqbal Ağazadəyə qarşı dələduzluq edilib

Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadəyə qarşı dələduzluq edilib.. . "Report"un xəbərinə görə, İ.Ağazadəyə qarşı dələduzluq edən Sərməs Tağıyev barəsində Cinayət Məcəlləsin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

6 fevral 2019

Həmkəndlisini əvvəl daşla vurdu, sonra güllələdi - Amansız qətl ilə bağlı cinayət işi

Tüfəngi həyətdə gizlədibmiş.... . Həmkəndlisini daşla, sonra isə odlu silahla güllələyərək öldürən şəxs cəzadan azad olmaq üçün Nərimanov rayon Məhkəməsinə müraciət edib.. . Sonxeber.az-ın AzNews.az-a istinadən məlumatına görə, cinayət məcəlləsinin 120.1, 228.1 və 317-2.1-ci maddələri ilə məhkum oluna

6 fevral 2019

"Suya dərman qatıb vermişəm, sonra mənimlə cinsi əlaqədə olub..." – Şok olay

Bakıda dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.. . Sonxeber.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.. . İttihama görə

5 fevral 2019