Miqrasiya xidmətinin rəisi canlı yayımda nələrdən danışıb? - Ən maraqlı məqamlar

Miqrasiya xidmətinin rəisi canlı yayımda nələrdən danışıb? - Ən maraqlı məqamlarDövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov "Facebook"da canlı yayımla gördüyü işlər barədə hesabat verərək vətəndaşların suallarını cavablandırıb. DMX rəisi bir saatdan çox sosial şəbəkə istifadəçilərilə canlı ünsiyyətdə olub, ona ünvanlanan müxtəlif suallara cavab verib.
Vüsal Hüseynovun ona verilən bir neçə maraqlı suala cavabını təqdim edirik

- Dövlət Miqrasiya Xidmətində işə necə düzəlmək olar, əsas şərtlər nədən ibarətdir?

- Dövlət Miqrasiya Xidmətinə qəbul müsabiqə əsasında həyata keçirilir. Son 7 ayda 2 müsabiqə elan etmişik. Birinci müsabiqə elanı kiçik xüsusi rütbəli heyət üçün olub. 2018-ci ilin iyul ayında elan vermişdik. Həmin müsabiqə yekunlaşıb və seçilən şəxslər xidmətdə fəaliyyətə başlayıblar. Növbəti elanımız 2018-ci ilin oktyabr ayında olub. Bu müsabiqə ilə bağlı 435 şəxs müraciət etmişdi. Qəbul iki hissədən ibarətdir. Birinci mərhələ test imtahanı və Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. İkinci mərhələ isə müsahibədir. Birinci mərhələni 117 nəfər uğurla keçib.

Qeyd etmək istərdim ki, şəxs hüquq-mühafizə orqanında işləyirsə, dövlət qulluğunda ixtisas dərəcəsi mövcuddursa və hüquq sahəsində elmi nəticələri varsa, belə şəxslər müsabiqənin birinci mərhələsindən kənar ikinci mərhələyə buraxıla bilirlər. Bu statusda olan 36 nəfər müsabiqənin ikinci mərhələsində iştirak edib. Müsabiqədən keçənlərin bir çoxu müsahibə mərhələsinə çağrılıb. Proses bu ay ərzində yekunlaşacaq.

- Vətəndaşlıqdan çıxmanın proseduru necədir?

- Şəxs ölkə daxilindədirsə, müvafiq anket və ərizə ilə Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir. Əgər ölkədən xaricdədirsə, konsulluq idarələrinə müraciət etməlidir, burada müvafiq sənədlərin siyahısı var ki, onları təqdim etdikdən sonra Dövlət Miqrasiya Xidməti tərəfindən məsələ araşdırılır. Əgər şəxsin ölkə daxilində heç bir öhdəliyi yoxdursa (alimentlə, hər hansı bir kreditlə, hərbi xidmətlə bağlı öhdəlik), vətəndaşlıqdan çıxma ilə bağlı müraciəti vətəndaşlıq məsələləri üzrə komissiyaya ünvanlandırılır və komissiya tərəfindən müvafiq qərar qəbul edilir.

- Ölkəmizdə ikili vətəndaşlıq mümkündürmü?

- Şəxs mənsub olduğu ölkənin vətəndaşlığından çıxdıqdan sonra Azərbaycan vətəndaşlığını əldə edə bilər. Komissiyada qərar verən zaman müvafiq arayışın olmasını nəzərdə saxlayır.

- Vətəndaşlıqdan çıxıb, yenidən vətəndaşlıq almaq olarmı?

- Bəli, təcrübədə belə hallar baş verə bilir. Şəxs Azərbaycan vətəndaşlığından çıxır, bir müddət sonra Azərbaycan vətəndaşlığına bərpa üçün müraciət edə bilər.

- Başqa ölkənin vətəndaşlığını qəbul edən və bu məlumatı gizlədən şəxslər məsuliyyətə cəlb olunurmu?

- 2014-cü ildə bizim qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, digər bir ölkənin vətəndaşlığını qəbul edən şəxs 1 ay müddətində ölkə daxilindədisə, Dövlət Miqrasiya Xidmətinə, ölkə xaricindədisə, Xarici İşlər Nazirliyinin konsulluq idarələri, səfirliklər vasitəsilə bu məlumatı bildirməlidir. Məlumat verməyən şəxslər üçün qanunvericilikdə müəyyən məsuliyyət tədbirləri nəzərdə tutulub. Dövlət Miqrasiya Xidməti bu məsuliyyət tədbirlərini tətbiq edən orqan deyil. Biz sadəcə belə məlumatlar olduqca aidiyyatı üzrə digər hüquq-mühafizə orqanlarına göndəririk.

- Xaricdən qayıdış şəhadətnaməsi ilə Azərbaycana gələn şəxslərin vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi hansı zərurətdən yaranır?

- Qayıdış şəhadətnaməsi xaricdə olan şəxsə o zaman lazım olur ki, həmin şəxs xaricdə olanda onun şəxsiyyətini təsdiq edən etibarlı sənədlər üzərində olmur. Nümunə üçün bildirim ki, əgər şəxs xaricdə səfərdədisə və o ümumvətəndaş pasportunu itiribsə, ölkəyə geri qayıtması üçün qayıdış şəhadətnaməsi almalıdır. Bu şəhadətnaməni alanda həmin şəxsin Azərbaycan vətəndaşlığına mənsub olduğunu müəyyənləşdirmək təbii haldır. Bunun əsasında şəxsin ölkəyə daxil olması üçün sənəd verilir. Zərurət bununla bağldıır. Belə müraciətlər olduqda qısa müddətdə cavablandırırıq.

- Daşınmaz əmlak əsasında ölkədə yaşayan şəxsin daimi yaşamaq üçün müraciət etməsi proseduru necədir?

- Şəxsin ölkəmizdə 100 min manat məbləğində müvafiq bankda vəsaiti varsa və yaxud bu məbləğdə əmlakı mövcuddursa, şəxs bu zaman ölkəmizdə müvəqqəti yaşamaq üçün icazə ala bilər. Daşınmaz əmlak əsasında ölkədə yaşayan şəxs daimi yaşamaq üçün müraciət edə bilər. 5 illik icazə də ala bilər. Şəxsin əmlakının 100 min manat olub-olmaması əmlak qiymətləndirici şirkətlərin verdiyi rəy əsasında müəyyənləşdirilir.

- Xarici ölkə vətəndaşı Azərbaycan vətəndaşı ilə evlənərsə, Azərbaycan vətəndaşlığı ala bilərmi?

- Bəli, ala bilər. Çünki xarici ölkə vətəndaşı Azərbaycan vətəndaşı ilə evləndikdə onun ölkəmizdə yaşaması üçün əsaslar yaranır. Yəni bu şəxslər ailə üzvü əsasında yaşayırlar. Onların bu statusu imkan verir ki, iş icazəsi almadan yaşasınlar. Amma, bu halda da müddətlər gözlənilməlidir. Yəni 2-5 il tələbi bu şəxslərə də şamil olunur.

- Xarici ölkə vətəndaşı iş icazəsi almadan Azərbaycanda işləyə bilərmi?

- Bəli, bir çox hallar var ki, onlar əsasən işləyə bilər. Məsələn, şəxs əgər Azərbaycan vətəndaşının ailə üzvüdürsə. Bundan başqa, daimi yaşama icazəsi varsa, bu halda da iş icazəsi tələb olunmur. Yəni 5 illik icazə əsasında yaşayan şəxslər istədikləri yerdə işləyə bilərlər. Amma sənədləri icrada olduqları müddətdə işləyə bilməzlər..

- Bu il Azərbaycanda xarici vətəndaşların işləməsi üçün kvota nə qədər müəyyənləşdirilib?

- Dünyada daxili əmək bazarının müdafiəsi və onu ucuz işçi qüvvəsinin təsirindən qorumaq üçün kvotalar tətbiq edilir. Bu ilki kvota 6820-dir. Lakin il ərzində bu rəqəmə çatarsaq, komissiya məsələyə təkrar baxa bilər. Ona görə, özəl sektor nümayəndələri kvota məhdudiyyətini düşünərək öz fəaliyyətlərini, müəyyən layihələri daraltmaq barədə qətiyyən düşünməsilər.

azvision


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1570   Tarix: 08 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021