"O vaxt Azərbaycandakı didişmələrdən istifadə edib Qarabağı aldıq..."

"O vaxt Azərbaycandakı didişmələrdən istifadə edib Qarabağı aldıq..."Bu günlərdə "Daşnaksütun" Erməni İnqilabi Federasiyası Xankəndində böyük qapalı yığıncaq keçirib və Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti, habelə Ermənistanın indiki rəhbərliyinin bu məsələ ilə bağlı mövqeyi müzakirə olunub. Bu, daşnakların 30 il ərzində Qarabağda keçirdikləri ilk toplantıdı. Sonxeber.az virtualaz.org-a istinadla xəbər verir ki, "Daşnaksütun" partiyasının yeni lideri Armen Rüstəmyan həmin toplantının Nikol Paşinyana mesaj olduğunu gizlətməyib.

Rüstəmyan Rusiyada mənzillənmiş "EurasiaDaily" erməni saytına müsahibəsində deyib ki, hazırda Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda ciddi fəallaşma müşahidə olunur. Onun bildirdiyinə görə 30 il əvvəl olduğu kimi indi də Ermənistan siyasətində mərkəzi mövzu Qarabağdır.

Daşnakların lideri qeyd edib ki, onların partiyası Ermənistan parlamentində hazırda təmsil olunmasa da Qarabağın taleyindən söhbət gedərsə parlamentdəki və indiki hakimiyyətdəki bir çox şəxslərin daşnakların tərəfinə keçəcəyinə inanır.

"O vaxt SSRİ-nin dağılmasından sonra Ali Sovet formalaşanda "Daşnaksütun" ümumiyyətlə seçkilərdə iştirak etmirdi və parlamentdə təmsil olunmurdu. Amma o vaxt hakimiyyətə gələn qüvvə Dağlıq Qarabağın Ermənistanla birləşməsi ideyasından geri çəkilməyə başlayan kimi parlamentdə bizim partiyanı dəstəkləyən kifayət qədər iri deputat qrupu yarandı"-Rüstəmyan deyib.

Rüstəmyana görə vaxtilə "ərazilərin əvəzində sülh" variantına razılıq vermək istəyən Levon Ter-Petrosyan güclü müqavimətlə üzləşib istefa verdi və siyasi meyitə çevrildi. Ona görə də erməni reallığında kim məsələni bu yolla həll etməyə çalışsa Ter-Petrosyan kimi siyasi meyit olacaq.

Daşnakların lideri Ermənistanın indiki hakimiyyəti ilə Dağlıq Qarabağdakı rejim arasında ciddi gərginliyin olduğunu inkar etməyib. Bildirib ki, bir qrup adamlar Ermənistanda 2018-ci ilin aprelində baş verənləri Dağlıq Qarabağda da təkrarlamaq istəyir.

"Onlar hətta deyirlər ki, inqilab Qarabağı da əhatə etməsə onu əsl inqilab saymaq olmaz. Bizim bu qətiyyən yolverilməzdir. Qarabağda cəmiyyəti Ermənistandakı kimi "ağlara" və "qaralara" bölmək olmaz. Çünki ciddi təhlükəsizlik riski var. Əgər biz təhlükəsizlik qarantiyamızı azaltsaq, mövqelərimizi zəiflətsək Azərbaycan bundan istifadə edib müharibəyə başlayacaq. Problem məhz bundadır. Bakını kimsə kənardan müharibəyə təşviq etməyəcək, biz özümüz düşünülməmiş hərəkətlərimizlə belə bəhanə verə bilərik. Bununla bağlı mən iki tarixi paralel aparmaq istərdim. 1990-cı illərin əvvəllərində hakimiyyətə gələn Ter-Petrosyan verdiyi vədlərdən geri çəkilib ölkədə elə böhran yaratdı ki, altını indi də çəkirik. İkincisi, yenə də 1990-cı illərin əvvəllərində Azərbaycandakı daxili qeyri-stabillik, çəkişmələr, didişmələr qonşu ölkənin müdafiə qabiliyyətini sarsıtdı. Biz isə o cümlədən həmin səbəbə görə Qarabağ cəbhəsində uğurlar əldə edə bildik. İndi biz düşmənə belə bəhanə verə bilmərik ki, hərbi əməliyyatlara başlamağa həvəslənsin"-Armen Rüstəmyan deyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2528   Tarix: 08 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Şuşa şəhəri necə alındı? - VİDEO

Şuşanın azad edilməsində müstəsna xidmətləri olan hərbçilərdən biri Namiq Abdullayev xarici media nümayəndələrinin onlara ən çox ünvanladığı suallardan danışıb. O, Baku TV-yə açıqlamasında bildirib ki, media nümayəndələri çətin, sərt qayalıqlı və gözəl relyefə sahib Şuşada baş verən döyüşlərdə necə qalibiyyə

11 iyul 2021
.

4 terrorçu zərərsizləşdirildi

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terror təşkilatının Suriya qanadının bir neçə silahlısını zərərsizləşdirib. "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində bildirilir. Qeyd edilir ki, Türkiyə hərbçilərini

12 sentyabr 2021
.

Laçın rayonunun Əhmədli kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Laçın rayonunun Əhmədli kəndinin görüntülərini yayıb. Həmin görüntüləri təqdim edirik:

13 iyun 2021
.

Tovuz döyüşlərindən 1 il ötür

Bu gün Tovuz döyüşlərinin ildönümüdür. xəbər verir ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən bir il ötür. Belə ki, 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs

12 iyul 2021
.

Müdafiə Nazirliyi: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəş

1 avqust 2021
.

"Haber Global": Zəhranın qanı yerdə qalmadı – VİDEO

Türkiyənin "Haber Global" televiziya kanalı erməni hücumu nəticəsində 2017-ci ildə qətl edilən balaca Zəhranın xatirəsinə həsr olunmuş süjet hazırlayıb. Süjetdə indiyədək məhfur düşmən tərəfindən çox sayda azyaşlı azərbaycanlının öldürüldüyü diqqətə çatdırılır. Qeyd olunur ki, son nəticəd

4 iyul 2021
.

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub - RƏSMİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Aslanov Şamil Mais oğlu ilkin ehtimala görə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır

31 iyul 2021
.

MN: Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə aparılır - FOTO + VİDEO

Azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin şəxsi heyətinin intensiv döyüş hazırlığı səviyyəsi artırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, həmin bölgələrdə, eləcə də yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydaların

1 avqust 2021
.

İraq Türkiyədən "Bayraktar TB2" PUA-larını alacaq

İraqın müdafiə naziri Cuma İnad Sadun Türkiyədən "Bayraktar TB2" PUA, 12 ədəd "T129 ATAK" helikopteri və 6 "KORAL" mobil elektron müharibə sistemi alması barədə razılaşma elan edib. -ın məlumatına görə, keçən həftə İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisin

28 avqust 2021