Bahalaşmanı kimlər yaradır - pərakəndə ticarətçilər, yoxsa...

Bahalaşmanı kimlər yaradır - pərakəndə ticarətçilər, yoxsa...Yanvarın ortalarından etibarən ölkənin ticarət şəbəkələrində ərzaq məhsullarının bahalaşması müşahidə olunur. Xüsusilə taxıl və süd məhsullarının qiymətində 10-50 qəpik arasında bahalaşma baş verib. Bir sıra firmaların süd məhsulları, ümumiyyətlə, kəskin şəkildə azalıb.

Maraqlıdır ki, ölkədə süd istehsalının kəskin azalmasına dair hər hansı məlumat yoxdur. Eyni zamanda Azərbaycanın süd idxal etdiyi Avropa ölkələrində son 6 ayda süd və süd məhsullarının qiymətində xeyli ucuzlaşma müşahidə olunur. Bu şəraitdə əslində süd və süd məhsullarının bolluğu və ucuzlaşması daha gözləniləndir, nəinki indiki qıtlıq və bahalaşma.

Sosial şəbəkələrdə də müzakirə olunan bu proses əksər istifadəçilər tərəfindən ticarətçilərin vergi qanunvericiliyindəki dəyişikliyə, həmçinin vergidən yayınmaya qarşı aparılan mübarizəyə reaksiyası kimi qiymətləndirilir.

Məsələ burasındadır ki, pərakəndə ticarətçilərin xeyli hissəsi yanvardan etibarən sadələşdirilmiş vergi ödəyicisi ola bilmir. Onlar mənfəət vergisinin ödəyicilərinə çevriliblər. Bu isə onların əvvəlkindən daha yüksək həcmdə vergi ödəməsi deməkdir. Digər tərəfdən, vergi orqanlarının işində yaradılan şəffaflıq sahibkarların vergidən yayınmaq cəhdlərinin qarşısını alır. Bütün bunların nəticəsində ticarətçi sahibkarlar ödədikləri artıq vergini satdıqları malların üstünə əlavə edirlər.

Bəs yeni qaydalar ticarətçilərin vergi yükünü bu qədərmi çox artırıb ki, onlar satdıqları məhsulları bahalaşdırırlar?

İqtisadçı-ekspert, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrulun "Yeni Müsavat"a dediyinə görə, əslində bahalaşma yalnız ərzaq məhsullarında deyil, tikinti materiallarında da qeydə alınır: "Bugünkü bahalaşmanın heç bir iqtisadi əsası yoxdur və sırf subyektiv amillərlə bağlıdır. Vergi yükünün artması barədə deyilənlər reallığı əks etdirmir. Əvvəl topdan və pərakəndə ticarət müəssisələri, ictimai-iaşə sadələşdirilmiş vergi ödəyiciləri ola bilirdilər. Onlar dövriyyələri 200 min manata qədər olduqda Bakıda 4 faiz, regionlarda 2 faiz, ondan yuxarı olduqda ticarətçilər 6 faiz, ictimai iaşə isə 8 faiz vergi ödəyirdilər. İndi topdansatış sadələşmiş vergi ödəyicisi ola bilmir. Ticarətçilər də 200 min manatdan yuxarı dövriyyə olduqda mənfəət vergisinin ödəyicisi olurlar. İndiyədək beləydi ki, ticarətçilər, elə ictimai-iaşə də dövriyyələrini dəfələrlə kiçildirdilər ki, az vergi ödəsinlər. Eyni zamanda əmək haqlarını rəsmiləşdirmir, yaxud aşağı məbləği rəsmiləşdirib də vergidən yayınırdılar. Vergilər Nazirliyi də dəfələrlə bununla bağlı açıqlama verib. İndi vergi qanunvericiliyi dəyişib, eyni zamanda vergi orqanları yayınmalara qarşı mübarizə aparırlar. Digər tərəfdən, əmək haqlarının rəsmiləşdirilməsi sahəsində də dəyişikliklər edilir. Bütün bunlara ticarətçilər qiymət artımı ilə cavab verirlər".

Ekspert bildirir ki, pərakəndə ticarətçilər məsuliyyəti topdansatışın üzərinə yıxmağa çalışırlar: "Bildirirlər ki, guya topdansatış mərkəzlərindən və istehsalçılardan malları elektron qaimə faktura ilə ala bilmirlər. Halbuki hazırda ölkədə topdansatış mərkəzlərinin hamısı elektron qaimə-fakturaya keçiblər. Sadəcə, pərakəndə ticarətçilərin xeyli hissəsi dövriyyəsini tam şəffaflaşdırmaqdan, elektron qaimə-faktura ilə işləməkdən yayınmağa çalışırlar. Yəni bu həlqədə qaydalara əməl etməyən tərəf pərakəndə ticarətçilərdir. Bunu sizə apardığımız dəqiq müşahidələr əsasında bildirirəm".

Q.Toğrul hesab edir ki, ticarətçilər öz uçot sistemlərini vaxtında qaydalara uyğun qurmağa başlamalıdılar: "Onlara tövsiyəmiz odur ki, öz uçot sistemlərini qayda-qanunlara uyğun qurmağa başlasınlar. Əks halda, uçotun düzgün aparılmamasına görə yüksək məbləğdə cərimələr nəzərdə tutulur. Mövcud vergi yükü o qədər ağır deyil ki, risk edib uçotdan yayınmaya gedirlər. Normal qaydada vergilərini ödəyib, uçot sistemlərini şəffaflaşdırsınlar. Onların uçota aldıqları xərclərin hamısı vergi yükünü azaltmağa kömək edir. Bu baxımdan, xərclərini dəqiq və qaydalara uyğun uçotunu aparsınlar. Belə olarsa, heç qiymətləri qaldırmağa da ehtiyac qalmayacaq".Yanvarın ortalarından etibarən ölkənin ticarət şəbəkələrində ərzaq məhsullarının bahalaşması müşahidə olunur. Xüsusilə taxıl və süd məhsullarının qiymətində 10-50 qəpik arasında bahalaşma baş verib. Bir sıra firmaların süd məhsulları, ümumiyyətlə, kəskin şəkildə azalıb.

Maraqlıdır ki, ölkədə süd istehsalının kəskin azalmasına dair hər hansı məlumat yoxdur. Eyni zamanda Azərbaycanın süd idxal etdiyi Avropa ölkələrində son 6 ayda süd və süd məhsullarının qiymətində xeyli ucuzlaşma müşahidə olunur. Bu şəraitdə əslində süd və süd məhsullarının bolluğu və ucuzlaşması daha gözləniləndir, nəinki indiki qıtlıq və bahalaşma.

Sosial şəbəkələrdə də müzakirə olunan bu proses əksər istifadəçilər tərəfindən ticarətçilərin vergi qanunvericiliyindəki dəyişikliyə, həmçinin vergidən yayınmaya qarşı aparılan mübarizəyə reaksiyası kimi qiymətləndirilir.

Məsələ burasındadır ki, pərakəndə ticarətçilərin xeyli hissəsi yanvardan etibarən sadələşdirilmiş vergi ödəyicisi ola bilmir. Onlar mənfəət vergisinin ödəyicilərinə çevriliblər. Bu isə onların əvvəlkindən daha yüksək həcmdə vergi ödəməsi deməkdir. Digər tərəfdən, vergi orqanlarının işində yaradılan şəffaflıq sahibkarların vergidən yayınmaq cəhdlərinin qarşısını alır. Bütün bunların nəticəsində ticarətçi sahibkarlar ödədikləri artıq vergini satdıqları malların üstünə əlavə edirlər.

Bəs yeni qaydalar ticarətçilərin vergi yükünü bu qədərmi çox artırıb ki, onlar satdıqları məhsulları bahalaşdırırlar?

İqtisadçı-ekspert, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrulun "Yeni Müsavat"a dediyinə görə, əslində bahalaşma yalnız ərzaq məhsullarında deyil, tikinti materiallarında da qeydə alınır: "Bugünkü bahalaşmanın heç bir iqtisadi əsası yoxdur və sırf subyektiv amillərlə bağlıdır. Vergi yükünün artması barədə deyilənlər reallığı əks etdirmir. Əvvəl topdan və pərakəndə ticarət müəssisələri, ictimai-iaşə sadələşdirilmiş vergi ödəyiciləri ola bilirdilər. Onlar dövriyyələri 200 min manata qədər olduqda Bakıda 4 faiz, regionlarda 2 faiz, ondan yuxarı olduqda ticarətçilər 6 faiz, ictimai iaşə isə 8 faiz vergi ödəyirdilər. İndi topdansatış sadələşmiş vergi ödəyicisi ola bilmir. Ticarətçilər də 200 min manatdan yuxarı dövriyyə olduqda mənfəət vergisinin ödəyicisi olurlar. İndiyədək beləydi ki, ticarətçilər, elə ictimai-iaşə də dövriyyələrini dəfələrlə kiçildirdilər ki, az vergi ödəsinlər. Eyni zamanda əmək haqlarını rəsmiləşdirmir, yaxud aşağı məbləği rəsmiləşdirib də vergidən yayınırdılar. Vergilər Nazirliyi də dəfələrlə bununla bağlı açıqlama verib. İndi vergi qanunvericiliyi dəyişib, eyni zamanda vergi orqanları yayınmalara qarşı mübarizə aparırlar. Digər tərəfdən, əmək haqlarının rəsmiləşdirilməsi sahəsində də dəyişikliklər edilir. Bütün bunlara ticarətçilər qiymət artımı ilə cavab verirlər".

Ekspert bildirir ki, pərakəndə ticarətçilər məsuliyyəti topdansatışın üzərinə yıxmağa çalışırlar: "Bildirirlər ki, guya topdansatış mərkəzlərindən və istehsalçılardan malları elektron qaimə faktura ilə ala bilmirlər. Halbuki hazırda ölkədə topdansatış mərkəzlərinin hamısı elektron qaimə-fakturaya keçiblər. Sadəcə, pərakəndə ticarətçilərin xeyli hissəsi dövriyyəsini tam şəffaflaşdırmaqdan, elektron qaimə-faktura ilə işləməkdən yayınmağa çalışırlar. Yəni bu həlqədə qaydalara əməl etməyən tərəf pərakəndə ticarətçilərdir. Bunu sizə apardığımız dəqiq müşahidələr əsasında bildirirəm".

Q.Toğrul hesab edir ki, ticarətçilər öz uçot sistemlərini vaxtında qaydalara uyğun qurmağa başlamalıdılar: "Onlara tövsiyəmiz odur ki, öz uçot sistemlərini qayda-qanunlara uyğun qurmağa başlasınlar. Əks halda, uçotun düzgün aparılmamasına görə yüksək məbləğdə cərimələr nəzərdə tutulur. Mövcud vergi yükü o qədər ağır deyil ki, risk edib uçotdan yayınmaya gedirlər. Normal qaydada vergilərini ödəyib, uçot sistemlərini şəffaflaşdırsınlar. Onların uçota aldıqları xərclərin hamısı vergi yükünü azaltmağa kömək edir. Bu baxımdan, xərclərini dəqiq və qaydalara uyğun uçotunu aparsınlar. Belə olarsa, heç qiymətləri qaldırmağa da ehtiyac qalmayacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1373   Tarix: 08 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021
.

Muzdla çalışanların SAYI artıb - STATİSTİKA

Mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,1 faiz artaraq 1 milyon 678,4 min nəfər olub. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlə

13 iyun 2021
.

Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib - VİDEO

Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmlərindən istifadə asanlaşdırılıb. Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib. Xəzər TV-yə istinadən xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən daxil olan müraciətlər əsasında təhlillər aparılıb və maliyyə dəstəyi mexanizmlərindən istifad

3 sentyabr 2021
.

İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg

31 iyul 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre

17 may 2021
.

Toylar necə keçiriləcək? - AÇIQLAMA

Artıq bir ilə yaxındır ki, koronavirus infeksiyası səbəbindən ölkədə toyların keçirilməsinə qadağa qoyulub. Karantin qaydalarının növbəti yumşaldılmasından sonra toyların da keçirilməsinə icazə ilə bağlı sual hər kəsi düşündürür. Bəs toylar hansı qaydalar əsasında təşkil oluna bilər?. Mövzu ilə bağl

26 may 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021
.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021