Azərbaycan polisini təhqir edən Nazın çəkildiyi klip Yutubdan SİLİNDİ

Azərbaycan polisini təhqir edən Nazın çəkildiyi klip Yutubdan SİLİNDİTürkiyədə qatıldığı evlilik verilişi ilə məşhurlaşan Naz Mila adlı azərbaycanlı qadın Ceyhun adlı müğənninin "No panic" adlı klipində çəkilib. Klipdə əyninə üzərində Daxili İşlər Nazirliyinin gerbi və simvollarının olduğu polis uniformasını geyinən Naz yüngül hərəkətlər edib.

Azərbaycan polisinin uniformasını geyinən Nazın kadrları sosial şəbəkədə yayılıb. Üzərində dövlət rəmzlərinin olduğu geyimdə əxlaqsız hərəkətlər edən Naz tənqid atəşinə tutulub. Həmçinin Daxili İşlər Nazirliyi Naz Milanın çəkildiyi klipdə Azərbaycan polisinin uniformasını təhqir etməsi faktı ilə əlaqədar araşdırma aparıb. Bundan sonra bir neçə gün əvvəl təqdim olunan klip yutubdan silinib.

Qeyd edək ki, ekspert Elməddin Muradlı Axar.az saytına verdiyi açıqlamada Ceyhun adlı müğənninin klipində polis geyimindən bu şəkildə istifadə etməsini pisləyərək həmin görüntülərin çıxarılmasını tələb edib.

"O cür kliplərdə belə vasitələrdən istifadə etmək yolverilməzdir, mədəniyyətsizlikdir, biabırçılıqdır. Belə düşünürəm ki, Daxili İşlər Nazirliyi buna mütləq cavab verəcək və yaxud verməlidir. Belə çəkilişlər zamanı polisin, əsgərin uniformasından istifadə edilərkən Daxili İşlər Nazirliyindən icazə alınmaldır, razılaşdırılmalıdır. Nazirliyə bildirilməlidir ki, bu çəkilişin, klipin süjeti necə olacaq. Belə açıq-saçıq bir klipdə polisimizin geyimindən istifadə etmək və o geyim altında biabırçı hərəkətlər etmək yolverilməzdir. O geyimi geyinən xanım yol polisi obrazını canlandırır. Bu, Azərbaycan polisinə təhqirdir".

Ekspert bildirib ki, bəlkə də hansısa Avropa klipində bu cür mənzərə normal qəbul edilə bilər, ancaq Azərbaycanın mental təfəkkürü polis formasının açıq-saçıq bir xanımın açıq-saçıq klipdə canlandırmasını qəbul etmir:

"Bizim kimi cəmiyyətlər bayraq, gerb kimi atributlara toxunulmaz nemət kimi baxır. Ona görə bu addımı qəti şəkildə pisləyirəm və hesab edirəm ki, Daxili İşlər Nazirliyi bununla bağlı addım atmalı, açıqlama verməlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3052   Tarix: 08 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mumiyanı rentgen aparatına saldılar: ŞOK OLDULAR - "YAŞAYIR"

Misirdən İtaliyaya aparılan 3 min yaşlı mumiya rentgen aparatına salınıb. xəbər verir ki, məqsəd bu şəxsin yaşayış tərzini öyrənməkdir. Yekun nəticələr araşdırmalar yekunlaşandan sonra açıqlanacaq. Alimlərin sözlərinə görə, artıq onlar indidən təəccüblənməyə başlayıblar. Məlum olub ki, mumiyanın üzərind

8 sentyabr 2021
.

Kosmosa uçanların - FOTOLARI

Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib. Axşam.az-a istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub. Bu gün isə səyyahların fotolar

18 sentyabr 2021
.

Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir? - ARAŞDIRMA

Psixoloqlar tez-tez selfi (selfie) çəkib sosial mediada paylaşanların Selfitis xəstəliyinə tutulmaq ehtimalının ola bildiyini və psixoloji yardıma ehtiyac duyduqları barədə xəbərdarlıq edirlər. Bu barədə The Daily Telegraph qəzeti yazır. Qəzet yazır ki, Selfitis termini, çox selfi çəkənlər üçün ilk dəf

14 sentyabr 2021
.

Bu ölkədə borşa abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. Abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrinə abidə qoyulduğun

10 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021
.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021
.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

14 sentyabr 2021