Bir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün - FOTOLAR

Bir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün - FOTOLARTarixin ən mübahisəli mövzularından biri də rusların məhbuslar üzərində apardığı insanlığa sığmayan təcrübələrdir. Heyvani davranışlarla insanlar üzərində tibbi eksperimentlər aparan mütəxəssislər haqqında tarixi faktlar əsasında filmlər belə çəkilib. Həmin vəhşi təcrübələrdən biri də yuxudur. Mütəxəssislər insanların nə qədər müddət yuxusuz və havasız yaşaya biləcəklərini sınaqdan keçirtmək istəyirdilər. Nəticələr isə heç kimin ağlına belə gəlməzdi.

Sonxeber.az Publika.az-a istinadən sizə tarixin ən qəddar və unudulmaz təcrübələrindən keçən məhkumların acınacaqlı taleyi haqqında maraqlı faktları təqdim edir:

Xatırladaq ki, müxtəlif mənbələrdə dərc edilən material haqqında Rus hökuməti nə təsdiq, nə də inkar edici açıqlama verib. Ağlasığmaz faktların isə gerçək ola bilmə ehtimalı çox böyükdür.

Tədqiqatçılar sözügedən araşdırmaları İkinci Dünya Müharibəsi illərində ələ keçirdikləri məhbuslar üzərində aparıblar. Əvvəlcədən məhkumlarla şərt kəsən tədqiqatçılar sınaq müddətinin sonunda sağ qalanlara "azadlıq vəd edərək" razı salıblar. Şərtlərə görə, sınaq müddəti 30 gün olacaq və sonunda həyatda qalmağı bacaran məhkumlar öz vətənlərinə aparılacaq.

Təcrübə üçün isə sadəcə 5 məhkum kifayət idi. Onların içərisində kök, arıq, fiziki cəhətdən güclü və zəif insanlar vardı. Oksigen səviyyəsi xüsusi cihazlarla ölçülən otağa salınan məhbusların 30 günlük "cəhənnəm əzabı" başlayıb.

Məqsəd məhkumların 30 gün ərzində yuxusuz qalıb-qalmayacağını test etmək idi. Qapalı otaqda məhbuslara kifayət qədər qida məhsulları, çay, su və kitab qoyulmuşdu.

Otaqda mikrofon sistemi quraşdırıldığı üçün davamlı şəkildə məhbusların danışıqları dinlənilirdi. Məhkumlar yatmasın deyə otağa xüsusi qaz buraxılırdı. Zəhərlənmə hallarının qarşısını almaq üçün otağa az miqdarda oksigen də buraxılırdı.

Sınağın 5-ci günü artıq şikayətlər başlamışdı...

Məhkumlar mikrofonla tədqiqatçılara vəziyyətlərindən şikayət edir və bu təcrübəni idarə edənlərə hər şeyi dayandırmaqlarını deyirdilər. Lakin onları eşidən yox idi.

9-cu gün məhkumlardan biri dayanmadan qışqırmağa başlayıb. Qışqırmağa davam edən məhkumun səsi sadəcə gurultudan ibarət idi. Heç bir söz. İfadədən istifadə etmirdi. Tədqiqatçılar məhkumun səs tellərini parçaladığını irəli sürdülər. Daha maraqlısı isə bu vəziyyəti görən digər məhbusların pıçıltı ilə danışmasıdır. Bir neçə gün onlar heç bir kəlmə də söhbət etmirlər. Tədqiqatçılar səssizliyə aldanaraq onların öldüyünü düşünür.

Üç məhkumun ölümündən sonra geridə qalan 2 məhkum kitabların vərəqlərini cırıb kameraların və mikrofonların üzərinə qoyurdu.

12-ci gün də səs gəlməyincə, ölmüş ola biləcəkləri ehtimalı daha da artıb. Tədqiqatçılar əvvəl mikrofonların xarab olduğunu düşünsələr də, yoxlanışdan sonra bəlli olub ki, mikrofonda problem yoxdur. Otaqdakı oksigen səviyyəsi isə onların hər birinə çatacaq dərəcədə idi.

14-cü gün məhbuslar "Artıq azad olmaq istəmirik" deyərək üsyan ediblər. Məhbusların sakitliyi, kameraların kitab vərəqləri ilə bağlanılması tədqiqatın gedişatına mane olduğu üçün qərara gəlirlər ki, otağa daxil olsunlar.

"Otağa daxil oluruq, qapıdan aralıda yerə uzanıb əllərinizi başınızın üzərinə qoyun. Əks halda atəş açacayıq. Sakit olsanız azadlığa çıxacaqsınız" deyə səs eşidilir. Sağ qalan 2 məhbusdan biri onlara cavab olaraq zəif və halsız səslə: "Biz artıq azad olmaq istəmirik" deyib.

15 gündən sonra otağın qapısı açılır və bir anda otağa oksigen daxil olur. Təmiz havanı ciyərlərinə çəkən məhbuslar ucadan qışqırmağa başlayıb. İçəridən 2 fərqli səsin yalvarış hayqırtıları eşidilirdi. Rus əsgərləri məhkumları otaqdan çıxararkən gördükləri mənzərə qarşısında şoka düşüblər. 15 gün ərzində məhbuslar belə bu qədər ucadan qışqırmamışdı.

Ölən məhkumlardan biri kanalizasiya borusunun üzərində öldüyündən içəridə sidik iyindən dayanmaq olmurdu. İçəri 10 santimetr hündürlüyə qədər su ilə dolu idi. Su hesab etdikləri mayenin qan olduğunu isə çox sonra cəsədlərin üzərindəki cırmaq və diş izlərini gördükdən sonra anlayıblar.

Sağ qalan məhkumların isə saqqalları uzanmış, dəriləri parça-parça olmuşdu. Dırnaqlarının arasındakı dərilər isə onların bir-birinə xəsarət yetirdiyini açıq-aşkar göstərirdi.

Tədqiqatçılar onların əlbəyaxa dalaşdığını inkar etməsə də, bəzi yaraların yaranması heç də diş və dırnaq yaralarına oxşamırdı.

Yeməklərin çoxunun yeyilməmiş olması isə ayrı mövzu. 15 gün acmı qalmışdılar?

3 məhkumun hər üçünün qarın bölgəsindəki orqanlar və qabırğaları demək olar ki, yox idi. Ürək, ağciyərlər, diafraqma və əzələlərin çoxu döş qəfəsinin xaricinə çıxmışdı. Qan damarları və orqanlar sağlam qalsa da, digərlərini çıxarıb yerə atmışdılar. Amma məhkumlar hələ də "yaşayırdılar". Bütün bunlara baxmayaraq, onların həzm sistemləri çalışırdı. Bir neçə gün nəzarətdə saxlanılan məhbuslar yedikləri İNSAN ətini qusublar.

Məhbuslar rus əsgərlərinə otaqdan çıxmamaq üçün yalvarırdı.

Münaqişə əsnasında məhbuslardan biri əsgərin boğazını dişləyərək onu boğub.

Əməliyyat masasında orqanları çıxarılan məhbuslardan biri gülümsəyərək "kəsməyə davam et" deyə pıçıldayır.

Həkimlər tədqiqatların nəticəsiz qalmasına görə məyus olduqları zaman komandir əmr verir ki, sağ qalan məhbuslar yenidən sınaq otağına qaytarılsın.

Tədqiqatçılardan biri silahını çəkib öncə komandiri, sağ qalan məhbusları ən sonda da özünü öldürür.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 5185   Tarix: 10 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Microsoft" fotoşəkilləri "həddən artıq real" videolara çevirən tətbiq təqdim edib

Microsoft, insanı fotoşəkildən (hətta Mona Lizadan) "danışan baş"a çevirməyə imkan verən VASA-1 süni intellekt platformasını təqdim edib. xəbər verir ki, yeni xidmətin imkanlarını nümayiş etdirən video süni intellekt üzrə ekspert Min Çoi tərəfindən yayımlanıb. VASA-1 səs yazısı əsasında təsvir

18 aprel
.

Dünyanın ən təmizkar ölkələri məlum olub

Braziliya sakinləri dünyanın ən təmiz insanları seçiliblər. Bunu müxtəlif ölkələrdə insanların yuyunma və duş qəbulunun müntəzəmliyini təhlil edən Dünya Əhali İcmalı layihəsinin məlumatları sübut edir. Araşdırmaya görə, braziliyalıların 99 faizi hər gün yuyunur, lakin əksəriyyəti bunu daha tez-tez edir

17 aprel
.

17 yaşlı gimnast meningitdən vəfat edib

İspaniyalı batut gimnastı Maria Herrance Qomez 17 yaşında meningit xəstəliyindən dünyasını dəyişib. xəbər verir ki, bu barədə idmançının məşq etdiyi "Kabanillas del Kampo" şurasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, şəhərdə matəm elan edilib, bütün sosial və mədəni tədbirlər ləğ

18 aprel
.

"Antiterror əməliyyatından sonra,Monitorinq Mərkəzi heç bir iş görmürdü" - Ekspert

Xəbər verdiyimiz kimi Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib:. "Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan memorandumla Qarabağ regionunda atəşkəsə nəzarət və pozuntuları

18 aprel
.

Həkimə gedən qadın ərinin xəyanətini öyrəndi

Reddit sosial şəbəkəsində 32 yaşlı qadın ərinin xəyanətinin üstünü necə açdığını paylaşıb. "Medicina" xəbər verir ki, qadın 40 yaşlı ərinin tez-tez məzuniyyət və səfərlərə getdiyini, buna görə hər dəfə 2-3 həftə evdə olmadığını bildirib. "Mən təklikdən depressiyaya düşürdüm və özümü pi

19 aprel
.

1 ton dəmirin altında qalaraq, dünyasını dəyişdi

Yük maşınından boşaldılılan 1 ton dəmir mühəndisin üzərinə aşıb. xarici mediaya istinadən xəbər verir ki, mühəndis faciəvi şəkildə dünyasını dəyişib. Mühəndisin dəmirlərin altında qaldığını görənlər işçilər dərhal təcili yardım çağırıb. Xəbər üzərinə sağlamlıq, xilasetmə və polis qrupları ünvana söv

18 aprel
.

"Miss-2024"ün finalçısı itkin düşdü

Rusiyanın Buryatiya Respublikası üzrə İstintaq Komitəsi "Miss Buryatiya 2024" müsabiqəsinin finalçısı Seseg Buinovanın qəribə şəraitdə yoxa çıxması ilə bağlı cinayət işi açıb. -a istinadla bildirir ki, taksi sürücüsü kimi fəaliyyət göstərən Buinova aprelin 12-nə keçən gecə iş zamanı yoxa çıxıb

18 aprel
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18 aprel
.

Külli miqdarda rüşvət alan müstəntiq axtarışa verildi

Rusiya Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin müstəntiqinə qarşı 24 milyon rubl məbləğində rüşvət almaqda şübhəli bilinərək cinayət işi açılıb. yerli mediaya istinadən xəbər verir ki, müstəntiqlərin fikrincə, şübhəli şəxs korrupsiya sxemində vasitəçi kimi çıxış edib. O, moskvalı vəkildən 3 ödənişl

18 aprel