Alimlərdən gözlənilməz açıqlama

Alimlərdən gözlənilməz açıqlamaYer kürəsinin şimal maqnit qütbü ildə təxminən 55 kilometr sürətlə Rusiyanın sərhədlərinə yerini dəyişir.

Sonxeber.az xəbər verir ki, bu haqda Ətraf mühit haqqında informasiya üzrə Amerika Milli İnstitutundan olan alimlər bildiriblər.

Alimlər maqnit sahəsində dəyişiklik haqqında hər 5 ildən bir məlumat açıqlayırlar. Ancaq vəziyyət son zamanlar o qədər tez dəyişir ki, artıq mütəxəssisləə dəyişikliklər haqqında modeli indi yeniləməyi lazım biliblər. Maqnit qütbünün sürətlə yerini dəyişməsi bir sıra problemlərin, o cümlədən GPS-in işində nasazlıqların yaranmasına gətirib çıxara bilər. Son illərdə bu proses əhəmiyyətli dərəcədə sürətlənib.

Əgər 2000-ci ildə yerdəyişmənin sürəti ildə 15 kilometr təşkil edirdisə, 18 il ərzində sürət üç dəfə artıb.

"Güman edilirdi ki, beşillik müddət kifayət qədər olacaq ki, biz müvafiq olaraq vəziyyəti təsvir edə bilək. Amma məlum oldu ki, maqnit qütb sahəsi daha sürətli dəyişir və hazırkı məlumatlar mövcud model artıq uyğun deyil", - Rusiya Elmlər Akademiyasının Kosmofizik Tədqiqatlar və Uzaq Şərq bölməsinin radio dalğalarının yayılması İnstitutunun "Paratunka" geofizik rəsədxana kompleksinin müdiri Sergey Xomutov bildirib.

Onun sözlərinə görə, indi maqnit sahəsinin sürətləndirilmiş hərəkətinin səbəbini aydınlaşdırmağa çalışırlar. Alim bildirib ki, maqnit sahəsinin sürətlə yerini dəyişməsi regionda müxtəlif kataklizmlərin riskini yüksəldir. Dəyişiklik, naviqasiya, gəmilərin və təyyarələrin yerdəyişməsi təhlükəsizliyin təmin olunma vasitələrinin təşkilinə, elektron kart-sxeminin normal fəaliyyətinə, xüsusi halda, GPS sistemlərinə təsir edə bilər.

Alimlərin fikrincə, problem planetin daxilində dərinlikdə baş verən tərpənmələrlə bağlıdır. Məsələn, 2016-cı ildə maqnit qütbü Cənubi Amerikanın şimal hissəsi və Sakit okeanın şərq hissəsinin altında tərpəndi. Alimlər vurğulayırlar ki, şimal maqnit qütbünün yerdəyişmələri haqqında xəbərlər yeni deyil. Tədqiqatçılar müəyyən ediblər ki, o hələ 1800-cü illərdə dreyf edirdi.

Müəyyən olunub ki, Yer kürəsinin cənub maqnit qütbü də həmçinin yerini dəyişir, ancaq onun yerdəyişməsinin sürəti xeyli aşağıdır. Yerin qütbləri sonuncu dəfə təxminən 780 min il əvvəl tamamilə dəyişib. (publika.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 3004   Tarix: 10 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-u ABŞ-yə rəsmi səfərə yollanacaq. "Qafqazinfo" "NTV"yə istinadən xəbər verir ki, Türkiyə lideri Ağ Evdə ilk dəfə ABŞ Prezidenti Co Baydenlə görüş keçirəcək. Bildirilir ki, Ərdoğanla Bayden beynəlxalq tədbirlər zamanı görüşlər keçirs

27 mart
.

Aktrisanın 9 milyonunu oğurladılar

Rusiyalı aktrisa Yevgeniya İqumnovanın doqquz milyon rublu (təxminən 166 min 500 manat) oğurlanıb. yerli mediaya istinadla xəbər verir ki, naməlum şəxslər onun Sankt-Peterburqun Tyarlevo kəndindəki evinə daxil olublar. Məlumata görə, "Ələddin" cizgi filmində Şahzadə Yasemini səsləndirən aktris

26 mart
.

Üç aydır ictimaiyyət qarşısına çıxmır

Cənubi Koreyanın birinci xanımı Kim Konq Hi ötən ilin sonundan bəri ictimaiyyət qarşısına çıxmayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə " məlumat yayıb. Nəşr xəbər verir ki, Koreya prezidentinin xanımının ictimai tədbirlərdə iştirak etməməsi jurnalistlərin böyük təəccübünə səbəb olub

26 mart
.

"Crocus"dakı teraktda şübhəli bilinən Kasımovun "Çayxana"sı bağlandı

"Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə bağlı təqsirləndirilən şəxslərdən Alişer Kasımova məxsus olduğu iddia edilən Putilkovskoe şossesində yerləşən "Çayxana" kafesi fəaliyyətini dayandırıb. xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Qey

27 mart
.

Şvartsenegger 4-cü dəfə ürəyindən əməliyyat olundu

76 yaşlı Hollivud ulduzu Arnold Şvartsenegger dördüncü dəfə ürəyindən əməliyyat olunub. -ə istinadən xəbər verir ki, bu haqda aktyor "Men's Health"ə açıqlamasında deyib. O, ürəyinə kardiostimulyator quraşdırıldığını bildirib. Məlumata görə, Arnold özünü yaxşı hiss edir. Şvartsenegger qey

26 mart
.

Kişinin mədəsindən 30 santimetrlik diri ilan balığı çıxarılıb

Vyetnamda bir kişinin mədəsindən 30 santimetrlik diri ilan balığı çıxarılıb. xarici mediaya istinadən xəbər verir ki, Vyetnamda bir kişi şiddətli qarın ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin apardığı müayinələr nəticəsində kişinin qarnında ilan balığı olduğu müəyyən edilib. Əməliyya

27 mart
.

Ağalarovlar terror aktında zərərçəkənlərə kömək üçün 100 milyon rubl ayırdılar

Araz və Emin Ağalarovlar Moskvada "Crocus City Hall"da törədilən terror aktında zərərçəkənlərə kömək üçün 100 milyon rubl ayırıblar. Konsert zalının adını daşıyan Müslüm Maqomayev Fondunun vəsaiti də yardım üçün istifadə olunacaq. Qeyd edək ki, "Crocus City Hall"un konsert zalınd

27 mart
.

"Krokus Siti Holl"da törədilən terror aktı nəticəsində xəsarət alanların sayı açıqlanıb

"Krokus Siti Holl"da törədilən terror aktı nəticəsində xəsarət alanların sayı 372-yə çatıb. xəbər verir ki, bu barədə "112" Telegram kanalı məlumat yayıb. Bildirilib ki, martın 27-də Moskva vilayətinin Səhiyyə Nazirliyi konsert zalında törədilən terror aktı qurbanlarının siyahısın

28 mart
.

"Crocus City Hall"dakı dəhşətli terrorda yaralananların sayı artdı

Rusiyanın Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktı zamanı yaralananların sayı 360 nəfərə çatıb. Bu barədə "112" "Telegram" kanalı xəbər verib. Bundan əvvəl terror aktı nəticəsində 182 nəfərin yaralandığı bildirilmişdi. Xatırlada

26 mart