"Hədiyyəni göstərmək görməmişlik deməkdir" - Tanınmışlardan AÇIQLAMALAR

"Hədiyyəni göstərmək görməmişlik deməkdir" - Tanınmışlardan AÇIQLAMALARBizlər üçün özəl olan insanlara çox dəyər verdiyimizdən aldığımız hədiyyələrin də özəl və qalıcı olmasına xüsusi diqqət göstəririk.

Əlbəttə hədiyyənin maddi və mənəvi tərəfləri də var.
Məşhurlar göz önündə olduqları üçün zaman-zaman aldıqları hədiyyələrlə müzakirə mövzusu olurlar.

Metbuat.az bu dəfə xanım məşhurlara verilən ən dəyərli hədiyyələr ilə maraqlanıb.

Xanım aparıcı Rövşanə Bektaşı açıqlamasında bildirib ki,çoxdandır hədiyyə almıram, amma qarşıdan sevgililər günü gəlir: "Qarşıdan sevgililər günü gəlir, yəqin ki, sevən insan varsa, hədiyyə verəcək və hədiyyə gözləyirəm. Tanınan insanlara hər zaman gözləmədiyi bir yerdən hədiyyə gələ bilər. Bir hədiyyə ki, könüldən, ruhdan verilir, deməli, ən dəyərli hədiyyədir."

"Hədiyyənin dəyərli olması mənim üçün onun qiyməti deyil" deyən əməkdar artist Röya Ayxan əlavə olaraq bildirib ki, həmin an istədiyim bir şeyi mənə verəndə o, mənim üçün ən dəyərli hədiyyə olur: "Axtardığım hər hansı bir əşyanı bəzən dostlarım həmin an tapıb gətirir mənim üçün, o, mənə ən dəyərli hədiyyədir. Bir də baxırsan tort, şirniyyat keçir ürəyimdən və hansısa dostum alır göndərir"

Baxır hədiyyəni hansı dəyərlə ölçürsən: maddi yoxsa mənəvi ?

Müğənni Sevda Sanəliyeva sözlərinə əlavə olaraq deyib ki, hədiyyələrə maddiyyat tərəfindən baxmıram. "Maddiyyatla gələn hədiyyələri desəm düzgün çıxmayacaq. Mən xoşlamıram bəziləri kimi haralardasa hədiyyələr gəlsin, onları göstərim və ya mənə gələn hədiyyələrin reklamını edim. Mənim üçün ən dəyərli hədiyyə övladlarımdır."

Müğənni həm də qeyd etdi ki,hədiyyəni göstərmək görməmişlik deməkdir.

Xuraman Şuşalı açıqlamasında bildirib ki,mənim üçün ən dəyərli hədiyyə kecirdiyim xoş günlərdir:"Ad günümdə getdik Şahdağa. Övladlarımla çox gözəl vaxt keçirdik, qarda oynadıq. Bu mənim üçün ən gözəl hədiyyə oldu. Dəyərli olan hədiyyə deyil, vaxtdır.

O ki qaldı maddiyyat baxımından, bu yaxınlarda Türkiyəyə istirahətə getmişdim və orda özümə aliş-veriş hədiyyə etdim.

Bəzi insanlar gedib kreditə girib özlərinə bahalı hədiyyələr alırlar. Mən də bunu etmişəm illər əvvəl. Fikirləşdim ki, özümə hədiyyə almışam, amma gördüm yox, bu, özünü işə salmaqdır. Gecə-gündüz işləyib kredit ödəməkdənsə düşünürəm ki, ən yaxşısı ayağını yorğanına görə uzatmaqdır."

Fatimə Fətəliyeva düşünür ki, tələbələrinin ona saf ürəklə gətirdiyi hədiyyələr daha dəyərlidir: "Bu yaxınlarda brend bir mağazada qızıl dəsti bəyəndim və bir müddət sonra həmin o dəsti mənə hədiyyə etdilər. Qiyməti isə təxminən 6-7 min manat olar, amma bir də görürsən rəqs məktəbindəki balaca qızlarım məşqlər zamanı mənə evdən qoğal, konfet gətirirlər və ya ürək sözlərini məktubla yazırlar. Bax bu mənim üçün 6-7 min manatlıq dəstdən də dəyərlidir və xoşdur. Sevgi, məhəbbət, diqqət mənim fikrimcə hər şeyə dəyər.

Aparıcı Nanə Ağamalıyeva isə deyib: "Ən dəyərli hədiyyəm uşaqlıqda ailəmin mənə aldığı fortepianodur."


Sonxeber.az Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1237   Tarix: 10 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Efirdə yıxılanlar, sinəsi açılanlar, səsi batanlar - VİDEO

Şou dünyasının ulduzları canlı efirdə söylədiyi ifadələr, oxuduqları mahnılar, şıdırğı rəqslər və göstərdikləri şoularla sosial mediada tez-tez müzakirələrə səbəb olurlar.. . Məşhurlardan kimsə efirdə yıxılsa və ya çıxışı zamanı gözlənilməz hadisə ilə üzləşsə, o zaman bu hal uzun müddət gündəmi məşğu

10 fevral 2019

Rəqsanəylə qırğına çıxan Xatun ona xəbər yolladı – VİDEO

Bir müddət öncə Rəqsanə ilə qırğına çıxan Xatun küsülü həmkarı ilə barışmaq fikrindədir.. . Sonxeber.az Yenicag.az-a istinadən xəbər verir ki, Xatun tədbirlərin birində Rəqsanənin qızı Aysunla görüşüb və onun vasitəsi ilə Rəqsanəyə müraciət edib.. . Rəqsanə də onu cavabsız qoymayıb.. . ARB-nin "Sho

10 fevral 2019

"50 il bundan sonranın şairəsidir" - Nazilə Səfərli Elzaya gülənləri qınayıb - VİDEO - FOTO

ARB TV-nin "Hüseynova bacıları" proqramının budəfəki qonağı şairə və qiraətçi Nazilə Səfərli olub.. . Sonxeber.az bildirir ki, Nazilə Səfərli Elzanın şeirlərinə gülənləri qınayıb.. . "Elza Seyidcahan 50 il bundan sonranın şairəsidir. Gələcəyə çox ağır mesajlar verir. Bu gün onun şeirlərin

10 fevral 2019

Nyu-Yorka köçən Elariz Məmmədoğlunun ailəsində ŞAD GÜN: dördüncü dəfə... - VİDEO

Müğənni Elariz Məmmədoğlu dördüncü dəfə baba olub. . . Sonxeber.az-ın Axşam.az-a istinadən məlumatına görə, bu haqda ifaçı özü xəbər verib. . . Hazırda Amerikada olan Elariz uşağın da orada doğulduğunu bildirib. . . "Çox sevinirən, xoşbəxtəm... Artıq dördüncü dəfə baba oldum. Özü də Amerikada"

9 fevral 2019

Elzadan qalmaqallı irad: "Qız qıza yan vurar?" – Video

"Azərbaycanın səsi" yarışması bu dəfə də qalmaqalsız ötüşməyib.. . Sonxeber.az Axşam.az-a istinadən xəbər verir ki, Aygün adlı iştirakçının səhnəyə oriental rəqqasə ilə çıxıb oynaması əməkdar artist Elza Seyidcahanı özündən çıxarıb.. . O, rəqqasənin səhnədə ombasını iştirakçıya vurmasını təhqi

9 fevral 2019

Azərbaycanlı məşhurların şəxsi biznesləri - SİYAHI

Lüks avtomobillər, cah-cəlallı villalar, dəbdəbəli həyatlar.... . Daşdan belə pul çıxaran ulduzlar təkcə sənətlə qazanmırlar, onlar özlərini biznes sahəsində də sınayıblar. Bəziləri bunu etiraf edir, digərləri həqiqətə uyğun olmadığını vurğulayırlar.. . Oxu.Az şou əhlinin hər kəsdən gizli saxladıqlar

9 fevral 2019

Rəşad İlyasov: -"Şou biznes şor biznesindən də ucuzdur"

Əməkdar artist Rəşad İlyasov şou biznesin hazırki vəziyyətindən gileylənib.. . Sonxeber.az xəbər verir ki, R.İlyasov bu haqda "ARB TV"-də yayımlanan "Show news" verilişinə danışıb.. Kameralar qarşısında şou biznesdən narazılığını dilə gətirən əməkdar artist "buradaki nüansla

8 fevral 2019

"100 dollar verdilər ki, siqaret çəkim" - Hacı Nuran - VİDEO

Aparıcı Hacı Nuran ARB telekanalında yayımlanan "Pəncərə" verilişinin qonağı olub.. . Sonxeber.az xəbər verir ki,aparıcı verilişdə illər öncə yaşanan hadisədən danışıb.. . O, həyatı boyu heç vaxt siqaret çəkmədiyini açıqlayıb: "Mənim üçün siqaret çəkmək çox dəhşətli bir şeydir. Ona gör

8 fevral 2019

"Nüşabə Ələsgərli sındırdığı 2500 manatlıq telefonumu almır" QALMAQAL-AÇIQLAMA-VİDEO

Xəbər verdiyimiz kimi, əməkdar artist Nüşabə Ələsgərli ilə müğənni Afət Fərmanqızı üz-üzə gəlib. Sənətçilərin bir-biriləri dalaşmasını tədbirdə iştirak edən stilist Samiraldo telefonu ilə lentə alıb. Bunu görən Nüşabə stilistin telefonunu əlindən alaraq yerə çırpıb. O, Samiraldonun telefonunu sındırdıqda

8 fevral 2019