"Bunun başında duran adamlarda doymaq anlayışı yoxdur" - Fazil Mustaf

"Bunun başında duran adamlarda doymaq anlayışı yoxdur" - Fazil MustafXəbər verdiyimiz kimi, prezident İlham Əliyev Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında fərman imzalayıb. Mərkəzin yaradılmasında əsas məqsəd ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirməkdir.

"Qafqazinfo" mərkəzin iş prinsipləri və görüləcək işlərlə bağlı millət vəkili Fazil Mustafadan şərh alıb. Deputat bildirib ki, burada əsas məsələ qurumun obyektiv fəaliyyət göstərməsidir:

"Bu kimi qurumlara rəhbərlik edən şəxslərin çoxu işin əsas mahiyyətini dərindən anlaya bilmir, adətən məmurlar bura kiminsə adamını yerləşdirəcəkləri iş yeri kimi baxırlar. Nəticədə də prezidentin etimadını doğrulda bilməyib ləğv olunurlar. Məsələn, bundan əvvəl də Strateji Araşdırmalar Mərkəzi var idi. Onlar tədqiqatlar aparmalı, bu foksda işlər görməli idi. Görünür, öhdəliklərini düzgün yerinə yetirmədikləri üçün ləğv edildi və yeni bir qurum yarandı.

İndi bu quruma kimin rəhbər təyin olunması və hansı komandanın bu işlə məşğul olacağı əsas məsələdir. Yoxsa bura da kiminsə 2-3 il başqatma yeri olacaqsa, yenə də faydalı işlər görülməyəcək. Hazırda obyektiv informasiyanın çatdırılmasına ehtiyac var və əhalinin sosial vəziyyəti ilə bağlı müxtəlif aspektlərdən tədqiqat və araşdırmaların aparılması, ictimai rəy sorğularının keçirilməsi baxımından peşəkarlıq səviyyəsinin necə olacağı mənim üçün də maraqlıdır. Odur ki, təyinatlardan sonra bu barədə fikir söyləyə bilərəm".

Bir çox hallarda müəyyən qurumlardan verilən məlumatların reallığı əks etdirmədiyini deyən deputat doğru qərarların verilməsi üçün yeni informasiya mənbələrinin lazım gəldiyini vurğulayıb:

"Hər bir məmur tabe olduğu şəxsə məlumatları doğru-düzgün çatdırmalıdır. Hansısa nazir özünü xoş göstərmək üçün yalan informasiya verirsə, o, dövlətə qarşı ən böyük yarıtmaz iş görür. Xalq, sahibkarlar və bölgələrdəki vəziyyətlə bağlı doğru məlumat verilməlidir. Hazırda yüzlərlə sahibkarın problemi ortada tökülüb qalıb. Pulun ayrılması, başqa addımların atılması ilə məsələ yekunlaşmır ki. İş yerləri bağlanır, borclarından problemlər yaşayanlar var. Məmurların təzyiqi səngimək bilmir. Məhkəmə sistemi tamam fəlakət vəziyyətdədir. Ölkədə ən çox narazı qalınan məqamlar məhkəmələrdə qəbul olunmuş qərarlardır. Bunun başında duran müəyyən adamlarda doymaq deyilən bir anlayış yoxdur.

Hər kəs vicdanı qarşısında cavabdehlik daşıyır. Təbii ki, ölkə prezidentinin əlində başqa informasiya ala biləcəyi vasitələr var. Özü məlumatlanır, qərar qəbul edir, məsuliyyətin altına girir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2994   Tarix: 09 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

29 mart
.

VAZ divara çırpıldı: Xəsarət alanlar var

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. Sürücü Əli Qulu oğlu Quliyev VAZ-2106 markalı avtomobilə idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi divara çırpılıb. Nəticədə sərnişinlər Fuad Əlişa

29 mart
.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

29 mart
.

Azərbaycanda yeni televiziya fəaliyyətə başlayacaq

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. Qeyd edilib ki, 02.04.2024-də Azərbaycanda ilk sosial televiziya nümunəsi olan DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq

29 mart
.

YAP seçki hazırlığına başladı: Siyahı hazırlanır...

Bu il ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin ilkin siyahısının müəyyənləşdirilməsinə başlanılıb. Bu barədə "Gününsəsi.info" saytı hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Qeyd olunur ki, 125 seçki dairəsi üzrə haki

29 mart
.

Bu klinikanı cərimə gözləyir

"Medicare klinikası" MMC-yə inzibati protokol yazılıb. xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.5-ci (Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrind

29 mart
.

MİDA-nın vəzifəli şəxsi vəfat edib

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki "MİDA" MMC-nin əməkdaşı vəfat edib. xəbər verir ki, bu, MİDA-nın Texniki nəzarət şöbəsinin müdiri Aydın Fətullayevdir

29 mart
.

Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO

Bakıda yeni elektrik avtobusu istifadəyə verilib. -ın məlumatına görə, avtobus parkının yenilənməsi çərçivəsində 5 nömrəli marşrut xəttinə narıncı rəngli elektrikli sərnişin avtobusu buraxılıb. Qeyd edək ki, sərnişin avtobusu Çinin "Zhongtong" şirkətinin istehsalıdır

29 mart
.

Paşinyanı tənqid edən erməni polkovnikin evində axtarış aparılıb - VİDEO

Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan ordusunun ehtiyatda olan polkovniki Volodya Avetisyanın evində axtarış aparıblar. V.Avetisyan axtarış zamanı yaşanan hadisələri telefonuna çəkərək öz "Facebook" səhifəsində paylaşıb. V.Avetisyan baş verənlərə görə, Ermənistanı

29 mart