Rusiya Ermənistana Su-30SM satırsa Azərbaycan niyə "Saab Gripen" almasın?

Rusiya Ermənistana Su-30SM satırsa Azərbaycan niyə "Saab Gripen" almasın?Rusiyanın bütün modifikasiyalardan olan "Su" qırıclarının qənimi tapılıb. Bunlar İsveçin istehsal etdiyi "Saab Gripen E" qırıcılarıdır.

Sonxeber.az virtualaz.org-a istinadla xəbər verir ki, bu qırıcılar "Su" seriyasından olan Rusiya təyyarələrini hətta stels-texnologiyaya əl atmadan məhv edə bilər. Bu haqda İsveçin Hərbi Hava Qüvvələrinin komandanı Mats Helqesson bildirib. ("Busines İnsider" nəşri)

Komandan bildirib ki, "Gripen" qırıcıları "Su" seriyasından olan təyyarələri məhv etmək üçün nəzərdə tutulub. Helqessonun sözlərinə görə, Rusiya qırıcıları Amerika qırıcılarından manevr üstünlüyünə və təhlükəli tryukları yerinə yetirməsinə görə əfsanəvi status qazanıb. Amma İsveç bu işin sirrini açıb.

Belə ki, "Gripen" təyyarələri heç də dünyada ən uzun, ən sürəli və ya ən ucuz qırıcılar deyil. Lakin onların bir özəlliyi var ki, həmin özəllik "Su" qırıcılarının qənimi ola bilər.

"Royal United Services İnstitute"dən hava döyüşləri üzrə ekspert Castin Bronk deyib ki, bütün müasir qırıcılar radioelektron müharibə aparır, "Gripen E" təyyarələrində isə daha bir üstünlük var. Bu, təyyarənin radiosiqnalları boğmaq imkanlarıdır.

Qeyd edək ki, bu günlərdə Rusiyanın Ermənistana 4++ nəsil Su-30SM qırıcıları satmaq üçün müqavilə imzaladığı açıqlanıb. Müqaviləyə əsasən 2020-ci ildə təyyarələrin birinci partiyası-4 qırıcı Ermənistana çatdırılacaq. Sonrakı mərhələdə daha 8 belə qırıcının çatdırılması planlaşdırılır.

Bu sövdələşmə ekspert çevrələrində müzakirə olunmaqdadır. Hesab edilir ki, Ermənistanın uzun illərdən bəri ilk dəfə yeni maşınlar əldə etməsi sayəsində bu ölkənin faktiki yox səviyyəsində olan hərbi hava qüvvələrini dirçəldəcək. Lakin ekspertlər onu da nəzərə alır ki, bir neçə Su-30SM qırıcısının hesabına Azərbaycanla hərbi tarazlığa nail olmaq mümkün deyil. Çünki Azərbaycanın sovet istehsalı olsa da sonradan modernizasiyadan keçmiş onlarla "Su" və "MiQ" qırıcıları, o cümlədən ən müasir hava hücumundan müdafiə sistemləri var.

Bununla belə məlumdur ki, Azərbaycan da çoxdandır müasir qırıcıların alınması üçün bəzi ölkələrlə danışıqlar aparır. O cümlədən Pakistandan JF-17 Thunder qırıcılarının alınması üzrə ilkin razılaşma var. Lakin bu da pis olmazdı ki, Azərbaycan "Gripen" qırıcılarını almaq üçün İsveçlə danışıqlara başlasın. Bu qırıcılar bahalı olsa da onları almağa dəyər. Hazırda Azərbaycan Qərb ölkələri ilə də uğurlu hərbi-texniki əməkdaşlıq qurmaqdadır. Bu baxımdan İsveçlə "Gripen" qırıcılarına dair danışıqlara başlamaq üçün siyasi maneə yoxdur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2960   Tarix: 09 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Üzeyir Cəfərov: "Hərbçilərin statusu barədə yeni qanun qəbul olunacaq"

"Hərbi qulluqçuların statusu barədə yeni qanun qəbul olunacaq". Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, yeni qanun layihəsində bir çox yeniliklər var:. "Bir sıra sənədlərin və məsələlərin təkmilləşməsinə ehtiya

27 iyun 2021
.

XTD komandiri Şuşa döyüşlərindən danışır - VİDEO

Vətən müharibəsində torpaqlarımızı düşmən işğalından azad edən qəhrəmanlar sırasında Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı döyüşçülərinin də xüsusi rolu olub. Daxili Qoşunların xüsusi təyinatlıları Murovdağ, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa döyüşlərind

4 iyul 2021
.

Ermənistan daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqladı

Ermənistan tərəfi Qarabağda aparılan axtarışlar zamanı daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqlayıb. xəbərverir ki, bu barədə saytı yazıb. Erməni hərbçilərin qalıqları Azərbaycanın işğaldan azad olunan Hadrut qəsəbəsi ərazisində tapılıb

12 iyun 2021
.

Ballıqaya faciəsinin şahidi həmin gecənin dəhşətlərindən danışdı - VİDEO

1992-ci il mayın 18-də Azərbaycanın qədim yurd yerlərindən olan Laçın ermənilər tərəfindən işğal edildikdən sonra rayonun maldarlıqla məşğul olan bir qrup sakini heyvandarlıq üçün əlverişli olan Goranboyun Ballıqaya ərazisində müvəqqəti məskunlaşır. Yaxın qohumluq münasibətləri olan altı ailə yeddi çadırd

28 avqust 2021
.

Füzuli və Cəbrayılda 4 erməni hərbçisinin meyiti tapıldı

Azərbaycanın Füzuli və Cəbrayıl rayonları ərazisində daha 4 ermənin meyiti tapılıb. xəbər verir ki, məlumatı "Sputnik Armeniya" yayıb. Bildirilib ki, 2020-ci il noyabrın 10-dan sonra işğaldan təmizlənən Azərbaycan ərazisində aparılan axtarış nəticəsində Ermənistan 1595 ermənin meyiti və y

3 iyul 2021
.

"Haber Global": Zəhranın qanı yerdə qalmadı – VİDEO

Türkiyənin "Haber Global" televiziya kanalı erməni hücumu nəticəsində 2017-ci ildə qətl edilən balaca Zəhranın xatirəsinə həsr olunmuş süjet hazırlayıb. Süjetdə indiyədək məhfur düşmən tərəfindən çox sayda azyaşlı azərbaycanlının öldürüldüyü diqqətə çatdırılır. Qeyd olunur ki, son nəticəd

4 iyul 2021
.

Müdafiə Nazirliyi: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəş

1 avqust 2021
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 12:00-dan 12:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snaype

15 avqust 2021
.

Azad olunan ərazilərdə aşkarlanan minaların SAYI

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. ANAMA-dan -a verilən məlumata görə, iyulun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirlər

17 iyul 2021