Ramiz Mehdiyevdən VACİB SƏRƏNCAM

Ramiz Mehdiyevdən VACİB SƏRƏNCAMPrezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə "Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib.

Sonxeber.az azərtac-a istinadən xəbər verir ki, tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər xiyabanının ziyarət edilməsi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlərin təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında qanlı qırğını əks etdirən materialların yayılması və internet şəbəkəsində mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.

Bundan başqa, ölkədə fəaliyyət göstərən dini konfessiya və qurumların iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbirləri təşkil ediləcək, idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr edilən sənədli və bədii filmlər nümayiş olunacaq.

Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) dövlət qurumları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların şəhid ailələri ilə görüşləri təşkil ediləcək.

Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq. Həmin gün saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Xocalı soyqırımı günü ilə əlaqədar respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 5112   Tarix: 11 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel
.

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb. Cinayət-Prosessual Məcəlləyə yeni - 253-1-ci maddə əlavə olunub. Beləliklə, qanuna əsasən, üzərinə həbs qoyulmu

19 aprel
.

Vladimir Putin: "Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb"

"Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları v

22 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

""Döyüş Qardaşlığı" təşkilatı bir başa Paşinyana dəstək verir" - Ekspert

Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb.Bu barədə təşkilatın Teleqram kanalı məlumat yayıb. Məlumatda bildirilib ki, təşkilatın üzvləri Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan, Aramais Ağabekyan Noyemberyan polis bölməsinə gətirilib. "Hökumə

22 aprel
.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel
.

Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi prosesi başlayıb

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23 aprel
.

Prezident İlham Əliyev Rusiyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib. xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digə

22 aprel