Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb - CƏDVƏL
Ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, I və IV ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən Sonxeber.az-a verilən məlumata görə, ikinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyunun 30-da, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçiriləcək.
I-V ixtisas qrupları və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılacaq.
Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi 3, 10 və 17 mart , ikinci mərhələsi isə 2, 9 və 16 iyun tarixlərində keçiriləcək.
Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının birinci mərhələsi 31 mart, ikinci mərhələsi isə 23 iyunda keçiriləcəkdir. Ərizə qəbulu fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılacaq.
XI siniflər üzrə buraxılış imtahanları 7, 14 və 21 aprel tarixlərində təşkil olunacaq. Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 28-də keçiriləcək.
Əvvəlcədən elan olunduğu kimi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 7-də, ikinci mərhələsi isə iyulun 14-də keçiriləcək.
Digər imtahanların tarixləri və tədbirlərin qrafiki ilə aşağıdakı cədvəldə ətraflı tanış ola bilərsiniz*. Qrafik Mərkəzin saytının "Təqvim" bölməsinə də əlavə edilmişdir. Axtarış sistemində sizə lazım olan fəaliyyət istiqaməti və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid tədbirlərin tarixlərini əldə edə bilərsiniz. Siz, həmçinin axtarış sistemində "status" bölməsində "keçirilir", "keçiriləcək", "keçirilib" bəndlərindən birini qeyd etməklə, yalnız həmin bəndə uyğun məlumatları almaq imkanına maliksiniz. Bundan əlavə saytda hər bir fəaliyyət istiqaməti üzrə də ayrıca "Təqvim" bölməsi var və o bölmədə yalnız həmin istiqamətə aid "xəbərlər", "e-xidmətlər", "tez-tez verilən suallar", eləcə də imtahan tarixləri yerləşdirilib.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 877 Tarix: 11 fevral 2019
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Təcili! Dəyərindən aşağı Azinkoda mənzil satılır - FOTOLAR
Çox təcili Nəriman Nərimanov rayonu, Nərimanov metrosuna 10 dəqiqəlik məsafəsi olan, Əliyar Əliyev küşəsində, 100% yaşayışlı yeni binada, 90 kvadratlıq, 2 otaqlı, təmirli, istilik sistemi kombi olan, döşəmə parket, mənzil əşyasız satılır, mənzil 155.000 Azn-nə satılır. Real alıcılara qiymətdə razılaşma
15 fevral 2019Yalanları necə həqiqət hesab edirik? Sosial şəbəkə aslılığının acı fəsadları
Kaliforniya Mediapsixologiya Tədqiqat Mərkəzinin direktoru, doktor Pamela Ratlecin sözlərinə görə, sosial şəbəkələrin ən böyük təhlükəsi onlardan asılılığın formalaşması deyil, istifadəçilərin tənqidi fikrinin getdikcə yoxa çıxması və onların yalan məlumatları həqiqət kimi qəbul etməsidir.. . Sonxeber.a
11 fevral 2019Kimlərin maaşı artacaq? - RƏSMİ SİYAHI
Azərbaycan Prezienti İlham Əliyevin sərəncamı ilə bu il martın 1-dən minimum əmək haqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılması dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda çalışan azı 600 min işçinin əməkhaqqının artmasına imkan verəcək.. . Bu barədə Sonxeber.az-
11 fevral 2019Qadın postda uşaq dünyaya gətirdi - VİDEO
Ötən gün saat 20:00 radələrində Bakı-Mingəçevir xətti ilə hərəkət edən sərnişin avtobusu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının xidməti ərazisi olan "Nəvai" postunda dayanıb.. . Sonxeber.az Open.az-a istinadən xəbər verir ki, sürücü postda xidmət apara
11 fevral 2019Azərbaycan səmasında NAMƏLUM OBYEKT - VİDEO
Azərbaycan səmasında uçan naməlum obyekt qeydə alınıb.. . Xəzər Xəbər-in məlumatına görə, uçan naməlum obyekt Bakı-Siyəzən avtomobil yolunun 95-ci kilometliyində yerləşən Beşbarmaq dağının yaxınlığında qeydə alınıb. Bu barədə həmin ərazidə olan vətəndaşlardan biri naməlum uçan obyektin fotosunu çəkərə
11 fevral 2019Sumqayıt-Bakı qatarında NASAZLIQ
Sumqayıt-Bakı elektrik qatarının hərəkətində problem yaranıb.. . "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən (QSC) Publika.az-a verilən məlumata görə, Sumqayıt-Bakı marşrutu ilə işləyən, saat 08:00-da Sumqayıt sərnişin stansiyasından yola düşməli olan 6008 №-li elektrik qatarı texnik
11 fevral 2019Həftənin ilk günündə Azərbaycanda bu bölgələrə qar yağacaq
Azərbaycanda fevralın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Laki
10 fevral 2019Ziya Məmmədovun məşhur hoteli SÖKÜLDÜ - FOTOLAR
Bakının Biləcəri qəsəbəsində yerləşən "Delfin" hotel sökülüb.. . Sonxeber.az unikal.org-a istinadən xəbər verir ki, sözügedən hotelin yerinə hələ ki, heç nə tikilmir.. . Qeyd edək ki, "Delfin" hotel sabiq nazir Ziya Məmmədova məxsus olub və oğlu Anar Məmmədov idarə edirdi.. . .
10 fevral 2019