"Namiq, özümə səninlə reklam tutacam?" - Roza Namiqə əsəbiləşdi

"Namiq, özümə səninlə reklam tutacam?" - Roza Namiqə əsəbiləşdi"Sevil və Sevincə oxumağı, geyinməyi, hətta yemək yeməyi, turşu qoymağı öyrətmişəm. Sevili daha çox sevirəm, az bilir. Qaynadan o biridir, çox bilir".

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "ATV maqazin onlarla" proqramına qonaq olarkən deyib. O, "Onlarla 3 dəqiqə" rubrikasında küsülü həmkarları Sevil və Sevinc Səfərova barədə açıqlama verib.

Bundan əlavə, sənətçi qalmaqal yaşadığı meyxanaçı Namiq Qaraçuxurluya da cavab verib: "Ay Namiq, keçən dəfə demisən ki, səninlə reklama görə qalmaqal etmişəm. Sənin yerinə utandım. Özümə səninlə reklam tutacam?".

Qeyd edək ki, Namiq Rozanın reklama görə ona söz atdığını qeyd etmişdi. Həmçinin, Rozanın aparıcısı olduğu proqrama meyxanaçını dəvət etdiyini, amma qarşı tərəfin şərt qoyduğunu bildirmişdi. Bundan sonra hər iki tərəf arasında gərginlik yaranmışdı.

Şou-biznes   Baxılıb: 1176   Tarix: 11 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR