Yeriməyin 5 gözlənilməz FAYDASI

Yeriməyin 5 gözlənilməz FAYDASIYerimək - müntəzəm olaraq etdiyiniz bu hərəkət indi "ən möcüzəli müalicə" olaraq qəbul olunur. Hər hansı bir fiziki fəaliyyətin ümumi sağlamlığa müsbət təsir göstərdiyini bilirsiniz. Amma yerimək sizə bir sıra konkret nəticələr gətirəcək, bəziləri isə sizi təəccübləndirə bilər.

Sonxeber.az moderator.az-a istinadən sağlamlığınız üçün yeriməyin faydalarını təqdim edir:
1. Çəkinin artmasının qarşısını alan əks hərəkətlər.

Harvardlı alimlər piylənmənin inkişafına kömək edən 32 genin, 12 mindən çox insanın üzərində tədqiqat aparıblar. Onlar aşkar ediblər ki, hər gün sürətlə bir saatlıq yürüş edən tədqiqat iştirakçılarında çəki artıran bu genlərin səmərəliliyi 2 dəfə azalıb.

2. Şirniyyatlara həvəs göstərməyin qarşısını alır.

Ekseter Universitetində aparılan araşdırmalarda müəyyən olunub ki, on beş dəqiqəlik sürətli yerimək şokolad istəyini azaldır və stresli hallarda yemək istədiyiniz şirniyyatların miqdarını azaldır.

3. Döş xərçəngi riskini azaldır.

Alimlər artıq bilirlər ki, hər hansı bir fiziki çalışma döş xərçəngi riskini azaldır. Amma Amerika Onkoloji Cəmiyyətinin araşdırması göstərir ki, həftədə 7 saat və daha çox piyada gəzən qadınlarda həftədə 3 saat yeriyənlərə nisbətən döş xərçənginin inkişafı 14% aşağı olur. Eyni zamanda, yerimək hətta döş xərçəngi olan qadınların da daha çox kökəlməsinin qarşısını alır.

4. Əzələ ağrılarının aradan qaldırılması.

Bəzi araşdırmalar sübut edir ki, yerimək artrit ilə bağlı ağrıları azaldır və həftədə 8-10 km məsafədə yürüşün artritin inkişafının qarşısını ala bilir. Əslində, gəzinti, osteoartritə ən çox həssas olan dizləri və baldırları – onlara kömək olan əzələləri gücləndirir.

5. İmmun funksiyasını güclənməsi.

Yerimək soyuq və qrip mövsümündə sizi qorumağa kömək edə bilər. 1000-dən çox kişi və qadınların iştirak etdiyi araşdırma göstərib ki, həftədə 5 gün və gündə ən azı 20 dəqiqə sürətlə gedənlər həftədə bir dəfə və ya daha az gedənlərə nisbətən 43% az xəstələniblər. Və əgər onlar xəstə olduqda belə, uzun və ağır xəstəlik keçirməyiblər. Unutmayın, istənilən hərəkət – həyatdır! Hərəkət və həyatdan zövq alın.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3003   Tarix: 11 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021
.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021
.

Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA

Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar

10 sentyabr 2021
.

Peyvəndləmə infeksion prosesin qarşısını ala bilir? - Həkim AÇIQLADI

Dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, COVID-19-a görə məktəblərin bağlanması, həftə sonları ictimai nəqliyyatın işləməməsi, ictimai obyektlərin bağlanması düzgün addım deyil. Ona görə ki, pandemiya 5-10 il davam edə bilər. Belə çıxır ki, həmin müddət ərzində məktəblər bağlı qalmalı, ictima

12 sentyabr 2021
.

Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq

COVID-19-u yarım saatdan az müddətdə yüksək dəqiqliklə aşkar edə biləcək cihaz hazırlanıb. İxtiranın müəllifi Rusiya Federal Tibbi və Bioloji Agentliyinin (FTBA) Fiziki və Kimya Tibb İnstitutundan olan rusiyalı mütəxəssislərdir. Bildirilir ki, cihaz virus antigeninin varlığını 27 dəqiqədə aşkarlayır

8 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB

Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara

17 sentyabr 2021
.

Goji cavanlaşdırıcı kremi ilə cavanlaşın!

Çökmə (Göz Qapaqları). Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür. Üzdə Boşalma və sallanmalar

13 sentyabr 2021
.

Ağıl dişi problemi - Kökündən çıxartmaq, yoxsa müalicə?

Stomatoloqların baş bəlası olan "Ağıl dişi" mövzusu hələ də mübahisəlidir:çünki bir çoxları onları lazımsız artıq bilib çəkdirməyi, digərləri isə saxlamağı vacib sayır. dişlərin içində ən çətini olan müdriklik dişləri haqqında pasiyentləri maraqlandıracaq 3 əsas məsələyə aydınlıq gətirir. Müdrikli

17 sentyabr 2021