Rozadan OLAY YARADACAQ sözlər: "Burnu girməyən yerə başını soxur" (VİDEO)
Müğənni Roza Zərgərlinin "ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasında verdiyi cavablardan biri sosial şəbəkələrdə müzakirəyə səbəb olub.
Sonxeber.az BAKU.WS-ə istinadən xəbər verir ki, aparıcının "Hansı müğənni burnu girməyən yerə başını soxur?" sualına ifaçı belə cavab verib:
"Var biri. Qoy deməyim. Adı 6 hərflidir, "prosto" özünü 4 sayır".
R. Zərgərlinin bu sözləri hansı müğənniyə ünvanlaması isə bir xeyli müzakirə doğurub. Sosial şəbəkə istifadəçilərinin bir qismi həmin sözləri Röyaləyə (Röya Ayxan), digər qismi isə Aynurəyə (Nura Suri) aid olduğunu bilidiriblər.
Qeyd edək ki, sözügedən süjetdə Roza Zərgərli Sevil-Sevinc Səfərova bacılarının ünvanına dediyi sözlərlə aralarında olan qalmaqalı yenidən alovlandırıb.
Şou-biznes Baxılıb: 1030 Tarix: 11 fevral 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş