Bakıda iki ana itkin düşən övladlarını axtarır
Bakıda iki nəfər itkin düşüb.
Sonxeber.az open.az-a istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü Gülnarə Nəsirova fevarlın 10-da Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət edərək oğlu, 1996-cı il təvəllüdlü Nəsirov Aqşin Etibar oğlunun fevralın 3-ü saat 15 radələrində Xocalı prospektində itkin düşdüşüyünü bildirib.
Bundan başqa Gözəlova Balaxanım fevarlın 11-də Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət edərək oğlu Gözəlov Zaur Seyran oğlunun fevralın 7-də itkin düşdüyünü deyib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Hadisə Baxılıb: 663 Tarix: 11 fevral 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş