Şamaxıda baş verən güclü zəlzələ ilə bağlı maraqlı məqam ortaya çıxdı - VİDEO

Şamaxıda baş verən güclü zəlzələ ilə bağlı maraqlı məqam ortaya çıxdı - VİDEOŞamaxıda baş verən zəlzələni balıqlar öncədən hiss edib.

Mütəxəssislər balıqların fevralın 4-də, yəni zəlzələdən bir gün qabaq Samur-Abşeron kanalında suyun üzünə çıxaraq təşviş içində hərəkət etmələrini bununla əlaqələndirirlər.

Xızıda isə zəlzələ zamanı bir dəvə yaxınlıqdakı insana hücum edərək onu öldürüb.

Ekspertlər bu hərəkətləri heyvanların təhlükəni öncədən sezərək ərazidən uzaqlaşmaq istəməsi ilə izah edirlər.

Zəlzələni hazırda öncədən müəyyən edən heç bir qurğu yoxdur. Ancaq heyvanlar istisnadır. Çünki zəlzələdən öncə heyvanların böyük təşviş içərisində özlərini biruzə vermələri Azərbaycanda fevralın 5-6-da baş verən yeraltı təkanlar zamanı da müşahidə edilib.

Zəlzələdən bir gün öncə Samur-Abşeron kanalında balıqlar suyun üzünə çıxaraq o tərəf-bu tərəfə var-gəl etmələri ilə diqqət çəkiblər. Hətta mütəxəssislər həmin vaxt bunun səbəbini izah etməkdə bir qədər çətinlik çəkmişdilər.

Ancaq bu hadisədən cəmi 1 gün sonra Şamaxı-İsmayıllı bölgəsində 6 baldan yuxarı zəlzələ oldu. Hətta yeraltı təkanlar Bakıda da hiss olundu.

Ekspert Telman Zeynalov bildirir ki, heyvanların zəlzələni hiss etməsi bütün elmi ədəbiyyatlarda təsdiqlənən bir gerçəkdir.

Onun fikrincə, heyvanlar hansısa təhlükə hiss edəndə ondan qaçmağa tələsirlər. Və həmin an insanlara zərər vermə ehtimalları da yüksək olur.

Qeyd edək ki, zəlzələ baş verən zaman Xızı rayonunun Altıağac qəsəbəsində 58 yaşında bir nəfər dəvənin hücumuna məruz qalıb və heyvanın zərbələri nəticəsində ölüb.

Heyvanlar zəlzələ və vulkan kimi hadisələri öncədən hiss edə bilsələr də, zəlzələnin neçə bal gücündə olacağı və nə zaman baş verəcəyini dəqiq müəyyənləşdirmək mümkün deyil. Ancaq heyvanların adət olunmayan hərəkətlərə yol verdiyi aşkarlanarsa, bu, təhlükənin uzaqda olmadığını göstərir.(xezerxeber)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 4199   Tarix: 11 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021