Azərbaycanda ağır QƏZA: Yaralıların ADLARI AÇIQLANDI

Azərbaycanda ağır QƏZA: Yaralıların ADLARI AÇIQLANDIBu gün günorta saatlarında əvvəlki Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən 59-cu km-də üç avtomaşının toqquşması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

VAZ-2107, VAZ-21015 markalı minik maşınlarının və "Ford" markalı mikroavtobusun toqquşması nəticəsində VAZ-21015-in sərnişini - 30 yaşlı Salyan şəhər sakini Həbib Rahil oğlu Tağıyev xəsarət aldığından, Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbaxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

mənbə: virtualaz.org

Azərbaycanda ağır QƏZA: Yaralıların ADLARI AÇIQLANDI

Hadisə   Baxılıb: 7089   Tarix: 11 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR