Deputat: Banklar faizləri endirməlidir

Deputat: Banklar faizləri endirməlidirBütün qəbul olunmuş, xüsusilə iqtisadi sfera ilə bağlı qanunlar, hüquqi-normativ aktlar ölkədə sahibkarlıq, biznes mühitinin yaxşılaşdırılması və inkişafı üçündür. O cümlədən, ötən ilin sonlarında Vergi Məcəlləsinə edilmiş dəyişikliklər sahibkarlığın inkişafı istiqamətində atılan ən mühüm addımlardandır.

Vergilər Nazirliyinin hazırlayıb parlamentə təqdim olunmuş və qəbul edilərək, qüvvəyə minmiş 107 səhifəlik dəyişikliklər, əslində, vergi inqilabı deməkdir. Hesab edirəm ki, bu dəyişikliklərin icrasından, tətbiqindən də çox şey asılıdır. Yəni çalışmaq lazımdır ki, sahibkarlar artıq rahat işləyə bilsin, vergi orqanları ilə, məmurlarla sahibkarlar arasında əlaqə minimuma endirilsin.

Sonxeber.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında iqtisad elmləri doktoru, millət vəkili Rüfət Quliyev deyib.

Millət vəkili bildirib ki, sahibkarları narahat edən məsələlər varsa, onlar iqtisadi blokla bağlı nazirliklərin "qaynar xət"lərinə müraciət edə bilərlər:

"Telekanlallardan birində "Sahibkar saatı" verilişini aparıram. Onlar həmin verilişə müracət edə, onları maraqlandıran suallara, narahat edən məsələlərə cavab ala bilərlər. Hesab edirəm ki, ölkədə sahibkarlıq, biznes mühitinin daha da yaxşılaşdırılması üçün kiçik sahibkarlıq haqqında qanunvericiliyə ehtiyac var.

Bildiyiniz kimi, ölkədə sahibkarlıq fəaliyyətinin iki növü var: iri və orta sahibkarlıq. Ancaq burada üçüncü fəaliyyət növünə, kiçik sahibkarlığa da (mikrobiznesə) ehtiyac duyulur. Artıq bu məsələ üzərində işlər gedir.

Ola bilər ki, bu yöndə ayrıca qanun layihəsi yox, mövcud qanunvericiliyə dəyişiklikləri nəzərdə tutan qanun layihəsi müzakirələrə çıxarılsın və qəbul edilsin. Bu, real, gözlənilən bir məsələdir".

Millət vəkilinin sözlərinə görə, sahibkarlarla bağlı ikinci vacib məsələ kredit problemidir.

"Bu məsələ, əslində, birbaşa sahibkarlıqla, sahibkarlarla bağlı deyil, daha çox sahibkarlıq fəaliyyəti adı ilə şəxsi məqsədlər, şəxsi problemlər üçün götürülmüş kreditlərlə bağlı yaranan məsələdir.

Bu gün haradasa 1 milyard 700 milyon manata yaxın ödənməmiş kredit var və sahibkarlar, belə desək daha düzgün olar, kredit götürmüş vətəndaşlar artıq bu kreditləri ödəyə, qaytara bilmirlər. İnsanlarda, vətəndaşlarda pul yoxdur həmin kreditləri ödəməyə. Onlar böyük əziyyət çəkirlər.

Hesab edirəm ki, banklar, bank sektoru artıq bir araya gəlməli və bu məsələinin həllini tapmalıdırlar. Bu məsələdə incidilmələrə, yəni borcların əmlaklara, mülklərə yönəldilməsinə, məhkəmə qərarlarının bu istiqamətdə verilməsinə son qoyulmalıdır.

Banklar 25-30 dərəcəlik faizlərini 10-15 faizə endirməlidirlər. Çünki bunlar həddindən artıq yüksək faizlərdir. Həmçinin, burada qruplaşdırma aparılmalıdır, məsələn, beş minə qədər olan, beş mindən 10 minə qədər olan, 10 mindən 15 minə qədər olan və sair kreditlər.

Banklar artıq bu məsələdə istər sahibkarlarla, istərsə də vətəndaşlarla anlaşmalıdır, faiz dərəcələrini mütləq və kəskin şəkildə azaltmalıdırlar.

Məsələn, bu gün elələri var ki, 50 min kredit götürübsə, artıq onun faiz borcu gəlib elə 50 minə çatıb. Bu da 100 min manatlıq kredit borcu deməkdir. Bunu ödəmək indiki reallıqda qeyri-mümkündür, çünki qaytarmağa pul yoxdur. Ona görə həm banklar öz problemlərini həll etmək, həm də vətəndaşların, sahibkarların banklardan asılılığını aradan qaldırmaq üçün bu addımlara getməlidirlər.

Eyni zamanda, kiçik sahibkarlıq fəaliyyəti ilə bağlı banklar 10 min həcmində kiçik kreditlər verməlidirlər ki, ölkədə sahibkarlığın inkişafına kömək etmiş olsunlar. Hər halda bir millət vəkili, bir iqtisadçı alim olaraq bu gün sahibkarlıqla bağlı ən mühüm hesab etdiyim məqam məhz bu iki məqamdır", - deyə millət vəkili əlavə edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1093   Tarix: 11 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - FOTO

Bu gün səhər saatlarından etibarən bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda isə qar yağıb. Bəzi rayonlarda qar örtüyünün hündürlüyü 6 sm olub. -in məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 0 dərəcəyə yaxın olub. Hava proqnozu proqramlarını

26 fevral
.

İnvestorların DİQQƏTİNƏ: Türkiyədən gələn məhsullar ucuzlaşa bilər? - AÇIQLAMA

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir. Türkiyədən gələn məhsullar ucuzlaşa bilər? . Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, Türkiyədən gələn heç bir məhsul ucuzlaşmayacaq:. "Azərbaycanla Türkiyə arasınd

23 aprel
.

Qızılın qiyməti rekord həddə çatdı

Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd

6 mart
.

Qızıl qiymətinə satılan meyvələr: Bahaçılığın səbəbi nədir? - ARAŞDIRMA + VİDEO

Hər il mart ayında bazarlarda meyvə-tərəvəzin qiyməti əl yandırır. Bəziləri isə sözün həqiqi mənasında qızıl qiymətinə satılır. Mövzu ilə əlaqədar Baku TV-nin əməkdaşı paytaxtdakı bazarlardan birində olub. Satıcıların sözlərinə görə, istehsalçılar vəziyyətdən istifadə edərək alçanı istədikləri qiymət

14 mart
.

Cahangir Əsgərovun həyat yoldaşına yeni vəzifə verildi

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva yeni vəzifə verilib. Bu barədə İqtisadiyyat.az məlumat yayıb. Bildirilib ki, o, "Caspian Energy Club"ın İdarə Heyətinin yeni tərkibində yer alıb

6 mart
.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib. Bu barədə Nazirlər Kabineti sərəncam verib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli"nə İcraçı idirektorun müavini ştatı əlavə edilib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzif

27 fevral
.

Hesablama Palatası dövlət qurumunda yoxlamalar APARIR

Hesablama Palatası Bakı Şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalar aparılır. Bizim.Media-nın əldə etdiyi məlumata görə, yoxlamalara yanvar ayının əvvəllərindən başlanıb və bu, fevralın sonunda bitəcək. Audit yoxlamaların Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibindəki mədəniyyət ocaqlarında da aparıldığ

22 fevral
.

Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır

2024-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1727,2 min nəfər olub. Dövlət Statistika Komitəsindən (DSK) -a verilən məlumata görə, onlardan 899,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 827,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdl

9 aprel
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

28 mart