Hadı Rəcəbli: Söyüş yazanların söyüşləri özlərinə qayıdır

Hadı Rəcəbli: Söyüş yazanların söyüşləri özlərinə qayıdırMən şəxsən heç vaxt sosial şəbəkələrin, "Facebook"un əleyhinə olmamışam. Amma yazırlar ki, Hadi Rəcəbli "Facebook"un, sosial şəbəkələrin əleyhinədir, onların qapadılmasını istəyir. Hamısı yalandır.

Əvvəla, biz demokratik, hüquqi, söz və mətbuat azadlığının geniş şəkildə təmin olunduğu ölkədə yaşayırıq. Azərbaycan cəmiyyəti şəffaf cəmiyyətdir. İkincisi, heç kim demir ki, sosial şəbəkələr bağlansın, qapadılsın. Amma dünyanın mövcud norma, qayda və qanunları var. Bu məsələlər onlarda necə tənzim olunursa, hesab edirik ki, bizdə də o cür tənzimlənməlidir. Biz bunu deyirik.

Bunu oxu.az-a açıqlamasında professor, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

"Biz, sadəcə, internet resurslarında, bəzi üzdəniraq saytlarda, sosial şəbəkələrdə, bəzi səhifələrdə təhqirin, söyüşün, böhtanın, iftiranın əleyhinəyik. Biz buradakı özbaşınalığın aradan qaldırılmasını, onlara son qoyulmasını istəyirik.

Orada elə şeylər yazılır və paylaşılır ki, adam dilinə belə gətirmək istəmir, xəcalət çəkir. Onları yazanların ailəsi, uşaqları, nəvələri, qohum-əqrəbası olduğu kimi, bizim də ailəmiz, uşaqlarımız, nəvə-nəticələrimiz, qohum-əqrəbamız var.

Bizimkilər kimi, onlarınkılar da bunu oxuyurlar, izləyirlər. İndi də mənim o sözümü hallandırırlar ki, bəs Hadi Rəcəbli deyir ki, onların da uşaqları, övladları baxır, izləyir, görür.

Bəli, həqiqətən də, onlar da baxırlar, izləyirlər. Söyüş, təhqir yazanların söyüşləri, təhqirləri onlara, özlərinə də qayıdır", - deyən komitə sədri bu baxımdan bu məsələdə tənzimlənmələrin olmasının vacibliyini vurğulayıb.

"Onlarınkı ailədir, bizimki ailə-uşaq deyil? Niyə təhqir, böhtan yazırsınız? Niyə yazdıqlarınızın altına bizim fikirlərimizin də, müsbət şərhlərimizin də getməsinə imkan vermirsiniz və ya bizim cavablarımızı vermirsiniz, dərhal silirsiniz?

Harada qaldı bəs sizin "demokratik"liyiniz, "plüralist"liyiniz? Siz təhqir edirsiniz, biz tərif edirik. Bəs bizim yazdıqlarımızı niyə qoymursunuz getməyə? Ona görə də bu məsələdə dünya təcrübəsinə uyğun olaraq, qayda-qanun yaradılmalıdır.

Özünüz də görürsünüz, kinolarda, televiziyalarda siqaret səhnəsinin göstərilməsinin qarşısını almışıq, bunu qanunla qadağan etmişik, siqaretin üstündən xətt çəkmişik.

Eyni zamanda, kinolarda, seriallarda 16 və ya 18 yaşdan aşağı olanlarla bağlı məhdudlaşdırmalar, qadağalar tətbiq etmişik. Bunlar da insanlar tərəfindən çox müsbət qarşılanır, həm də dünya təcrübəsindən irəli gəlir. Əgər belədirsə, niyə bu məsələdə də nizam-intizam olmasın?

Dəfələrlə demişəm, bu gün deyirəm, kiminsə sözü, etirazı varsa, gəlsin, şəxsən birlikdə debata çıxaq, normal şəkildə polemika aparaq, o da desin, mən də deyim. Söyüş söyməklə, təhqirlər yağdırmaqla olmaz, bu, yolverilməzdir.

Bir daha qeyd edirəm ki, biz sosial şəbəkələrin, "Facebook"un əleyhinə deyilik, onların qapadılmasını, bağlanmasını istəmirik. Ancaq istədiyimiz odur ki, bu məsələdə artıq bir nizam-intizam olsun, təhqirin, böhtanın, şərin, söyüşün qarşısı alınsın, bu kimi əcaib hallar yığışdırılsın, hər bir məsələ etik çərçivədə həll olsun.

Bizim milli-mənəvi dəyərlərimiz var, o dəyərlər sonacan qorunsun, aşılanıb, aradan çıxmasın. Bizim istədiyimiz yalnız budur", - deyə H.Rəcəbli əlavə edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1076   Tarix: 11 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nazir: Şagirdlər arasında bulinq, qısnama və intihar halları olur

Şagirdlər arasında bulinq, qısnama və az sayda olsa da, intihar halları olur. "Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, məktəblərdə daha cidd

18 aprel
.

Türkiyədə güclü zəlzələ baş verdi (YENİLƏNİB)

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 5,6 maqnitudalı zəlzələ baş verib. Qaynarinfo xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Qeyd olunub ki, zəlzələ yerli vaxtla 18:11-də, 5,99 km dərinlikdə qeydə alınıb. 22:15. Zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib. "Report"

19 aprel
.

Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb

Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb. Bu barədə -a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilə

19 aprel
.

Azərbaycanda bu qadınlar pensiyaya daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19 aprel
.

Qəbiristanlıqdan oğurluq edildi - Keçmiş məhkumlar saxlanıldı

Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən metal məhəccər və dəmir borular oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhku

19 aprel
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18 aprel
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19 aprel
.

Qətl törədən azərbaycanlının evindən görün nələr TAPILDI? milyonlarla pul...

Rusiyanın Moskva şəhərində azərbaycanlı gənc Şahin Abbasovun qətl törətməsi barədə xəbər vermişdik. Rusiya mediasına istinadla bildirir ki, müstəntiqlər dayanacaq üstündə moskvalı öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbassovun mənzilindən 44 milyon rubldan çox, həmçinin 300 min dolla

19 aprel
.

Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"

18 aprel