Banka pul qoyanların diqqətinə : Azərbaycanda daha iki bank bağlanır

Banka pul qoyanların diqqətinə : Azərbaycanda daha iki bank bağlanırAzərbaycanda daha iki bank bağlanmaq təhlükəsilə üz-üzədir. Maliyyə bazarlarındakı mənbənin modern.az-a verdiyi məlumata görə, yaxın vaxtlarda Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı qərarını açıqlayacaq. Mənbə qeyd edir ki, artıq hər iki bankın rəhbərliyinə rəsmi məktub da göndərilib. Bankların rəsmi olaraq bağlanması elan olunmasa da, artıq əmanətçilər öz əmanətlərini geri çəkmək istəyir. Bankların maliyyə resursları tükəndiyindən əmanətlərin geri qaytarılmasında problemlər yaşanır. Hər iki bankın adı bizə məlum olsa da, müştərilər arasında yarana biləcək ajiotajı nəzərə alaraq, hələlik onların adını qeyd etmirik.

Məsələ ilə bağlı danışan iqtisadçı Natiq Cəfərli bankların bağlanmaq təhülkəsinin yaranmasının səbəbini 2015-ci il devalvasiya ilə əlaqələndirib:

"Devalvasiyalardan sonra bankların mövcud durumu, vaxtı keçmiş kreditlərin geri qaytarılmasında yaranan problemlər, kapitallaşma səviyyəsinin aşağı olması və s. davamlı olaraq gedir. Proseslərin gedişində isə dövlət proqramı qəbul olunmadı, hökumət bankların xilası ilə bağlı hər hansı addımlar atmadı. Zəif banklar getdikcə daha da ağır duruma düşməyə başladılar.

İki yol var idi: ya bank təsisçiləri öz vəsaitləri hesabına kapitallaşmanı artırmalı idilər, ya da Mərkəzi Bank ən azından uçot dərəcəsi səviyyəsində aşağı faizli kreditlər təklif etməli idi. Hər ikisi olmadı deyə, bəzi zəif banklar, hansı ki, sizin də dediyiniz kimi, adını çəkmək doğru olmazdı, kapitallaşma problemini həll edə bilmədilər. Problemli kreditlərin həcmi də həmin banklarda digərlərinə nisbətən daha yüksəkdir. Bu nəticəyə gəlmək olar ki, bu iki bankın timsalında daha bir neçə çürük bank bazarı tərk etmək məcburiyyətində qalacaq. Necə ki, bir neçə il əvvəl 10 bankın ard-arda bağlanmasının şahidi olduq. Bu il ərzində yuxarıda sadaladığım səbəblərdən iki və daha çox bankın bağlanması ehtimalı çox yüksəkdir".

N.Cəfərlinin sözlərinə görə, hazırda təhlükə ilə üz-üzə qalan iki bankda da maliyyə resursları tükənib:

"Hətta müştərilərin öz əmanətlərini geri götürməsində müəyyən problemlərin yarandığı məlumdur. İndiki halda Əmanətlərin Sığortalanması Fondu həmin əmanətçilərə heç bir yardım göstərə bilməz. Fond yalnız bank bağlandıqdan sonra işə başlayacaq. Və çox güman ki, banklar bağlanacağı təqdirdə sığortalı əmanətlərin geri ödənişləri təmin olunacaq. Əvvəlki proseslərdə Mərkəzi Bank tərəfindən Fonda 500 milyon manata yaxın kredit verildi, bağlanan bankların içərisində "Bank Standart"ın əmanətçilərinə 400 milyondan yuxarı vəsaitin qaytarılmasını Fond üzərinə götürməyə məcbur oldu. İndi isə Fondun özünün vəsaiti yoxdur. Düşünürəm ki, bir müddət sonra Mərkəzi Bank Fonda vəsait ayırmağa vadar olacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2771   Tarix: 12 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları, yaxud 0,86 % azalaraq 87,17 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərini

22 mart
.

Qızıl qiymətləri rekord səviyyəyə qalxdı

Qızıl qiymətləri cümə günü tarixi zirvəyə yüksəlib. "Ölkə.Az"ın məlumatına görə, spot qızıl 0,5% bahalaşaraq bir unsiya üçün 2 min 384,34 dollar olub. ABŞ-nin qızıl fyuçerslərinin dəyəri isə 1,2% artaraq 2 min 401,80 dollara çatıb. Sessiyanın əvvəlində külçə qızılın dəyəri rekord həddə bahalaşara

12 aprel
.

Qızıl qiymətinə satılan meyvələr: Bahaçılığın səbəbi nədir? - ARAŞDIRMA + VİDEO

Hər il mart ayında bazarlarda meyvə-tərəvəzin qiyməti əl yandırır. Bəziləri isə sözün həqiqi mənasında qızıl qiymətinə satılır. Mövzu ilə əlaqədar Baku TV-nin əməkdaşı paytaxtdakı bazarlardan birində olub. Satıcıların sözlərinə görə, istehsalçılar vəziyyətdən istifadə edərək alçanı istədikləri qiymət

14 mart
.

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə xəbər verir. Sərəncamda qeyd olunur ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqind

7 mart
.

Zeytun yağı niyə BAHALAŞIB?

Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,5

8 mart
.

İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir

Ağstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb. Qaynarinfo xəbər verir ki, təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib. Təchizatçının kimliyinə gəlincə, bu, "Aut

19 mart
.

Keçmiş bank sədri Vyanada vəfat etdi

Keçmiş bank sədri Fərid Əlizadə Vyanada dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, Fərid Əlizadə müalicə aldığı klinikada ürək problemindən vəfat edib. Yaxın günlərdə mərhumun cənazəsinin dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi bildirilib. Qeyd edək ki, F.Əlizadə Rutgers Universitetin

22 aprel
.

Azərbaycanda dollar bahalaşa bilər?

Dollar dünya bazarında yenidən möhkəmlənir. Son 1 ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır. Dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlam

15 aprel
.

Əhalinin banklara nə qədər kredit borcu var?

2024-cü il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 24629,1 milyon manat təşkil edib, onun 20615,8 milyon manatı uzunmüddətli kreditlər olub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Qeyd edilib ki, 2024-cü i

15 aprel