Anarın ölümündən əvvəl yazdığı məktub üzə çıxdı - VİDEO

Anarın ölümündən əvvəl yazdığı məktub üzə çıxdı - VİDEO"Atamın mahnılarını oxumaq istəyənlər məndən icazə almalıdır".

ARB TV-nin "Show news" proqramının növbəti müsahibi mərhum reper Anar Nağılbazın həyat yoldaşı Anjelika olub.

O, uşaqlarının ataları üçün darıxdığını bildirib:

"Anarı yuxumda gördüm. Dedi, tərpənə bilmirəm. Üzü həm görünürdü, həm görünmürdü, qarışıq yuxu gördüm. Fikirləşdim, bəlkə paltarları qalıb ona görə ruhu narahatdır. Yaxşı olardı ki, ailəmiz dağılmayaydı. Özünə də demişdim ki, gün gələcək ailəmizi dağıdacaqlar, peşman olacaqsan. Anarın oğlunu ləkələmək istəyənlər bilsin ki, vaxt gələcək Anarın ətrafında fırlandıqları kimi Tamerlanın da ətrafına fırlanacaqlar. Qızım dedi ki, atamçün darıxmışam. Dedim gedərik qəbri üstə, dedi, daşı yox, atamı görmək istəyirəm. Bizdən uzaq olsa belə bilirdim ki, ataları var".

Reperin oğlu Tamerlan atasının arzularını gerçəkləşdirəcəyini bildirib:

"Atamın mahnılarını ifa etmək istəyənlər məndən icazə almalıdırlar. Çünki mən atamın yeganə oğluyam. Atamın arzularını gerçəkləşdirəcəm. Polis olmaq istəyirdim, atam məni hər zaman dəstəkləyirdi".

Şou-biznes   Baxılıb: 1547   Tarix: 12 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR