Azərbaycanın düşməndə XOF YARADAN ADDIMI - Erməni havadarları hərəkətə keçdi

Azərbaycanın düşməndə XOF YARADAN ADDIMI - Erməni havadarları hərəkətə keçdiSöz və mətbuat azadlığı, jurnalistlərin müdafiəsi prinsiplərini əsas tutduğunu iddia edən "Sərhədsiz reportyorlar" təşkilatı Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərləri alqışlayan çağırış edib. Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Yohann Bir bildirib ki, Azərbaycan Dağlıq Qarabağa qanunsuz səfər edənlərin adını saldığı "qara siyahı"dan imtina etməlidir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə isə publika.az-a açıqlamasında bildirdi ki, Azərbaycan çox düzgün olaraq ərazisinə qanunsuz səfər edən ölkə vətəndaşlarını qara siyahıya salır və onların ölkəyə daxil olmasını qadağan edir:

"Bu, Bizim müstəqilliyimizə, ərazi bütövlüyümüzə dövlət səviyyəsində göstərilən hörmətdir. Dünyanın heç bir ölkəsinə həmin ölkənin hakimiyyət orqanlarının rəsmi icazəsi olmadan daxil olmaq olmur. Bu gün Ermənistan tərəfindən işğal olunun zona Azərbaycan ərazisidir. Baxmayaraq ki, biz orada fəaliyyət göstərə bilmirik, amma həmin əraziyə Azərbaycandan icazəsiz gedənlər ölkənin digər ərazilərinə girə bilməz. Bu siyasət öz səmərəsini verir. Həmin siyahıya düşən insanlardan bir qismi sonradan Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edərək yanlışlarını qəbul edir və Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını qeyd edirlər. Eyni zamanda, vaxtaşırı xəbər yayılır ki, ya rəsmi şəxslər, ya digər vətəndaşlar qara siyahıya düşməkdən ehtiyat etdiklərinə görə Ermənistanın hakimiyyət orqanlarının siyasi provokasiyasına getmirlər. Bu, Azərbaycanın müstəqil dövlət kimi suveren hüququdur. Bundan sonra da belə olacaq. Hansısa xarici ölkənin qeyri-hökumət təşkilatı Azərbaycanın öz hüququnu müdafiə etməsinə görə ittiham edə bilməz. Bu, çox əcaib görünür. Nə beynəlxalq hüquqa uyğun gəlir, nə də demokratiya və hüquq anlayışına düz gəlir. Bununla adıçəkilən təşkilat Ermənistanın və xaricdəki erməni millətçilərinin maraqlarını qorumağa çalışır. Azərbaycanın ərazisinə qanunsuz şəkildə daxil olanlarla bağlı apardığı siyasət öz nəticəsini verdiyinə və müəyyən dairələrdə xof yaratdığına görə bu QHT Azərbaycana təzyiq göstərməyə çalışır. Azərbaycan öz daxili və xarici siyasətini təzyiqlə və yaxud kiminsə sifarişi ilə formalaşdırmır. Bu cür təzyiqlər ilk növbədə, özümüzün müstəqillik prinsiplərimizdən əl çəkməyə vadar etmək üçün edilir. Bu cəhdlər heç bir halda ölkəmiz özünün suveren hüquqlarından geri çəkilmək fikrində olmayıb".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1167   Tarix: 12 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021